03 Avqust 2024 07:59
586
CƏMİYYƏT
A- A+
"Yay Fest"in üçüncü həftəsi yekunlaşır

"Yay Fest"in üçüncü həftəsi yekunlaşır

 

Ölkənin ən böyük gənclər festivalı - "Yay Fest" uğurla davam edir. Dinamik, öyrədici və əyləncəli formatda yenidən başlayan festivalın 3-cü düşərgəsi artıq yekunlaşır. 
Bu il ümumilikdə 2 mindən çox gəncin iştirak edəcəyi "Yay Fest" Gənclər Fondunun dəstəyi, "IDEA" İctimai Birliyi, COP29 sədrliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, "CAVAN" Gənclər Hərəkatı İctimai Birliyi və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Gənclər Fondundan AZƏRTAC-a bildirilib ki, çadır tipli düşərgə formatında baş tutan "Yay Fest"in başlıca məqsədi dövlət gənclər siyasətinə uyğun olaraq, gənclərə müxtəlif sahələrdə geniş imkanlar yaratmaq və onların inkişafına kömək etməkdir. Bununla yanaşı, gənclərin asudə vaxtlarını səmərəli və maraqlı keçirmələrini təmin etmək, müxtəlif bölgələrdən gələn gənclərin şəbəkələşməsinə dəstək olmaqdır.
Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmasının və COP29 kimi mötəbər tədbirə ölkəmizin evsahibliyi etməsinin vacibliyini nəzərə alaraq, builki düşərgədə seçilən mövzular ekologiya, ətraf mühitin mühafizəsi və COP29-a həsr olunub. Məlumat üçün bildirək ki, iyulun 15-dən etibarən başlayan "Yay Fest"in 3 düşərgəsi gənclər üçün unudulmaz, əyləncəli, yaddaqalan və öyrədici olub. Proqramda gənclərin vətənpərvər ruhda tərbiyə olunması və onların inkişafına dəstək verən fəaliyyətlər xüsusi önəm daşıyıb. Düşərgə çərçivəsində "IDEA" İctimai Birliyi tərəfindən keçirilən təlimlər və interaktiv fəaliyyətlər gənclərin ekoloji maariflənməsini artırmaqla yanaşı, onların ətraf-mühitə məsuliyyətli yanaşmasını təşviq edib. Eyni zamanda COP29 Azərbaycan Əməliyyat Şirkətinin ekspertləri tərəfindən dayanıqlılıq, ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinin təsirlərinin azaldılması kimi müxtəlif mövzularda intensiv təlimlər təşkil olunub. Təbiət qoynunda təşkil olunan ekoloji oyunlar, komanda işləri, haykinq və əyləncəli fəaliyyətlər gənclərə həm maraqlı, həm də öyrədici təcrübə yaşadıb. Gənclər üçün hər axşam konsert və əyləncə proqramları təşkil olunub. Həmçinin düşərgə iştirakçıları müxtəlif bölgələrdən olan yaşıdları ilə tanış olub, yeni dostluqlar quraraq şəbəkələşmənin və sosiallaşmanın vacibliyini bir daha anlayıblar. Gənclər üçün hazırlanmış maraqlı və dinamik proqram, onların həm asudə vaxtını səmərəli keçirməsinə, həm də şəxsi və peşəkar inkişafına töhfə verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!