07 İyun 2024 09:30
3235
Oxucu məktubları
A- A+
Xüsusi təyinatlıların əfsanəsi

Xüsusi təyinatlıların əfsanəsi

 

"Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidqi-ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın".
Bu sözləri 24 mart  1981-ci ildə  Astara rayonunun Əzərüd kəndində dünyaya göz açan xüsusi təyinatlıların əfsanəsi, Aprel döyüşlərində qana susamış ermənilərə qan qusduran, bu gün adı dillərdən düşməyən Pəncəli Teymurov  2013-cü ildə öz toy günündə bildirmişdi. Qəhrəman Vətən sevdalısı üç il sonra - ömrünün 35-ci baharında  arzusuna çatdı. Şanlı zəfərimizin başlanğıcı olan Aprel döyüşlərinin üçüncü günündə son damla qanına qədər vuruşaraq qəhrəmancasına əbədiyyət adlı dünyasına qovuşdu. Ölümsüz həyatı ilə milyonların qəlbinə köç edən Astaranın igid oğlu dövlət tərəfindən "İgidliyə görə", "Vətən uğrunda" və digər  medallara layiq görüldü.  
Vətənin müqəddəsliyinə tapınan, qəlbən onun torpağına, daşına bağlanan Pəncəli  1992-ci ildə baş vermiş Xocalı soyqırımının kadrlarını izləyəndə hərbçi olmağa və  yurduna dadanmış  yağıdan  qisas almağa söz vermişdi. Orta məktəbi başa vurub ürəyində Vətənə məhəbbət, düşmənə nifrət  1999-cu ildə ordu sıralarına yola düşdü.   Xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələndi və hərbi hissənin ən mahir kəşfiyyatçısı oldu. Mübarizə meydanında düşmənə qalib gəlmək üçün  son dərəcə mərd, cəsur, ağıllı gənc verilən bütün tapşırıqları layiqincə yerinə yetirdi, ən çətin təlimlərdə belə fərqləndi. Məhz bunlara görə əsgərlərin, zabitlərin sevimlisinə çevrildi.
Pəncəlinin əsgərlik həyatı başa çatsa da, düşməndən alacağı qisas anı hələ qalırdı. Odur ki, hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda  davam etdirməyə qərar verdi. O gündən düşmənə nifrəti günbəgün alovlanırdı. Xocalı faciəsi zamanı azərbaycanlıları öldürən erməni hərbçi general rütbəsi almağa gedərkən Pəncəli Teymurov onu izlədi və əlverişli məqam düşən kimi o dünyaya  göndərdi.  Bundan sonra erməni ordusunda  böyük çaxnaşma yarandı. 2015-ci ildə kəşfiyyat qrupu ilə Kəlbəcərə keçən Pəncəli 4 erməni zabitin və 20 əsgərin olduğu "Ural" markalı maşını partladaraq onların hamısını məhv etdi. Bir dəfə erməni hərbçiləri Pəncəlini tutmaq üçün pusquya salırlar, o isə 21 gündən sora pusqudan çıxaraq növbəti dəfə düşmənin canına vəlvələ salmışdı. 
17 il Azərbaycan Ordusunda xidmət etmiş Pəncəli Teymurov öz doğma Vətənini göz bəbəyi kimi qorumuş,   2016-cı ilin Aprel döyüşlərində  isə sonuncu borcunu  şərəflə verərək şəhidlik zirvəsinə ucalmışdır.

Zəfər ORUCOĞLU

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

13:48
19 Aprel

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

13:47
19 Aprel

Çində “Tiangong” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub

13:46
19 Aprel

Leonid Slutski: Kimsə Ermənistanın silahlanacağına və Qarabağı geri alacağına ümid edirsə, bunu gözləməsin  

13:16
19 Aprel

Əfqanıstan - Pakistan sərhədində zəlzələ baş verib

12:10
19 Aprel

İlon Mask raket əleyhinə müdafiə sistemi yaradaraq icarəyə verməyə hazırlaşır  

12:09
19 Aprel

8000 mAh həcmli batareyaya malik ilk smartfon təqdim edilib  

11:52
19 Aprel

İsitmə sisteminə sahib “ağıllı” idman geyimləri hazırlanıb

11:51
19 Aprel

Ötən gün vətəndaşların bank kartlarından 22 min manata yaxın vəsait oğurlanıb  

11:49
19 Aprel

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb  

11:48
19 Aprel

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

10:25
19 Aprel

Fransa Analitika Mərkəzinin rəhbəri: Ermənistanı dəstəkləməklə Makron uğursuzluğa sərmayə qoyur

10:20
19 Aprel

Almaniya silahlı qüvvələri yeni əsgər cəlb etməkdə çətinlik çəkir  

10:19
19 Aprel

İğdırda məktəblilər və müəllimlər erməni quldur dəstələrinin qurbanlarının xatirəsini yad ediblər  

10:15
19 Aprel

İstanbulda İsrail-Fələstin qarşıdurmasının dayandırılması məqsədilə parlamentarilərin ilk iclası keçirilib  

10:12
19 Aprel

İrəliləyiş olmasa, ABŞ sülh danışıqlarını tərk edəcək

09:55
19 Aprel

İctimai nəqliyyat sarıdan əziyyət çəkirik

09:50
19 Aprel

Tədbir görülməsi üçün tapşırıq verilmişdir

09:45
19 Aprel

Ərazinin tullantılardan təmizlənməsi nəzarətə götürülmüşdür

09:40
19 Aprel

Şikayətimizə baxan yoxdur

09:35
19 Aprel

Həyəcan təbili

09:30
19 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!