01 Dekabr 2023 19:55
421
DÜNYA
A- A+
Viktor Orban: Aİ əvvəlcə Ukrayna ilə strateji tərəfdaşlıq sazişi bağlamalıdır  

Viktor Orban: Aİ əvvəlcə Ukrayna ilə strateji tərəfdaşlıq sazişi bağlamalıdır  

 

Macarıstanın Baş naziri Viktor Orban cümə günü mühüm Aİ sammiti ərəfəsində mümkün kompromisə aparan yolları qeyd edərək, Avropa İttifaqının Ukrayna ilə üzvlük müzakirələrinə başlamaq əvəzinə, ilk növbədə strateji tərəfdaşlıq sazişi imzalamalı olduğunu bildirib.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, Aİ ölkələrinin 27 lideri dekabrın ortalarında Avropa Komissiyasının Kiyevi İttifaqa üzvlük danışıqlarına başlamağa dəvət etmək tövsiyəsini qəbul edib-etməmək barədə qərar verməlidir. Belə mühüm qərarın qəbulu blokun 27 üzvünün yekdil səsini tələb edir və bu məsələdə Macarıstan əsas potensial maneə kimi görünür. Macarıstanın Baş naziri dəfələrlə bildirib ki, onun ölkəsi Avropa Komissiyasının təklifini indiki formada dəstəkləməyəcək.

Viktor Orban cümə günü Ukrayna ilə üzvlük danışıqlarına başlamazdan əvvəl bir neçə məsələnin aydınlaşdırılmasının lazım olduğunu təkrarlayıb. Onun sözlərinə görə, Ukraynanın üzvlüyünün bloka hansı nəticələr verəcəyini qiymətləndirmək qeyri-mümkündür. Macarıstan hökumətinin başçısı əlavə edib: “Əgər bunun hansı nəticələrə gətirib çıxaracağını bilmiriksə, o zaman danışıqlara başlamamalıyıq... Ona görə də mən Aİ-nin əvvəlcə Ukrayna ilə strateji tərəfdaşlıq sazişi imzalaması təklifini irəli sürəcəyəm".

Viktor Orban qeyd edib ki, sazişin müddəti 5-10 ilə qədər davam edə bilər, həmin müddətdə Ukrayna Aİ-yə daha yaxın olacaq və hazırda mövcud olan böyük ziddiyyətlər aradan qaldırılacaq. “Gəlin birlikdə işləmək üçün vaxt verək və görəndə ki, birgə işləyə bilərik, o zaman üzvlük məsələsini gündəmə gətirək”, -deyə o vurğulayıb.

Baş nazirin təklifi Macarıstan hökumətinin cümə axşamı Aİ rəsmilərinin Budapeştin ölkədəki demokratik nəzarət və tarazlıqlara zərər vurması ilə bağlı Brüsselin dayandırdığı milyardlarla avro Aİ fondlarına çıxışı açmağa yaxın olduğunu bəyan etməsindən sonra irəli sürülüb.

Viktor Orban Ukraynada atəşkəsə çağırıb və bildirib ki, Brüssel Kiyevə daha çox pul vermək istəyirsə, hökumətlərarası razılaşma əsasında Aİ büdcəsindən kənarda ayrıca maliyyə fondu yaratmalıdır. “Hər kəs istədiyi məbləğdə pul ayırmalıdır, biz də (bu fonddan) pulu Ukraynaya göndərməliyik”, - deyə o əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!