04 İyul 2019 01:06
1127
Təhsil
A- A+
UNEC ikili diplom proqramlarının sayını artırdı: 6 proqram reallaşdırılacaq

UNEC ikili diplom proqramlarının sayını artırdı: 6 proqram reallaşdırılacaq


UNEC-də 3 yeni ikili diplom proqramının təqdimatı keçirilib. Tədbirdə UNEC-in müvafiq struktur rəhbərləri ilə birlikdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Fransanın Azərbaycandakı səfirliyinin nümayəndələri, təhsil üzrə ekspertlər və digər ali təhsil müəssisələrinin əməkdaşları iştirak ediblər.

Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli Azərbaycan Prezidentinin 2018-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən danışıb. Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə uyğunlaşdırılmasının və yeni təhsil mühitinin yaradılmasının dövlət proqramının əsas hədəflərindən olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə ölkədə həyata keçirilən tədbirlərdən söz açan nazirlik rəsmisi UNEC-in ikili diplom proqramlarına diqqət çəkib. O, UNEC-in ölkənin ali təhsil müəssisələri arasında ikili diplom proqramlarının sayına görə lider olduğunu vurğulayıb.

Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri və Fransa-Azərbaycan İnstitutunun direktoru Johan Schittererin Fransa dövlətinin ikili diplom proqramları istiqamətində məqsədyönlü strategiyasının olduğunu bildirib. UNEC-in Montpellier Universiteti ilə uğurlu ikili diplom proqramı reallaşdırdığını diqqətə çatdıran səfirlik rəsmisi proqramın əhəmiyyətindən danışıb. O, proqramda iştirak edən UNEC tələbələrinin potensialının çox yüksək olduğunu və ən yaxşı nəticələr göstərdiklərini deyib.

Tədbirdə UNEC-in ABŞ-ın Linkoln Universiteti ilə ikili diplom proqramı reallaşdırması münasibətilə Linkoln Universitetinin rektorunun təbrik videoçarxı nümayiş olunub.

UNEC-in Fransanın iki aparıcı universiteti ilə ikili diplom proqramı reallaşdırdığını bildirən tədris və təlim texnologiyaları üzrə prorektor, dosent Anar Rzayev bu istiqamətdə Fransa səfirliyi tərəfindən UNEC-ə hər zaman dəstək göstərildiyini qeyd edib. A.Rzayev yeni tədris ilindən reallaşdırılacaq 3 yeni ikili diplom proqramı barədə təqdimatla çıxış edib. O, Fransanın Paris şəhərində yerləşən Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan ICD Beynəlxalq Biznes Məktəbi ilə bakalavr, ABŞ-ın Linkoln Universiteti və Fransanın Montpellier Universitetil ilə MBA və magistratura pilləsi üzrə ikili diplom proqramlarının şərtlərini açıqlayıb.

Tədbirdə bildirilib ki, UNEC hazırda London Universiteti İqtisadiyyat Məktəbi, Fransanın Montpellier Universiteti, İsveçrənin UBİS Universiteti (Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti) ilə ikili diplom proqramları reallaşdırır. Rusiyanın Moskva Dövlət Humanitar İqtisad Universiteti ilə isə ikili diplom proqramı artıq yekun mərhələsindədir. Ötən il Montpellier Universitetindən UNEC-in 5 tələbəsi, bu il isə 13 tələbəsi məzun olub. Magistr pilləsi üzrə İsveçrənin UBİS Universitetindən məzun olan UNEC-in 4 magistrinə diplomlar təqdim olunub.

Tədbirdə iştirakçıların sualları cavablandırılıb.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!