13 İyul 2024 08:45
590
İQTİSADİYYAT
A- A+
Türk İnvestisiya Fondunun məqsədi iqtisadi inkişafı dəstəkləməkdir

Türk İnvestisiya Fondunun məqsədi iqtisadi inkişafı dəstəkləməkdir

 

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı razılığa 2022-ci il noyabrın 11-də Səmərqənd sammitində gəliblər. Sənəd Prezident İlham Əliyevin təşəbbüsü ilə ötən il martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının fövqəladə Zirvə görüşündə imzalanıb. 
Türk dövlətlərinin başçıları, tədbirin digər iştirakçıları və ekspertlər belə bir fondun TDT-yə üzv ölkələr arasında infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, turizm, alternativ enerji və digər sahələrdə əməkdaşlığın daha da inkişafına mühüm təkan verəcəyini bildiriblər.
"Türk İnvestisiya Fondunun yaradılması haqqında" sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu isə Prezident İlham Əliyev tərəfindən 2023-cü il iyunun 14-də imzalanıb. 
Qeyd edək ki, fondun 500 milyon dollar həcmində nizamnamə kapitalı 5 ölkənin - Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın vəsaiti (hər bir ölkə 100 milyon dollar) hesabına formalaşmalıdır. Təşkilatın mənzil qərargahı İstanbulda yerləşəcək. Nizamnamə kapitalı hər birinin nominal dəyəri 50 min dollarlıq 10 min ədəd səhmdən ibarət olacaq. Nizamnamə kapitalı 350 milyon dollar məbləğində ödənilmiş və 150 milyon dollar məbləğində cəlb olunan səhmlərə bölünür. Hər bir ölkə ödənilmiş səhmlərə görə 4 ödəniş həyata keçirəcək: ilkin ödəniş 5 milyon dollar, qalan ödənişlər müvafiq qaydada 18 milyon, 23 milyon və 24 milyon dollar (hər bir ölkə üçün cəmi 70 milyon dollar) olacaq. Cəlb olunan səhmlər çərçivəsində hər bir ölkənin payı 30 milyon dollar təşkil edəcək. Fond TDT-yə üzv ölkələrin iqtisadi potensialının inkişafına, eləcə də onlar arasında iqtisadi-ticarət əlaqələrinin möhkəmləndirilməsinə və birgə layihələrin həyata keçirilməsinə xidmət göstərəcək. Fond prezident, idarə heyəti, Direktorlar Şurası və baş direktordan ibarət olacaq.
Fondun qarşıya qoyulan məqsədə nail olmaq üçün investisiya fəaliyyəti ilə bir sıra funksiya və səlahiyyətləri nəzərdə tutulur. Bunlara regiondaxili ticarətin inkişafına yardım, layihələrin, xüsusilə mikro, kiçik və orta sahibkarlıq layihələrinin maliyyələşdirilməsi, beynəlxalq və milli maliyyə və inkişaf institutları, habelə ticarət palataları və özəl təşkilatlarla birgə əməkdaşlıq və maliyyələşdirmə, nəqliyyat və logistika zəncirlərinin, saxlama və istehsal imkanlarının genişləndirilməsinin dəstəklənməsidir. Fond tərəfindən, eləcə də dövlət-özəl tərəfdaşlıq da daxil olmaqla fiziki və rəqəmsal infrastrukturun yaradılması və modernləşdirilməsinin, sənaye istehsalı, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları və turizm də daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə inkişaf layihələrinin dəstəklənməsi və s. nəzərdə tutulur. 
Türk İnvestisiya Fondunun yaranması barədə sazişin imzalanması Türkiyədəki dəhşətli faciədən sonraya təsadüf etməsi də bir rəmzi çağırışdır. Prezident İlham Əliyev böyük uzaqgörənliklə həm TDT daxilində iqtisadi əlaqələrin rəvanlığı, həm də xarici təzyiqlərdən müdafiə və Fransa kimi müstəmləkəçilərin kolonizasiya eybəcərliyinə məruz qalmış xalqlara maddi dəstək, eyni zamanda COVID-19 pandemiyası zamanı vaksinlərin ədalətsiz bölgüsünə etirazı zəminində yoxsulluq səviyyəsindəki ölkələrə mümkün yardımlarla bağlı üstüörtülü mesajlar verdi. Ümumiyyətlə, bu təşkilatda birləşən dərin tarixi köklərə malik türk ailəsinin milli-mənəvi dəyərlərə önəmi səbəbindən bütün dünyada zalımlara, irticaya, hegemonluğa qarşı duracağı, haqqı-hüququ pozulmuş insanların yanında olacağı, məzlumlara dəstək nümayiş etdirəcəyi bir aksiomdur. Beynəlxalq aləmdə belə möhtəşəm humanitar missiyanı yerinə yetirməkdən ötrü türk dövlətlərinin birliyi təklifi də məhz bizim dövlətimizin rəhbərliyindən gəlib. 
Xatırladaq ki, TDT 2009-cu il oktyabrın 3-də türkdilli dövlət başçılarının Naxçıvanda keçirilən zirvə görüşündə imzalanmış sazişə əsasən yaradılıb və "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası" (TDƏŞ) adlanıb. 2021-ci ildə adına dəyişiklik edilib və hazırda Türk Dövlətləri Təşkilatı kimi fəaliyyətini davam etdirir.
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına böyük önəm verir: "Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik".
Dövlətimizin başçısı İlham Əliyev bu ay Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışında isə  deyib: "Bu ilin may ayında İstanbulda Türk İnvestisiya Fondunun təsis iclasının keçirilməsi iqtisadi əlaqələrimizin daha da dərinləşməsinə xidmət edən növbəti uğurlu addımdır. İnanıram ki, fond vasitəsilə bir çox sahələrdə birgə layihələrə sərmayə qoyulacaqdır".
Deyilənlərə bir neçə fakt və rəqəm də əlavə etmək yerinə düşərdi. Belə ki, türk dövlətləri dünyanın ümumi ticarət dövriyyəsinin 2,4 faizini və qlobal ümumi daxili məhsulun 1,6 faizini təşkil edir. Bu günə qədər Azərbaycan türk dövlətlərinin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyub. 2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanın TDT-yə üzv və müşahidəçi statusa malik ölkələr ilə ticarət dövriyyəsi 1 milyard 709,1 milyon dollar təşkil edib. Bu, ümumi ticarət dövriyyəmizin 17,6 faizinə bərabərdir. Cari ilin birinci rübündə Azərbaycanın ticarət dövriyyəsi Türkiyə ilə 1 milyard 469,1 milyon, Türkmənistanla 96 milyon 926 min, Qazaxıstanla 70 milyon 829 min, Özbəkistanla 35 milyon 814 min, Qırğızıstanla 23 milyon 382 min, Macarıstanla isə 13 milyon dollar olub. 2024-cü ilin ilk üç ayı ərzində Azərbaycandan Türkiyəyə 150 milyon 291 min, Qırğızıstana 20 milyon 815 min, Türkmənistana 16 milyon 861 min, Qazaxıstana isə 11 milyon 731 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Qurban MƏMMƏDOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər  

16:07
20 May

Səudiyyə Ərəbistanının nümayəndəsi GlobE şəbəkəsinin 6-cı Plenar iclasından gözləntilərini açıqlayıb  

16:06
20 May

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan  

16:05
20 May

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisidən

16:05
20 May

GLOBE Şəbəkəsinin 6-cı Plenar iclasında iştirak edən nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirilib  

16:04
20 May

İranın Ali rəhbəri ABŞ-la danışıqların uğurlu olacağına şübhə edir  

16:03
20 May

Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNƏCƏK  

16:02
20 May

Kayrat Sarıbay: Azərbaycan AQEM sədrliyi çərçivəsində inklüziv inkişafa diqqət yetirir  

16:01
20 May

Malavi Respublikasının Prezidenti Lazarus Makkarti Çakveradan

16:00
20 May

Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostindən

15:59
20 May

Volodimir Zelenski: Ukrayna istənilən məhsuldar danışıqlar formatına hazırdır  

15:58
20 May

Kayrat Sarıbay: Azərbaycan AQEM-ə uğurla sədrlik edəcək  

15:57
20 May

İsveçin Kralı XVI Karl Qustavdan

15:54
20 May

Otuz dörd ildə 3400-dən çox azərbaycanlı mina qurbanı olub - minatəmizləmə prosesindən REPORTAJ  

15:48
20 May

Çex Respublikasının Prezidenti Petr Paveldən

15:44
20 May

Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub YENİLƏNƏCƏK  

15:39
20 May

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellendən  

15:38
20 May

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar elan edib

15:36
20 May

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan  

15:35
20 May

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlzdan  

15:35
20 May

Bolnisidə yeni İcma Mərkəzi fəaliyyətə başlayıb  

15:31
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!