22 May 2025 09:07
1308
Təhsil
A- A+
Tovuzda Ulu Öndər Heydər Əliyevin təhsil sahəsindəki xidmətlərindən danışılmışdır

Tovuzda Ulu Öndər Heydər Əliyevin təhsil sahəsindəki xidmətlərindən danışılmışdır


Tovuz Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının rayon təşkilatı və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə "Azərbaycan təhsilinin inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri" mövzusunda tədbir keçirilmişdir.

Ulu Öndərin abidəsini ziyarətlə başlayan tədbirdə çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov diqqətə çatdırmışdır ki, Ulu Öndər Heydər Əliyev hər zaman təhsili dövlətin və xalqın inkişafı üçün prioritet sahə kimi qiymətləndirib və onun təhsil sahəsində atdığı məqsədyönlü addımlar bu gün ölkəmizin uğurlu təhsil sisteminin əsasını təşkil edir. Nihad Pənahov əlavə etmişdir ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar, yeni təhsil müəssisələrinin yaradılması və təhsilin keyfiyyətinin artırılması istiqamətində atılan addımlar Ulu Öndərin ideyalarının davamı olmaqla gənc nəslin yüksək səviyyədə yetişməsinə böyük töhfə verir.

Sonra rayon icra hakimiyyəti başçısının müavini Təranə Bayramova çıxış edərək bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin təhsil sahəsində gördüyü işlər ölkəmizin müasir inkişaf modelinin əsas sütunlarından biridir. "Təhsil cəmiyyətin rifahı və davamlı inkişafı üçün vacib sahə olduğu üçün bu sektorda çalışanların üzərinə böyük məsuliyyət düşür. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə həyata keçirilən təhsil proqramları və layihələr ölkəmizin dünya təhsil məkanında layiqli yer tutmasına hesablanıb və təhsil sisteminin müasirləşdirilməsində xüsusi əhəmiyyət kəsb edir".

Digər çıxış edənlər də Ulu Öndərin təhsil sahəsində gördüyü işlərin ölkəmiz üçün əhəmiyyətini qeyd etmiş və vurğulamışlar ki, Heydər Əliyevin xidmətləri müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, gənc nəsildə vətənpərvərlik və milli dəyərlərə hörmət hissinin formalaşması üçün möhkəm zəmin yaratmışdır. 

Tədbirin sonunda bir qrup təhsil işçisinə təşəkkürnamələr  təqdim olunmuş və YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri verilmişdir.


Sabir ƏLİYEV,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsi ilə əlaqədar bəyanat yayıb  

15:37
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!