Tərtərdə qəhrəmanlıq ovqatı sönməyib
Zəfər tariximizə çevrilmiş İkinci Qarabağ müharibəsinin yaratdığı xoş ovqat, yüksək əhval hələ də varlığımıza hakimdir. Xalq-ordu birliyinin yenilməz qüdrəti 30 ildən bəri gözlədiyimiz günü gerçəkləşdirdi, "dəmir yumruq" düşmənin başında ildırım kimi çaxdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgərlərimiz, vətən sevdalı igid oğullarımız cənnət Qarabağı erməni işğalçılarının caynağından xilas etdilər.
Hə xoş ki, azadlığa qovuşan torpaqlarımız, ər oğulların qanı ilə yaralarına məlhəm qoyulan Vətənimiz indi rahat nəfəs alır. Cənnət Qarabağ buludların arxasından çıxan yaz günəşi kimi yenidən üzə gülür, bu yerin əsl sahiblərinə "gəl-gəl" deyir. Xalqına, vətəninə sonsuz məhəbbətlə bağlı, ömrünün mənasını Azərbaycanın parlaq gələcəyi uğrunda mübarizədə görən Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur indi yenidən qurulur, erməni faşistlərinin misli görünməmiş qəddarlıqla odlara qalayıb viran qoyduqları kəndlər, şəhərlər dirçəlir. Fərəhlidir ki, yeni salınmış "ağıllı kənd" artıq öz sakinlərini qəbul edib. Dövlətin qayğıkeşliyindən qaynaqlanan quruculuq işləri sürətlə davam edir. İşğaldan azad olunmuş ərazilərdə böyük sürətlə müasir tələblərə cavab verən yollar çəkilir, körpülər salınır, tunellər tikilir, yaraşıqlı binalar, evlər inşa olunur, vacib sosial infrastruktur yaradılır.
Bu bir həqiqətdir ki, zəfər bizə hədiyyə edilməyib. Biz onu qanlar, qurbanlar bahasına qazanmışıq. Bu müqəddəs savaşda övladlarımız qəhrəmanlıqla döyüşüb şəhid olmuş, əbədiyyətə qovuşmuşdur. Müharibədən sağlamlığını itirib qazi kimi dönən oğullarımız da var. Bu gün şəhid ailələri, qazilər dövlətin və Prezidentin himayəsi ilə əhatə olunublar. Dövlət başçısı İlham Əliyev əhalinin bu zümrədən olan təbəqəsinə diqqətin onun üçün prioritet olduğunu dəfələrlə bəyan etmişdir.
İkinci Qarabağ savaşında ziyan görən rayonlardan biri də Tərtər olmuşdur. 44 günlük müharibədə rayon mərkəzinə və kəndlərə 16,2 mindən çox qrad, tank, artilleriya mərmisi, qadağan olunmuş 21 raket atılmışdır. Nəticədə rayonun infrastrukturuna, yaşayış evlərinə, sosial obyektlərə, o cümlədən 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil məktəbinə, ilk peşə ixtisas məktəbinə, Gənclər Mərkəzinə, 10 tibb və 7 mədəniyyət müəssisəsinə, məscidə, inzibati binalara, nəqliyyat vasitələrinə, kənd təsərrüfatına böyük ziyan dəymişdir, xeyli dağıntılar olmuşdur. 60 fərdi yaşayış evi və mənzil, 2 sosial və 6 sahibkarlıq obyekti, 8 nəqliyyat vasitəsi yararsız vəziyyətə düşmüş, 5344 fərdi yaşayış evi və mənzildə təmir-bərpa işlərinə zərurət yaranmışdır. Hazırda dövlətin ayırdığı vəsait hesabına müharibənin həmin fəsadları aradan qaldırılır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyir ki, müharibə təkcə dağıntılar törətməmiş, eyni zamanda mənəvi-psixoloji problemlər də yaratmışdır: "Dağılan evi bərpa etmək, yenidən tikmək mümkündür. Dövlətimizin güclü iqtisadi durumu bunu uğurla qarşılayır. Mənəvi-psixoloji zədələri sağaltmaq isə çox çətindir, xüsusi yanaşma, həssas münasibət, səbir, təmkin, qayğı və diqqət tələb edir. Xüsusi qayğıkeşliyə ehtiyacı olan insanlara, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sərgilədikləri isti və doğma münasibət bizim üçün, hər bir dövlət məmuru üçün örnək və nümunədir. Rayonda 45 nəfər hərbi, 16 nəfər mülki şəhid ailəsi vardır. Müharibə əlillərinin sayı 48, müharibə iştirakçılarının sayı isə 1554 nəfərdir. Onların hər biri xalqımız üçün hörmət və ehtiramın, sevgi və məhəbbətin, qayğıkeşliyin və diqqətin dəyişməz ünvanıdır. Dövlətimiz də, xalqımız da şanlı zəfər üçün məhz onlara borcludur. Bu şərəfli borcu layiqincə ödəmək üçün Tərtərdə bütün qüvvələr, mövcud imkanlar səfərbərdir. Biz onların qayğılarını öyrənmək, hansısa bir işlərinə yardımçı olmaq üçün qapılarını döyməkdən, ayaqlarına getməkdən qürur duyuruq".
RİH-in başçısından öyrənirik ki, Tərtər şəhərində 7 küçəyə şəhid adı verilib, şəhid ailəsi üzvlərindən 17 nəfər münasib işlə təmin olunub, 4 şəhid ailəsi mənzillə təmin edilib, "Şəhidlər abidə kompleksi" yenidən qurulub, 17 şəhid ailəsi və 15 qazi əkin üçün torpaq sahəsi ilə təmin olunub, 11 şəhid ailəsinə və qaziyə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün yer ayrılıb, 5 şəhid ailəsinə və qaziyə həyətyanı torpaq sahəsi verilib.
Tərtər şəhər sakini şəhid atası Cəmil Hacıyev bizimlə söhbətində əhatə olunduqları qayğıkeşlik və diqqətdən minnətdarlıqla söz açdı:
- Ölüm haqdır, vaxtı çatanda hər kəs bu dünyanı tərk edir. Şəhid olmaq isə insan ömrünü ölümsüzləşdirir. Oğlum Qubad öz qəhrəmanlığı ilə adını canından artıq sevdiyi vətənin tarixinə yazdı. Bu gün onun adını təkcə doğma ailəsi deyil, bütün el-oba ehtiramla yad edir. Bir ata olaraq bu, mənə qürur verir. Dövlətimizin, Prezident İlham Əliyevin şəhid ailələrinə münasibətindən çox razıyıq. Biz övladlarımız şəhid olub deyə kiməsə minnət vurmamalıyıq. Ehtiyac yaranarsa, bu vətənə qurban getməyə hamımız hazır olmalıyıq. Azərbaycan hamımızın vətənidir, onun azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda döyüşmək hər kəs üçün şərəfdir.
Bu günlər Tərtərdə yenidən qələbə ovqatı yaşanır. Ordumuzun erməni təxribatlarına verdiyi tutarlı cavab, uğurla reallaşan "Qisas" əməliyyatı bölgədə yüksək əhvali-ruhiyyə yaradıb. Tərtərlilər öz qəhrəmanlıq ənənələrinə yenə də sadiqdilər. Onlar silaha sarılaraq Ermənistan silahlı quldurlarının tör-töküntülərini ərazilərimizdən qovub çıxarmaq üçün döyüşlərə atılmağa hazırdılar.
Lazım QULİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xatirələrdə yaşayan ömür
01 Oktyabr
Şirin bəlanın acı fəsadları
01 Oktyabr
Təhlükə getdikcə artır
01 Oktyabr
Qeyri-neft sənayesində artım dinamikası davam edir
01 Oktyabr
ARDNF Suveren Fondların Beynəlxalq Forumu ilə əməkdaşlığını genişləndirir
01 Oktyabr
Amasiyada sərnişin avtobusu aşdı: 6 nəfər ölüb, 35 nəfər yaralanıb
01 Oktyabr
Tahir Mirkişili: Ulu Öndərin 100 illiyində ölkəmizin Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi...
01 Oktyabr
IAF-ın Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısı Bakıda öz işinə başlayıb ...
01 Oktyabr
Xarici siyasət kursunda Çin ilə münasibətlər mühüm yer tutur
01 Oktyabr
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı
01 Oktyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
44 günlük Zəfərə 23 saatlıq əlavə23 Sentyabr 2023

“Dəmir yumruğ”un ağıllandırma tədbirləri21 Sentyabr 2023

Qarabağ qanunsuz silahlı dəstələrdən təmizlənir20 Sentyabr 2023

Heydər Əliyevin başlatdığı, İlham Əliyevin yekunlaşdırdığı möhtəşəm layihə17 Sentyabr 2023

Azərbaycanın yaratdığı reallıqların alternativi yoxdur07 Sentyabr 2023

Belə davam etsə, “dəmir yumruq" işə düşəcək06 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!