19 May 2023 12:40
500
Təhsil
A- A+

Tbilisi Dövlət Universitetində “Heydər Əliyev auditoriyası” əsaslı təmirdən sonra istifadəyə verilib

 

Gürcüstanın əsas aparıcı ali təhsil ocaqlarından olan İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində (TDU) fəaliyyət göstərən “Heydər Əliyev auditoriyası” əsaslı təmirdən sonra yenidən istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, yeni auditoriyada Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini, keçirdiyi görüşləri əks etdirən nadir fotolar, kitablar və digər vasitələr saxlanılır. 2008-ci ildən fəaliyyət göstərən auditoriya bu il Azərbaycan səfirliyinin təşəbbüsü və SOCAR-ın Gürcüstan nümayəndəliyinin maliyyə dəstəyi ilə yenidən əsaslı təmir olunub. Buradakı eksponatlar yenilənib.

Yeni auditoriyanın açılışında çıxış edən TDU-nun rektoru Jaba Samaşia təhsil ocağının fəaliyyəti barədə ətraflı məlumat verib, gələcəkdə burada Azərbaycanşünaslıq fakültəsinin yaradılacağını diqqətə çatdırıb.

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev isə ölkələrimiz arasında təhsil sahəsində mövcud olan əməkdaşlıq haqqında məlumat verib. O, 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan olunduğunu diqqətə çatdırıb və bu münasibətlə keçirilən silsilə tədbirlər barədə məlumat verib. Bildirib ki, qardaş Gürcüstanda da Ulu Öndərin 100 illik yubileyinin geniş qeyd edilməsi bizim dostluğumuzun bariz nümunəsidir.

Gürcüstanın təhsil və elm nazirinin müavini Nodar Papukaşvili ADA Universiteti ilə Gürcüstanın üç ali təhsil ocağı arasında imzalanan əməkdaşlıq haqqında müqavilələrin əhəmiyyətindən danışıb.

ADA Universitetinin rektoru Hafiz Paşayev TDU-da "Heydər Əliyev auditoriyası"nın açılışını yüksək qiymətləndirib. O, Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, Ümummilli Liderin daim təhsilə yüksək qiymət verdiyini qeyd edib.

Tədbirdə Azərbaycan səfiri Faiq Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video