Rəhbər kadr yerində olanda
2020-ci ilin noyabr Zəfəri ilə 28 illik Qarabağ həsrətimizə son qoyuldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz ildırım sürəti ilə Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad etdi.
Azərbaycanın işğaldan azad edilən rayonlarından biri də Ağdamdır. Ağdam barlı, bərəkətli torpağı, iqtisadi potensialı ilə həmişə digər rayonlardan fərqlənmişdir. Hələ sovetlər dönəmində rayonumuzda üzümçülük, taxılçılıq, heyvandarlıq, eləcə də yerli sənayenin bir çox sahələri geniş inkişaf etmişdir.
Təəssüf ki, işğal zamanı cənnətməkan Ağdamımız yerləyeksan olundu, "Qafqazın Xirosiması"na çevrildi. Amma "yaman günün ömrü az olar" deyiblər. Bu gün Qarabağda, Şərqi Zəngəzurda abadlıq, bərpa işlərinə start verilib, "ağıllı" kənd, şəhər layihələri çərçivəsində hər yerdə quruculuq işləri aparılır.
Əlbəttə, belə bir məsuliyyətli işlərin öhdəsindən gəlmək üçün ilk növbədə səriştəli kadrlar lazımdır. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov da məhz belə kadrlardandır. O, bu vəzifəyə təyin olunduğu gündən üzərinə düşən işin öhdəsindən bacarıqla gəlir. Vaqif müəllim özü ilə Ağdama sanki yeni nəfəs, yeni məmur-vətəndaş münasibəti gətirmişdir. Mən V.Həsənovun Mahrızlı və Evoğlu kəndlərinin sakinləri ilə görüşündə bunun bir daha şahidi oldum. O, görüş iştirakçılarının hər birini diqqətlə dinləyir, xüsusən şəhid ailələri və qaziləri rahatsız edən məsələlərin həlli üçün yerindəcə konkret göstərişlər verirdi. Bilirəm ki, onun mütəmadi olaraq keçirdiyi səyyar görüşlərdə sakinlərin müraciətlərinə bu cür həssaslıqla yanaşır. Ona görə də ağdamlılar onun görüşünə böyük ümidlə gəlirlər. Vaqif müəllimsə sadəcə çalışır ki, heç kimin problemi həll edilməmiş qalmasın.
Əbülfət MUSTAFAYEV,
Birinci Qarabağ müharibəsi veteranı
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Rusiya XİN: Moskva Qarabağ ermənilərinin bir hissəsinin qayıtmaq istədiyi barədə informasiya alır ...
04 Oktyabr
Maldiv Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya
04 Oktyabr
Ağsuda Antik dövrə aid nekropolda aparılan tədqiqat yekunlaşıb
04 Oktyabr
“Xəzri-2023” birgə taktiki təlimində Azərbaycan və Qazaxıstanın hərbi dənizçiləri yüksək peşəkarlıq ...
04 Oktyabr
İcma: Ermənilərin Qarabağa qayıtmasının vacibliyini vurğulayan Toyvo Klaarın Qərbi azərbaycanlıların...
04 Oktyabr
Təhsilin İnkişafı Fondu ilə “NEQSOL Holding” arasında əməkdaşlıq memorandumu imzalanıb ...
04 Oktyabr
AMADA-nın direktoru Avropa Şurası ölkələrinə müraciət edib
04 Oktyabr
Leyla Abdullayeva: Fransanın Ermənistana göstərə biləcəyi ən böyük yardım onu sülh müqaviləsini imza...
04 Oktyabr
Rusiya XİN: Zəngəzur dəhlizinin açılması üzərində iş davam edir
04 Oktyabr
Hindistanda daşqınlar nəticəsində azı 30 nəfər itkin düşüb
04 Oktyabr
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycan şərtlərini elan etdi04 Oktyabr 2023

O, müasir dünya siyasətini gözəl bilir03 Oktyabr 2023

Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib Prezid...02 Oktyabr 2023

Böyük inamın 20 illik təntənəsi01 Oktyabr 2023

Naxçıvandan türk dünyasına: Səmimi qardaşlıq, strateji müttəfiqlik, dinamik inkişaf29 Sentyabr 2023

ÇOX OXUNANLAR
Böyük liderlik missiyası03 Oktyabr 2023

Ümummilli savaş01 Oktyabr 2023

İLHAM ƏLİYEVİN "DƏMİR YUMRUĞU" VƏ İFLASA UĞRAYAN LAYİHƏ30 Sentyabr 2023

Sonsuz təşəkkürlər, CƏNAB PREZİDENT!29 Sentyabr 2023

İKİ GÖZ YAŞI27 Sentyabr 2023

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...25 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!