18 May 2025 08:25
658
İQTİSADİYYAT
A- A+
Real imkanlar geniş perspektivlər vəd edir

Real imkanlar geniş perspektivlər vəd edir


Azərbaycan və Albaniya Avropanın coğrafi cəhətdən müxtəlif bölgələrində yerləşsələr də, son illər bir sıra sahələr üzrə əməkdaşlıqlarını genişləndirirlər. Bu əlaqələrin ən əhəmiyyətli nümunələrindən biri  Azərbaycan qazının Albaniya üzərindən Avropaya çatdırılmasıdır. Bununla yanaşı, digər sahələrdə, xüsusən enerji, turizm və kənd təsərrüfatında potensial əməkdaşlıq imkanları mövcuddur. 

Azərbaycan və Albaniya arasında diplomatik münasibətlər 1993-cü ildə qurulmuşdur. Albaniya keçmiş "Dağlıq Qarabağ problemi"nin həll edilmədiyi illərdə  Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü beynəlxalq platformalarda dəstəkləmişdir ki, bu da siyasi müstəvidə iqtisadi əlaqələr üçün müsbət zəmin yaratmış, iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf mərhələsinə qədəm qoymasına təkan vermişdir. 

Xəbər verildiyi kimi, mayın 15-də Prezident  İlham Əliyev Albaniya Respublikasının Baş naziri  Edi Ramanın və Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısında iştirak etmək məqsədilə Tiranaya işgüzar səfər etmişdir. Siyasi və iqtisadi baxımdan səfərin əhəmiyyəti böyükdür və bu, sözsüz ki, yaxın gələcəkdə özünü göstərəcək. Bu gün üçünsə demək olar ki, Azərbaycanla Albaniya arasında ticarət dövriyyəsi hazırda bir qədər məhduddur və bu dövriyyə ən çox enerji sektorunda cəmlənir. Əsas əlaqə nöqtəsi "Cənub qaz dəhlizi" çərçivəsində həyata keçirilən TAP (Trans-Adriatik Boru Kəməri) layihəsidir. Məhz bu layihə Albaniyanın Azərbaycan üçün tranzit ölkə kimi əhəmiyyətini artırır. Amma bu o demək deyil ki, Azərbaycanın Albaniya ilə ticarət əlaqələri təkcə TAP-la məhdudlaşır. Hər iki ölkə iqtisadiyyatın müxtəlif sahələrində, xüsusən kənd təsərrüfatı, əczaçılıq, inşaat materialları və texnologiya üzrə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Yaxın zamanlarda ticarət dövriyyəsinin artırılması üçün qarşılıqlı investisiya və biznes forumlarının təşkili bu əlaqələri daha da dərinləşdirə bilər. 

Azərbaycanın qeyri-neft sektorunun inkişaf strategiyası Albaniya ilə əməkdaşlıqda yeni imkanlar yaradır. Ticarət əlaqələrinin genişlənməsi müasir dövrdə iqtisadiyyatın şaxələnməsi baxımından vacibdir. Bu, xüsusilə kiçik və orta biznes üçün yeni bazarların açılmasına təkan verərdi. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi, iqtisad üzrə fəlsəfə doktoru Lətif Zeynallının sözlərinə görə, Azərbaycanla Albaniya arasında ticarət əlaqələrinin və strateji tərəfdaşlığın dərinləşdirilməsi hər iki tərəf üçün prioritet istiqamətlərdir: "İki ölkə arasında 2020-ci illə müqayisədə 2024-cü ilin xarici ticarət dövriyyəsində əhəmiyyətli artım müşahidə olunub. Belə ki, qeyd olunan dövrdə ticarət dövriyyəsi 6,5 dəfə artıb, idxal həcmi isə 62,7 faiz yüksəlib. Eyni zamanda 2024-cü ildə  xarici ticarətdə  müsbət saldo qeydə alınıb ki, bu da ixracın idxalı üstələdiyinin və ticarət balansının ölkəmiz lehinə formalaşdığının göstəricisidir. Ölkələrimiz arasında qarşılıqlı ticarətin şaxələndirilməsi, investisiya təşəbbüslərinin dəstəklənməsi və birgə layihələrin reallaşdırılması məsələləri hər zaman gündəmdə saxlanılır. Gələcək illərdə əməkdaşlığın daha da genişlənəcəyi gözlənilir".

Qeyd edək ki, hər iki ölkə arasında nəqliyyat sahəsində də əməkdaşlıq genişlənir. Üstəlik, bu sahə həm də strateji əhəmiyyət daşıyır. Nəqliyyat sahəsində Azərbaycan-Albaniya əməkdaşlığı əsasən logistika və tranzit  daşımalar sahəsindəki  potensial üzərində qurulur. "Şərq-Qərb" nəqliyyat dəhlizi üzərində yerləşdikləri üçün yük daşımalarının daha səmərəli təşkilində hər iki ölkənin qarşılıqlı maraqları var. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu  və inkişaf etmiş avtomobil yolları Albaniya üçün Cənubi Qafqaz və Orta Asiyaya çıxış imkanı yaradır. Eyni zamanda Albaniya da Adriatik dənizi üzərindən Avropa bazarlarına çıxış baxımından Azərbaycan üçün tranzit körpüsü rolunu oynayır. Gələcəkdə bu əməkdaşlıq birgə logistika mərkəzlərinin yaradılması, rəqəmsal gömrük və daşınma sistemlərinin tətbiqi, eləcə də nəqliyyat layihələrinin genişlənməsi ilə nəticələnərsə, bu, təkcə ikitərəfli deyil, həm də regional və Avropa səviyyəsində nəqliyyatın inteqrasiyasına yol aça bilər.

Azərbaycan və Albaniya müsəlman əhalinin yaşadığı, eyni zamanda dünyəvi dövlət modelini tətbiq edən ölkələr olduğundan turizm sahəsində də əməkdaşlıq  üçün geniş imkanlar var. Azərbaycanlıların Albaniyaya, eləcə də albaniyalı turistlərin Azərbaycana cəlb olunması iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsinə, birgə turizmin təşviqi və sərgilər təşkil olunması isə bu sahədə potensialın artırılmasına şərait yaradar. Albaniyada ilin ən azı 270 günü günəşli keçir ki, bu da elit çimərlik turizminə imkan verir. Bu ölkə həm də dağ turizmi baxımından xüsusi potensiala malikdir. Buna görə Azərbaycan vətəndaşlarının Albaniyaya səfər etmələri üçün səbəb çoxdur. Eləcə də Albaniya vətəndaşlarının Azərbaycanın turizm bölgələrində dincəlməsi, tarixini öyrənməsi, ölkəmizin  zəngin mədəniyyəti ilə tanış olması bu sahə üzrə əlaqələri genişləndirə biləcək amillərdir. 

O ki qaldı Azərbaycan və Albaniya arasında iqtisadi əlaqələrə, hazırda bu, istənilən səviyyədə olmasa da, hər iki ölkənin qarşılıqlı siyasi iradəsi və iqtisadi potensialı həmin əlaqələrin gələcəkdə dərinləşəcəyinə ümidləri artırır. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!