15 May 2025 08:22
612
SİYASƏT
A- A+
Qərbi azərbaycanlı qadınlar doğma yurda qayıdış hərəkatında fəallıq göstərirlər

Qərbi azərbaycanlı qadınlar doğma yurda qayıdış hərəkatında fəallıq göstərirlər


İndi Ermənistan adlandırılan qədim Qərbi Azərbaycandan, o sıradan İrəvan şəhərindən, kənd və qəzalardan ötən əsrin əvvəllərində daşnaksütyun silahlıları və bolşevik birləşmələri tərəfindən zorla qovulan, hətta 1948 və 1953-cü illərdə dövlət səviyyəsində məcburi deportasiyaya məruz qalan insanlar əzəli yurd yerlərinə qayıtmaq arzusu ilə yaşayırlar. Bu israrlı tələbin reallaşması üçün Qərbi Azərbaycan İcması,  o cümlədən icmanın Qadınlar Şurası böyük fəallıq göstərir. 

Şuranın təşkilatçılığı ilə bu günlər onlayn formatda "Qaçqınlıq və Qadınlar" mövzusunda keçirilən beynəlxalq konfransda qərbi azərbaycanlı qadınların etnik təmizləməyə məruz qalmaları və öz yurdlarına qayıda bilməmələrindən irəli gələn hüquq pozuntularından, haqqın-ədalətin bərpasında tarixi faktlar və arxiv sənədləri barədə əsaslı məlumat verilmişdir. Sonda konfrans iştirakçıları adından beynəlxalq ictimaiyyətə müraciət qəbul edilmişdir. Müraciət BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılmışdır. Təbii ki, sənədin BMT-nin ali orqanlarının rəsmi sənədi kimi yayılması Qərbi Azərbaycan məsələsi üzrə beynəlxalq məlumatlılığın artmasında mühüm rol oynayacaq.

Şura üzvləri mədəni irsin qorunması, tarixi abidələrin bərpası, habelə öz dədə-baba yurdlarından zorla qovulan ailələrin geri qayıdışı üçün Ermənistan hökumətindən sivil qaydada lazımi şərait yaradılmasını, beynəlxalq səviyyədə təminat verilməsini tələb edirlər və öhdələrinə düşən vəzifələri yerinə yetirmək üçün haqq səslərini bütün dünyaya çatdırırlar. Bu baxımdan mayın əvvəlində Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası, ABŞ-nin Şimali Karolina Universitetinin Sülh və Münaqişə Araşdırmaları Departamenti və Amerika-Türkiyə Assosiasiyası Assambleyasının birgə təşkilatçılığı ilə "Dəyişən dünyada birgə və sülh şəraitində yaşamağın mümkünlüyü" mövzusunda keçirilən növbəti onlayn beynəlxalq konfransının böyük əhəmiyyəti var. 10-dan  çox xarici ölkədən 200-ə yaxın iştirakçının qatıldığı konfransda dünyanın tanınmış siyasətçiləri, vətəndaş cəmiyyəti liderləri, ABŞ, Kanada və İspaniya kimi  ölkələrin nüfuzlu universitetlərinin alim və mütəxəssisləri çıxış etmişlər. Sonda konfrans iştirakçıları adından qərbi azərbaycanlıların qayıdış hüququnun təmin olunması ilə bağlı BMT-yə və digər beynəlxalq təşkilatlara müraciətlər göndərilmişdir. 

Qadınlar Şurası ölkəmizin bölgələrində də maarifləndirici tədbirlər keçirir.  Bu sıradan növbəti tədbir Ağsaqqallar Şurası, İcbari Tibbi Sığorta Dövlət Agentliyi və TƏBİB nümayəndələrinin iştirakı ilə Tərtər rayonunda baş tutub.  Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tibbi humanitar aksiya çərçivəsində rayonun Bəyimsarov kəndində məskunlaşmış Qərbi Azərbaycanəsilli qaçqınların tibbi müayinəsi aparılıb. 

Daha sonra şəhid ailələri ziyarət edilib. Tədbir çərçivəsində həmçinin görkəmli oftalmoloq-alim, tanınmış səhiyyə təşkilatçısı, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş "ZƏRİFƏ ƏLİYEVA: Əbədi İşıq Mücəssəməsi" mövzusunda konfrans keçirilib. Konfransın moderatoru, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı,  Milli Məclisin deputatı, Səhiyyə komitəsinin sədri, icmanın Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov, icmanın idarə heyətinin üzvü, ADPU-nin prorektoru professor Mahirə Nağıqızı, İcbari Tibbi Sığorta Dövlət Agentliyi idarə heyətinin sədri Zaur Əliyev və başqaları akademik Zərifə xanım Əliyevanın ömür yolundan, yüksək nailiyyətlərindən, peşəsinə sevgisindən danışıblar. 


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir  

15:40
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsi ilə əlaqədar bəyanat yayıb  

15:37
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!