07 Noyabr 2024 09:10
3066
Təhsil
A- A+
Qarabağ Universiteti "yaşil inkişaf" çağırışlarına cavab verir

Qarabağ Universiteti "yaşil inkişaf" çağırışlarına cavab verir


Ali məktəb Çində beynəlxalq forumda təmsil olunub


Qarabağ Universiteti Çinin Lanzhou Universitetinin evsahibliyi ilə keçirilən Kəmər və Yol Universitetləri Alyansının (University Alliance of the Belt and Road - UAB&R) 2024-cü il forumunda iştirak edib. Bu məqsədlə universitetin rektoru Şahin Bayramov Çində səfərdə olub. 

Kəmər və Yol Təşəbbüsünün yeni onilliyinin başlanılması ərəfəsində keçirilən forum "Rəqəmsal gücləndirmə, "yaşıl innovasiya" və birgə inkişaf şəraitində beynəlxalq təhsil əməkdaşlığı" (International Education Collaboration Under the Circumstances of Digital Empowerment, Green Innovation and Shared Development) mövzusuna həsr edilib.

Dünyanın bir sıra ölkələrinin ali təhsil müəssisələri, tədqiqat institutları və mərkəzlərinin rəhbərləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı forum çərçivəsində "Kəmər və Yolun yaşıl inkişafı" (Green Development of the Belt and Road), "Rəqəmsal təhsil üzrə əməkdaşlıq perspektivləri" (The Prospects on Digital Education Collaboration) və "Əməkdaşlıq mexanizminin inkişafı" (The Development of Collaboration Mechanism) mövzularında panel sessiyalar keçirilib.

Forumda əsas məruzəçi qismində çıxış edən Şahin Bayramov "Yaşıl inkişaf çağırışlarını cavablandırmaqda universitetlərin rolu: Bir Kəmər, Bir Yol regionunda imkanlar" mövzusunda geniş təqdimat edib. Belə bir beynəlxalq nüfuzlu ali təhsil platformasında Qarabağ Universitetini təmsil etməkdən qürur duyduğunu bildirən Ş.Bayramov dəvətə görə təşkilatçılara təşəkkürünü bildirib. Eyni zamanda rektor foruma evsahibliyi edən Lanzhou Universitetinin 115 illik yubileyi münasibətilə təbriklərini çatdırıb. 

Böyük coğrafiyanı əhatə edən, nəhəng infrastruktur və investisiya layihələrinin həyata keçirildiyi Kəmər və Yol Təşəbbüsü regionunda sürətli sənayeləşmə və urbanizasiyanın ciddi ekoloji problemlərlə müşayiət olunduğunu qeyd edən rektor "yaşıl inkişaf" çağırışlarının həllində universitetlərin əhəmiyyətli rolundan bəhs edib. Ali təhsil müəssisələrinin tədqiqat və innovasiya habı, təhsil və potensialın inkişafı məkanı, siyasət maarifləndiricisi və beyin mərkəzi, əməkdaşlıq və tərəfdaşlıqları təşviq edən platforma kimi unikal mövqeyindən danışan Ş.Bayramov davamlı inkişaf təfəkkürlü gələcək liderləri və mütəxəssisləri yetişdirən universitetləri "yaşıl inkişaf"ın katalizatorları adlandırıb.

Azərbaycanın "yaşıl inkişaf" siyasətinə sadiqliyindən bəhs edən rektor ölkəmizdə davamlı inkişafla bağlı müəyyən edilmiş milli prioritetlərdən və həyata keçirilmiş ardıcıl və sistemli işlərdən danışıb. Vurğulayıb ki, 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının  29-cu sessiyası (COP29) kimi nüfuzlu bir tədbirin keçirilməsi ilə bağlı qərar ölkəmizin milli, regional və qlobal səviyyələrdə ətraf mühitin qorunmasına və iqlim dəyişikliyinin qarşısının alınmasına verdiyi töhfənin bariz nümunəsidir.

Daha sonra Azərbaycanın işğaldan azad edilmiş regionunda yeni yaradılmış Qarabağ Universitetinin missiyası, vizyonu və strateji məqsədləri barədə məlumat verən Ş.Bayramov təmsil etdiyi ali təhsil müəssisəsinin tələbə mərkəzli və tədqiqat əsaslı universitet kimi regional ekosistemin drayverinə, "yaşıl transformasiya" hədəfli layihələrin reallaşdırılacağı məkana və davamlı inkişafı dəstəkləyən innovativ həllərin təşəbbüskarına çevriləcəyini hədəflədiyini diqqətə çatdırıb. Böyük maraqla qarşılanan təqdimatdan sonra forum iştirakçılarının sualları cavablandırılıb.

Bununla yanaşı, forum çərçivəsində rektor Ş.Bayramov Çinin Lanzhou Universiteti, Şimal-Qərb Normal Universiteti və  Lanzhou Maliyyə və İqtisadiyyat Universitetini ziyarət edib və həmin universitetlərin rektorları ilə görüşüb. Görüşlərdə universitetlər arasında potensial əməkdaşlıq imkanları müzakirə edilib.

Qeyd edək ki, Kəmər və Yol Universitetləri Alyansı 2015-ci ilin 17 oktyabr tarixində Çinin Qansu əyalətinin Dunhuanq şəhərində yaradılıb və "Dunhuanq konsensusu" adlı razılıq əsasında fəaliyyətə başlayıb. "Əlaqəlilik, açıqlıq, inklüzivlik, innovasiya və əməkdaşlıq" vizyonunu rəhbər tutaraq, Dunhuanq Konsensusu ali təhsil üçün ümumi icma yaratmağı hədəfləyir, təhsil, texnologiya və mədəniyyət sahəsində "Kəmər və Yol" boyu ölkələr və universitetlər arasında hərtərəfli kommunikasiya və əməkdaşlığı təşviq edir, ölkələr və regionların ekoloji və sosial inkişafına xidmət edir. Hazırda Lanzhou Universiteti tərəfindən evsahibliyi edilən alyansın 170-dən çox üzv universiteti var. Gələcək kommunikasiya və əməkdaşlığı daha da genişləndirmək və inkişaf etdirmək məqsədilə 2016-cı ildən başlayaraq hər il tematik forumlar keçirilir. Beynəlxalq əməkdaşlığın inkişafına xüsusi önəm verən Qarabağ Universitetinin bu forumda təmsil olunması yeni qarşılıqlı faydalı tərəfdaşlıqların qurulmasına hədəflənib. 


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:21
13 May

"İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

00:21
13 May

A.M.Şirinovun Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilməsi haqqında

00:20
13 May

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

00:20
13 May

“Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ovçuluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 8 oktyabr tarixli 43-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 8 noyabr tarixli 228 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

00:18
13 May

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 8 oktyabr tarixli 46-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:16
13 May

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:15
13 May

"Türkiyə - Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB)" üzvlərinin nəzərinə!

00:14
13 May

"TEMİRLİ QRUP"ASC-nin səhmdarlarının nəzərinə!

00:14
13 May

Hakan Fidan ABŞ Dövlət katibinə Suriya qarşı sanksiyaların ləğvinin əhəmiyyətindən danışıb  

23:08
12 May

Ermənistan ordusu tərəfindən Başlıbel kəndinin əhalisinin məhv edilməsinin şahidi olan şəxslər məhkəmədə ifadə veriblər  

23:04
12 May

Ərdoğan: “Terrorsuz Türkiyə” hədəfinə doğru yolda kritik hədd keçildi

22:09
12 May

Bakıda Azərbaycan və Venesuela arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilib

21:06
12 May

NİİM velosiped və skuter idarə edənlərə müraciət edib

19:59
12 May

Vüqar Rəhimzadə: Bu gün Kəngərlinin timsalında yeniləşən Azərbaycanı, bərpa olunan Qarabağı və Şərqi Zəngəzuru görürük

19:57
12 May

Veneranın xarici təbəqəsinin zaman keçdikcə qalınlaşacağı gözlənilsə də...

19:55
12 May

Marian çökəkliyində təəccübləndirici tapıntı

19:40
12 May

Yağan yağışlar çaylarda sululuğu artırıb 

19:03
12 May

Başlıbel faciəsinin şahidi: Ermənistan ordusunun hərbçiləri mülki əhalini görən kimi heç bir sual vermədən öldürürdülər

19:00
12 May

Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə əlaqədar Türkiyə xalqını təbrik edib  

18:59
12 May

Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə baş direktoru ilə görüş keçirilib  

18:54
12 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!