03 May 2025 18:13
2060
Elm və texnika
A- A+
Psixologiya Elmi-Tədqiqat İnstitutunun beynəlxalq uğuru

Psixologiya Elmi-Tədqiqat İnstitutunun beynəlxalq uğuru


Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Beyin və Davranış Laboratoriyasında aparılmış tədqiqat işi  Azərbaycan Tibb Jurnalında (Azerbaijan Medical Journal) dərc olunub.

Qeyd edək ki, bu jurnal “Scopus”, “EMBASE (Elsevier)”, “Index Copernicus”, “Google Scholar” kimi nüfuzlu elmi bazalarda indeksləşdirilir və eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəsmi elmi nəşri statusuna malikdir.

“Təşvişi yenidən proqramlaşdırmaq: QEEG analizi ilə neyrofeedback cihazının gücünü kəşf etmək” adlı tədqiqat işi institutun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, klinik psixoloq Narınc Rüstəmova, psixoloqlar Səyanə Əliyeva, Ülkər Zalova Nuriyeva, Sevil Abbasova və İran mütəxəssisləri Masoud Nosratabadi və Nader Alirezaloo tərəfindən birgə hazırlanıb.

Tədqiqatın məqsədi təşviş pozuntularının müalicəsində neyrofeedback metodunun effektivliyini qiymətləndirmək və bu yanaşmanın beyin fəaliyyətinə təsirini kəmiyyət elektroensefaloqrafiyası (QEEG) vasitəsilə təhlil etmək olub. Müdaxilə öncəsi və sonrakı ölçmələrə əsaslanan (pre-post dizaynlı) bu elmi araşdırma neyrofeedbackin klinik təsirini neyrobioloji əsaslarla sübut edib.

Araşdırmada DSM-5 diaqnostik meyarlarına əsasən təşviş pozuntusu diaqnozu almış, 18–65 yaş aralığında olan 40 nəfər yetkin şəxs (orta yaş: 34,7) iştirak edib. İştirakçıların 55%-i qadın, 45%-i isə kişi olub. Ən çox rast gəlinən diaqnozlara generalizə olunmuş təşviş pozuntusu (45%), sosial təşviş pozuntusu (30%) və panik pozuntu (25%) daxildir. Tədqiqata psixotrop dərman qəbul etməyən, eləcə də ciddi nevroloji və ya maddə istifadəsi problemi olmayan şəxslər seçilib.

Neyrofeedback müdaxiləsindən sonra beyində alfa dalğalarının artması, yüksək beta dalğalarının azalması və theta/beta nisbətinin yüksəlməsi kimi əhəmiyyətli neyrofizioloji dəyişikliklər müşahidə edilib. Bu dəyişikliklər emosional tənzimləmə və kortikal oyanıqlıq göstəriciləri ilə sıx əlaqəli olub və təşviş simptomlarının azalması ilə yüksək korrelyasiya göstərib.

Tədqiqat neyrofeedbackin təsir mexanizmini beynin ön (frontal) və arxa (posterior) bölgələri çərçivəsində qiymətləndirərək bu sahədəki elmi ədəbiyyata mühüm töhfə verib.

Təşviş pozuntularının müalicəsində istifadə olunan ənənəvi üsullar – farmakoloji terapiya və Koqnitiv Davranışçı Terapiya (CBT) – bəzi hallarda bütün pasiyentlər üçün yetərli nəticə vermir. Hazırkı tədqiqat neyrofeedback texnologiyasını invaziv müdaxilə tələb etməyən, fərdiləşdirilmiş və dərmansız psixoloji müdaxilə modeli kimi təqdim edərək sahəyə alternativ və perspektivli yanaşma vəd edir.

Tədqiqat məqaləsi ilə aşağıdakı keçid vasitəsilə ətraflı tanış olmaq mümkündür:

https://www.azerbaijanmedicaljournal.net/article/rewiring-anxiety-unveiling-the-power-of-neurofeedback-through-qeeg-analysis

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsi ilə əlaqədar bəyanat yayıb  

15:37
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!