14 May 2025 08:00
3067
CƏMİYYƏT
A- A+
Prezidentin Qarabağa səfərləri qəlblərdə sevinc, könüllərdə fərəh yaradır

Prezidentin Qarabağa səfərləri qəlblərdə sevinc, könüllərdə fərəh yaradır


"44 günlük Vətən müharibəsində şanlı Ordumuz tərəfindən işğaldan azad olunan ərazilərə yeni nəfəs gəlib. 30 il erməni işğalı altında qalmış Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, yeni görkəm alır. Düşmənin Yer üzündən sildiyi şəhər və kəndlərimiz ən müasir şəkildə yenidən tikilir, keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı reallaşır. Bütün bunlar hər bir Azərbaycan vətəndaşını, xüsusilə qarabağlıları sevindirir, qürurlandırır".

Bu fikirlər Ağdam rayon ziyalısı Şamil Əhmədovun işğaldan azad olunmuş ərazilərin inkişafı və Böyük qayıdışla bağlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

"44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra bu gün dövlətimizin əsas prioritet məsələlərindən biri işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması, infrastruktur layihələrinin icrası, kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsidir. İşğaldan azad olunmuş ərazilərimizdə Prezident İlham Əliyevin müvafiq sərəncam və tapşırıqlarına əsasən, quruculuq-bərpa işləri uğurla davam etdirilir. Düşmən tapdağından azad olunmuş Ağdam rayonunda infra-struktur layihələrinin uğurla icrası buna bariz nümunədir.

Dövlət başçısı mütəmadi olaraq Qarabağa və Şərqi Zəngəzura səfərlər edir, yaşayış məntəqələrinin və digər obyektlərin təməlini qoyur, həyata keçirilən tikinti-quruculuq işləri ilə maraqlanır, açılışlar edir. Prezidentin bu səfərləri azad olunmuş torpaqlarımıza Böyük qayıdışı sürətləndirir, qəlblərdə sevinc, fərəh hissi yaradır.

Bu günlərdə, daha dəqiq desək, mayın 10-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonuna növbəti səfərləri və bu səfərin Ulu Öndərin doğum gününə təsadüf etməsi biz ağdamlılara həm sevinc, həm də böyük qürur hissi yaşatdı. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ulu Öndər Heydər Əliyevin doğum gününü ağdamlılarla birgə qeyd etməsi tarixi hadisə oldu. Eyni zamanda Prezident İlham Əliyevin Kəngərli kəndinin, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin və Ağdam Muğam Mərkəzinin açılış mərasimlərində iştirakı və ağdamlılarla səmimi söhbətləri həmin tarixi hadisənin unudulmaz səhifəsi idi. Prezidentin Ağdam Muğam Mərkəzinin açılışında verdiyi mesajlar, bəyanatlar ağdamlılar tərəfindən çox böyük rəğbət və məhəbbətlə qarşılanıb.

Azərbaycan yalnız öz iqtisadi resursları hesabına, heç bir beynəlxalq təşkilatdan kömək almadan Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur, insanlar doğma torpaqlarına geri qayıdırlar, "məcburi köçkün" ifadəsi artıq tariximizdən silinir. Dövlətimiz işğaldan azad edilmiş ərazilərdə yeni şəhərsalma təcrübəsini nümayiş etdirir. Ağdam şəhərinin timsalında bunu aydın şəkildə görürük. Ağdam Prezidentimizin rəhbərliyi ilə xarabalıqlardan baş qaldırıb ucalır, yenidən ağ günlərinə qovuşur. Qarabağımızın, Ağdamımızın inkişafını görmək, azad, firavan günlərinin başlamasına şahidlik etmək qalib ölkənin vətəndaşı kimi bizi qürurlandırır".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsi ilə əlaqədar bəyanat yayıb  

15:37
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!