18 Dekabr 2025 10:38
212
CƏMİYYƏT
A- A+
Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  


Bu ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxt məktəbliləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktiki konfranslar keçirilib. Bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri barədə öz elmi məqalələri ilə çıxış ediblər. Yekun konfransda rayonlar üzrə təqdim olunan işlərin ən yaxşıları seçilərək kitab şəklində çap olunması qərara alınıb. Bu gün artıq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qalib elan edilən mövzulardan ibarət “Heydər Əliyev və Azərbaycan tarixi” adlı növbəti kitab işıq üzü görüb.

Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aparatın məsul işçilərinin, qalib seçilmiş məktəblilərin, onların elmi rəhbərlərinin, bir sıra məktəblərin rəhbərlərinin, media nümayəndələrinin iştirakı və şagirdlərin özlərinin aparıcılığı ilə keçirilən təqdimat mərasiminin əvvəlində Ulu Öndər Heydər Əiyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin əvvəlində şagirdlər tariximizin müxtəlif dövrlərində mühüm rol oynamış böyük tarixi şəxsiyyətlərin obrazlarını canlandırıblar.

Təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçı Eldar Əzizov bildirib ki, min illik tarixi ərzində Azərbaycan ilk dəfədir ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə planetin ictimai-siyasi sistemində nüfuzlu oyunçu kimi çıxış edir, mədəni-idman həyatında artıq qəbul edilən əhəmiyyətli mərkəzə çevrilib. Butün əldə edilən bu uğurların əsasında da dahi insanın, İlham Əliyevin şəxsiyyət faktoru dayanır. Qədim zamanlarda Azərbaycanda mövcud olan xanlıqlıqlar qısa müddət yaşayıb, birləşə bilməyərək parçalanıb və süquta uğrayıblar. İndi isə Azərbaycan vahid dövlətdir.

Məhz Bakı şəhərinin dünən 2026-ci ilin "Dünya İdman Paytaxtı" elan olunması buna əyani sübutdur. Bütün bu uğurların gənc nəslə təbliği mühüm əhəmiyyət kəsb edir.

Konfransda Səbail rayonu 329 nömrəli tam orta məktəbin direktoru Elnur Mirzəyev, Nəsimi rayonu 111 nömrəli tam orta məktəbin tarix müəllimi Natəvan Məmmədova, Səbail rayonu 132-134 nömrəli Təhsil Kompleksinin 10-cu sinif şagirdi Nurlanə Həsənli və başqaları çıxış edərək məktəblilərin, müəllimlərin bu layihəyə böyük maraq göstərdiklərini və həvəslə iştirak etdiklərini bildirdilər.

Qeyd olunub ki, konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan tarixindəki rolu, Vətən müharibəsində qazanılan Şanlı Qələbə barədə öz elmi məqalələri ilə çıxış edib, son nəticədə isə belə bir kitab işıq üzü görüb.

Ümumilikdə isə, Bakı şəhərinin 300-dən artıq orta məktəbini əhatə etməklə 3000-dən çox şagirdin iştirak etdiyi rayon konfranslarında qalib olan 80 şagirdin referatları Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunan yeni kitaba daxil edilib.

Tədbirin sonunda qalib şagirdlərə sertifikatlar və referatları çap edilən kitablar, həmçinin onların elmi rəhbəri olan müəllilərə də kitablar təqdim edilib.

Ənənəvi xarakterli bu müsabiqənin növbəti illərdə də keçirilməsi nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

2025-ci ilin ən fəal sahibkarları mükafatlandırılıb VİDEO  

19:38
18 Dekabr

Bakı Limanının infrastruktur imkanları Orta Dəhliz üzrə daşımaların dayanıqlılığını təmin edir VİDEO  

19:37
18 Dekabr

Belarus Prezidenti: Minsk ölkənin qapalı və təcrid olunması barədə Qərbin formalaşdırdığı mifi məhv edib

19:11
18 Dekabr

Aleksandr Lukaşenko: Dünyada üç güc qütbü var – Çin, Rusiya və ABŞ  

19:03
18 Dekabr

BMT-nin rezident-əlaqələndiricisi minatəmizləmə fəaliyyəti barədə məlumatlandırılıb  

18:59
18 Dekabr

YAP Gənclər Birliyi hesabat verib  

18:51
18 Dekabr

MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 74-cü iclası keçirilib  

18:48
18 Dekabr

Kreml Amerika tərəfi ilə Mayamidə görüşə hazırlığı təsdiqləyib  

18:41
18 Dekabr

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub  

18:33
18 Dekabr

Ekspert: Azərbaycandan Ermənistana neft yükünün tədarükü Vaşinqtonda sülhə dair əldə edilmiş razılığı təsdiqləyir  

18:23
18 Dekabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Naxçıvanda səfərdədir  

18:18
18 Dekabr

Laçın və Xocavənd rayonlarının meşə örtüyü və relyefinin 3D modelləri hazırlanıb  

18:02
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!