17 Dekabr 2025 08:40
273
İQTİSADİYYAT
A- A+
Ölkəmizin enerji sektorunda daha bir yenilik

Ölkəmizin enerji sektorunda daha bir yenilik


Azərbaycan MDB-də ən iri Batareya Enerji Saxlanc Sistemlərinə sahib olur


Azərbaycanda enerji sisteminin modernləşdirilməsi və dayanıqlı inkişafının təmin olunması istiqamətində növbəti strateji layihə icra edilir. MDB məkanında gücünə və enerji tutumuna görə ən böyük Batareya Enerji Saxlanc Sistemlərinin (BESS) ölkəmizdə qurulması elektroenergetika sahəsində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. 

Paytaxta  yaxın 500 kV-luq "Abşeron" və respublikanın mərkəzi hissəsində yerləşən 220 kV-luq "Ağdaş" yarımstansiyalarının ərazilərində yaradılan bu müasir enerji obyektləri elektrik təchizatının etibarlılığını artırmaqla yanaşı, bərpaolunan enerji mənbələrinin şəbəkəyə daha səmərəli inteqrasiyasına və enerji balansının çevik idarə olunmasına geniş imkanlar açacaq, ölkənin enerji təhlükəsizliyini möhkəmləndirəcək, elektrik sisteminə çeviklik və dayanıqlılıq qazandıracaq. Müasir enerji mərkəzləri ölkənin gələcək enerji xəritəsində mühüm yer tutacaq. Bu da o deməkdir ki, Azərbaycanın enerji tarixində yeni bir səhifə açılır.

Nəhəng BESS-in ilk partiyası artıq son ünvana çatdırılıb və təyinatı üzrə sahələrə quraşdırılıb. Xüsusi sifariş əsasında Çinin "Great Power" zavodunda istehsal olunan avadanlıqlar minlərlə kilometrlik uzun və çətin yol qət edərək ölkəmizə gətirilib. Sakit və Hind okeanlarını, Süveyş kanalını, Aralıq və Egey dənizlərini arxada qoyan texnoloji karvan Türkiyənin Gemlik Limanına çatdıqdan sonra quru yolla Türkiyə və Gürcüstan üzərindən Azərbaycana istiqamət götürüb. Hər birinin çəkisi 36 ton olan BESS-in daşınması xüsusi diqqət və təhlükəsizlik tədbirləri tələb edib. Saxlanc sistemlərinin hələlik 15 faizi ölkəyə gətirilib, qalan 85 faizin isə aprel ayına qədər mərhələli şəkildə çatdırılması və istismara hazırlanması nəzərdə tutulur. Təbii ki, nəhəng enerji saxlanc sistemləri yalnız texniki qurğular deyil, onlar Azərbaycanın enerji müstəqilliyinə, "yaşıl gələcəy"inə və regionun aparıcı enerji mərkəzinə çevrilməsi yolunda atılan inamlı addımların təcəssümüdür.  

Maraqlıdır ki, elektrik enerjisinin saxlanması və idarə olunması texnologiyaları XXI əsrin enerji inkişafında dönüş nöqtəsi hesab olunur. Amma  bu ideya yeni deyil. İlk batareya saxlama sistemlərinin kökü 1960-cı illərdə ABŞ və Almaniyada elektrik şəbəkələrinin pik yüklərini tənzimləmək üçün quraşdırılmış eksperimental sistemlərə gedib çıxır. O zaman bu sistemlər əsasən nikel-kadmium batareyalardan ibarət idi və müasir litium-ion texnologiyaları kimi genişmiqyaslı deyildi. Müasir mənada sənaye tipli enerji saxlama sistemlərinin ilk kommersiya layihəsi  isə 2011-ci ildə ABŞ-nin Kaliforniya ştatında AES Corporation tərəfindən həyata keçirilib. 30 meqavat gücündə və 120 meqavat-saat tutumunda olan bu nəhəng sistem pik enerji tələbatını tənzimləmək, elektrik şəbəkəsinin stabilliyini qorumaq və günəş kimi dəyişkən bərpaolunan enerji mənbələrini inteqrasiya etmək məqsədi daşıyırdı. Məhz həmin layihə dünya üzrə enerji saxlama texnologiyalarının sürətli inkişafına təkan verdi. Son illər isə Çin, Almaniya, Avstraliya və ABŞ-də 100 meqavatdan böyük enerji saxlama sistemləri qurulub. 

Bu sistemlər ölkəmizin enerji təhlükəsizliyini artırmaqla yanaşı, bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasını asanlaşdıracaq və elektrik təchizatında fasiləsizliyi təmin edəcək. Kiçik eksperimentlərdən müasir nəhəng saxlama sistemlərinə qədər uzanan bu yolu Azərbaycanın enerji infrastrukturunda yeni dövrün başlanğıcı hesab etmək olar. Təbii ki, yeni nəhəng enerji saxlanc mərkəzlərinin qurulması yalnız texniki layihə deyil. O, ölkəmizin regional enerji mərkəzi kimi mövqeyinin möhkəmlənməsini özündə ehtiva edir. Quraşdırılan hər batareya ölkənin sabit enerjiyə, dayanıqlı inkişafa və strateji gücə doğru irəliləyiş kimi tarixə yazılır.  

Bu cür yüksəktutumlu saxlanc sistemlərinin tətbiqi enerji istehsalı ilə istehlakı arasında tarazlığın qorunmasında da mühüm rol oynayır. Günəş və külək kimi dəyişkən bərpaolunan enerji mənbələrindən alınan elektrik enerjisi BESS-də saxlanılacaq. Sonra isə lazım olanda  enerji tələbi çox olan vaxtlarda bu enerji şəbəkəyə veriləcək. Bu da enerji itkilərinin azaldılmasına və elektrik təchizatında fasiləsizliyin təmin olunmasına xidmət edəcək. 

BESS-in  "Abşeron" və "Ağdaş" yarımstansiyalarında quraşdırılması təsadüfi deyil. Bu yarımstansiyalar ölkənin əsas enerji qovşaqları sırasında yer almaqla, istehsal və paylama zəncirində strateji əhəmiyyət daşıyır.  Saxlanc qurğularının məhz bu nöqtələrdə qurulması ölkə üzrə elektrik şəbəkəsinin sabitliyini gücləndirəcək, qəza risklərini minimuma endirəcək və operativ idarəetmə imkanlarını genişləndirəcək. Layihə eyni zamanda Azərbaycanın "yaşıl enerji" gündəliyinə uyğun olaraq karbon emissiyalarının azaldılmasına töhfə verəcək. 

Enerji səmərəliliyinin yüksəldilməsi və ənənəvi yanacaq mənbələrindən asılılığın mərhələli şəkildə azaldılması baxımından bu cür müasir texnoloji məsələlər xüsusi əhəmiyyət kəsb edir. Mütəxəssislərin fikrincə, BESS-in tətbiqi yaxın illərdə ölkənin enerji təhlükəsizliyinin daha da möhkəmlənməsinə zəmin yaradacaq. Beləliklə, "Abşeron" və "Ağdaş" yarımstansiyalarında quraşdırılan BESS böyük texnoloji layihə olmaqla yanaşı, həm də Azərbaycanın enerji müstəqilliyinə və dayanıqlı inkişafına verilən strateji töhfədir. Bu nəhəng enerji mərkəzləri ölkəmizin elektrik şəbəkəsini daha çevik və etibarlı edəcək, bərpaolunan enerji mənbələrinin istifadəsini artıracaq və regionda Azərbaycanın enerji lideri kimi mövqeyini daha da gücləndirəcək. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!