"Neftçi" - "Zirə" oyununun yeri dəyişib
Bir müddət öncə renovasiya işlərinə start verilmiş “Neftçi Arena”nın son durumu Peşəkar Futbol Liqası (PFL) tərəfindən araşdırılıb.
PFL xəbər verir ki, stadionun ot örtüyü hazırda oyunları qəbul etməyə tam hazır deyil.
Qurum tərəfindən mövsümdən öncə qəbul olunmuş digər stadionların hazırkı cədvəli və ümumi durumu uyğun olmadığı üçün “Neftçi”nin rəsmi müraciətini, “Zirə” klubunun razılıq məktubunu əsas götürən PFL bu komandalar arasında keçiriləcək 1-ci və 2-ci dövrənin görüşlərinin yerini dəyişdirib.
Belə ki, “Neftçi” - “Zirə” oyunu sentyabrın 23-də Zirə İdman Kompleksində keciriləcək. Oyun saat 20:30-da start götürəcək.
Bu qərar əvəzedici komandalara aid edilmir.
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Mətbuat Şurasının AZƏRTAC-ın əməkdaşının jurnalist fəaliyyətinin məhdudlaşdırılması ilə b...
05 Dekabr
Ten Kristian: Fransanın Yeni Kaledoniyada hərbi baza yerləşdirməsinə razı deyilik
05 Dekabr
Milli Məclisin plenar iclasında 22 məsələ müzakirə edilib
05 Dekabr
Alessandro Biançi: Mədəni irsə qarşı vandallıq aktları yolverilməzdir
05 Dekabr
Penitensiar Xidmətdə qazilərlə görüş olub
05 Dekabr
Qərbi Azərbaycan xalçalarının Milli Xalça Muzeyində sərgisi açılıb
05 Dekabr
UNESCO: Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 18-ci sessiyasında Azərbay...
05 Dekabr
Moskvada Azərbaycan və İran xarici işlər nazirlərinin görüşü keçirilir
05 Dekabr
Parlamentdə hərbi qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərlə bağlı mətbuat konfransı keçirilib...
05 Dekabr
Bakıda və Abşeron yarımadasında küləyin sürəti 26-32 metr/saniyəyədək güclənib
05 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!