Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib
Oktyabrın 9-da Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Eldar İbrahimov bildirdi ki, iclasın gündəliyinə daxil edilən "Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində regional komissiyaya dair saziş"in təsdiq edilməsi haqqında qanun layihəsi Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə göndərilib.
Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Şahmərdan Kərimov müzakirəyə təqdim olunan qanun layihəsini ətraflı şərh etdi. Bildirdi ki, 1995-ci ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) konfransında qəbul edilmiş bu sənəd balıqçılıq təsərrüfatlarının və akvakulturanın ölkələrin inkişafında rolunu, daxili su hövzələrində balıqçılığın səmərəliliyini, məşğulluğun və ərzaq təhlükəsizliyinin yaxşılaşdırılmasını özündə ehtiva edir. Buna görə də 2009-cu ilin əvvəlində FAO-nun nəzdində belə bir komissiyanın yaradılması qərara alınıb. Regional komissiyanın məqsədi regionda su bioloji resurslarının inkişafına, mühafizəsinə, səmərəli idarə olunmasına, akvakulturanın davamlı inkişafına kömək etməkdir.
İclasda iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat Balıqçılıq İnstitutunun direktoru Mehman Axundov komissiyanın funksiya və öhdəlikləri barədə məlumat verdi, bu sənədin ölkədə balıqçılığın inkişafına verə biləcəyi səmərədən söhbət açdı.
Komitə üzvləri Eldar Quliyev, Novruzəli Aslanov, Tahir Süleymanov, Mahir Aslanov sənədlə bağlı fikirlərini bildirdilər.
Sonda sənəd parlamentin plenar iclasının müzakirəsinə tövsiyə olundu.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
17 May
Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı keçirilib...
17 May
Litva Prezidenti Gitanas Nauseda Azərbaycana rəsmi səfərə gəlib
17 May
Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasını...
17 May
Milli Məclisin sədri Sahibə Qafarova İran Parlamenti sədrinin müavini ilə görüşüb
17 May
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
17 May
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına yeddi yoluxma faktı qeydə alınıb
17 May
Avropa İttifaqının hesabatında KOBİA ilk beşlikdə yer alıb
17 May
İsveç və Finlandiya NATO-ya daxil olmaq üçün birlikdə müraciət edəcəklər
17 May
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 min 812 nəfər artıb
17 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

İnamın gücü

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!