05 Mart 2024 11:29
227
İQTİSADİYYAT
A- A+

Metronun iki stansiyanın texniki zonasında əlavə yükləmə terminalları yerləşdirilib  

 

“BakıKart” plastik kartlarının yüklənməsi ilə bağlı metro istifadəçisi olmayan sərnişinlərin rahatlığını təmin etmək məqsədilə “Sahil” və “28 May” stansiyalarında girişlərə yaxın olan texniki zonaların hər birində əlavə 2 ədəd yükləmə terminalları yerləşdirilib.

“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, bu isə sərnişinlərin Bakı metrosuna daxil olmadan kartın alınması və gediş haqqının yüklənməsi ilə bağlı rahatlığını təmin edib. Eyni zamanda, həmin stansiyalarda sərnişinlərin vestibüllərdə daha rahat hərəkəti, terminallardan daha çevik istifadə etməsi, axın üzrə sərnişinlərin daha operativ yoxlanılması və yönləndirilməsi təmin edilib.

Hazırda digər istiqamətlər və məsələlər üzrə monitorinqlər və tədbirlər davam etdirilir. Bununla yanaşı, birgə fəaliyyət çərçivəsində gediş haqqının yeni ödəmə üsulları və imkanlarının, karta vəsaitin daha çeşidli vasitələrlə yüklənməsi, elektron imkanların yeni tətbiqlərlə genişləndirilməsi və s. istiqamətlərdə işlər görülür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video