03 Noyabr 2023 09:50
4771
Təhsil
A- A+
Maliyyə Elm-Tədris Mərkəzinin təlimləri uğur vəd edir

Maliyyə Elm-Tədris Mərkəzinin təlimləri uğur vəd edir

 

Bunu Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanın nəticələri də göstərir

 

Azərbaycanda mühasibatlıq sahəsində mühüm yeniliklərdən biri müasir çağırışlardan irəli gələrək mühasiblərin peşəkarlıq sertifikasiyasının həyata keçirilməsidir. Mühasiblər çalışdıqları sahələrin məzmununa uyğun olaraq Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və İctimai Sektor (Büdcə Təşkilatları) üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə peşəkarlıq sertifikatlarına malik olmalıdırlar.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzindən (METM) aldığımız məlumata görə, bu sertifikatları əldə etmək üçün müəyyən edilmiş müddət gələn ilə qədər başa çatacaq. Belə ki, iri və orta sahibkarlıq subyektlərinin, paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların baş mühasibləri  2023-cü il dekabrın 30-dək müvafiq peşəkar mühasib sertifikatına malik olmalıdırlar. İllik maliyyə hesabatlarını və ya birləşdirilmiş maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin 2023-cü il yanvarın 1-dək işə qəbul edilən, habelə büdcə təşkilatlarının 2023-cü il yanvarın 1-dək işə qəbul edilən baş mühasibləri 2024-cü il 30 dekabradək peşəkar mühasib sertifikatı almalıdırlar. Bununla yanaşı, bir vacib nüansı da vurğulamaq lazımdır ki, illik maliyyə hesabatlarını və ya birləşdirilmiş maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslər və büdcə təşkilatları 2023-cü il yanvarın 1-dən sonra müvafiq peşəkar mühasib sertifikatına malik olmayan baş mühasibləri işə qəbul edə bilməzlər.
Qeyd edək ki, Maliyyə Elm-Tədris Mərkəzi peşəkarlıq sertifikatı əldə etmək istəyənlər üçün təlimlər keçirən peşəkar qurumdur. Mərkəzdə təlimlər Dövlət İmtahan Mərkəzinin proqramı əsasında, beynəlxalq təcrübəyə, yeni və innovativ çağırışlara uyğun olaraq, peşəkar mütəxəssislər tərəfindən keçirilir. İştirakçılar təlim zamanı proqrama uyğun olaraq, kağız və elektron formada tədris vəsaitləri ilə təmin olunurlar. Mərkəzdə təlimlər əyani, intensiv, hibrid (əyani və onlayn) formatda təşkil olunur.
METM-nin mühasiblər üçün təlimlərinin ən yüksək səviyyədə və olduqca peşəkarcasına təşkil edildiyini Dövlət İmtahan Mərkəzinin bununla bağlı son imtahanının nəticələri də təsdiq edir. Belə ki, bu ilin sentyabr ayında peşəkar mühasib sertifikatını almaq üçün keçirilmiş imtahanın birinci mərhələsində Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkarlıq sertifikatı əldə etmiş 8 mühasib, İctimai Sektor (Büdcə Təşkilatları) üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə isə peşəkarlıq sertifikatı əldə etmiş 22 mühasib Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin təlimlərində iştirak etməklə imtahana hazırlaşıblar. Onlardan 5 nəfər imtahanda xüsusilə fərqlənərək, yüksək bal toplayıb.
Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin təlimləri davam edir. Məhz bu qurumun təlimləri hər bir mühasibə imtahanlardan müvəffəqiyyətlə keçmək üçün uğur vəd edir.

R.CƏFƏRLİ,
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!