03 İyun 2025 01:25
1465
Qanunlar
A- A+
"Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında

"Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 15-ci və 26-cı bəndlərini rəhbər tutaraq, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır: 

Maddə 1. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16, № 6 (I kitab), maddə 637, № 7, maddələr 747, 751, 775, № 8, maddə 933, № 11, maddə 1187, № 12 (II kitab), maddə 1351; 2025, № 1, maddə 1; Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 121-VIIQD nömrəli və 2025-ci il 18 mart tarixli 161-VIIQD nömrəli qanunları) 18.67-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. birinci abzasda "Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin, idxal karantin icazəsinin və fitosanitar sertifikatlarının" sözləri "Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamənin və bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının" sözləri ilə əvəz edilsin;

1.2. 18.67.1-ci maddədə "Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin" sözləri "Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamənin" sözləri ilə əvəz edilsin;

1.3. 18.67.2-ci maddə ləğv edilsin;

1.4. 18.67.3-cü maddəyə "Fitosanitar" sözündən sonra "(təkrar ixrac fitosanitar)" sözləri əlavə edilsin.

Maddə 2. "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 655 (Cild I); 2024, № 4, maddə 365) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.0.12-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.13-cü maddə əlavə edilsin:

"1.0.13. daxili karantin sertifikatı - ölkə daxilində daşımalar zamanı bitki və bitkiçilik məhsullarının fitosanitar vəziyyəti barədə fiziki və hüquqi şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada verilən rəsmi sənəd.";

2.2. aşağıdakı məzmunda 7.1.6-1-ci maddə əlavə edilsin:

"7.1.6-1. "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla bitki və bitkiçilik məhsullarına daxili karantin sertifikatının, həmin məhsulların ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsi qaydasını müəyyən etmək;";

2.3. 14-cü maddə üzrə:

2.3.1. adına "İxrac" sözündən sonra "(təkrar ixrac)" sözləri əlavə edilsin;

2.3.2. 14.1-ci maddəyə "ixrac" sözündən sonra "(təkrar ixrac)" sözləri, "fitosanitar" sözündən sonra "(təkrar ixrac fitosanitar)" sözləri əlavə edilsin;

2.3.3. 14.3-cü maddəyə "İxrac" sözündən sonra "(təkrar ixrac)" sözləri, "fitosanitar" sözündən sonra  "(təkrar ixrac fitosanitar)" sözləri əlavə edilsin;

2.4. 20-ci maddə üzrə:

2.4.1. 20.3-cü maddədə "qeydiyyata" sözü "dövlət qeydiyyatına" sözləri ilə əvəz edilsin;

2.4.2. 20.4-cü maddədə "qeydiyyata" sözü "bu Qanuna və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına" sözləri ilə əvəz edilsin;

2.4.3. 20.6-cı maddənin birinci cümləsində "qeydiyyat" sözü "dövlət qeydiyyatının" sözləri ilə, "müəyyən edilmiş qaydada yenidən qeydiyyatdan" sözləri "yenidən dövlət qeydiyyatından" sözləri ilə əvəz edilsin;

2.4.4. aşağıdakı məzmunda 20.7-ci maddə əlavə edilsin:

"20.7. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Qanuna və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilir.";

2.5. 21.2-ci maddə ləğv edilsin;

2.6. 28-ci maddə üzrə:

2.6.1. 28.1.2-ci maddədə "qeydiyyata" sözü "dövlət qeydiyyatına" sözləri ilə əvəz edilsin;

2.6.2. 28.1.11-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 28.1.12-ci maddə əlavə edilsin:

"28.1.12. "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı və idxalını lisenziyalaşdırmaq.";

2.7. 29.3-cü və 29.5-ci maddələrdə "qeydiyyata" sözü "dövlət qeydiyyatına" sözləri ilə əvəz edilsin;

2.8. 34-cü maddə üzrə:

2.8.1. 34.3.1-ci maddəyə "qeydiyyatı" sözündən əvvəl "dövlət" sözü əlavə edilsin;

2.8.2. 34.3.3-cü maddəyə "fitosanitar" sözündən sonra "(təkrar ixrac)" sözləri əlavə edilsin və həmin maddədən "idxal karantin icazələrinin," sözləri çıxarılsın;

2.8.3. 34.4-cü maddədə "Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnamələrinin, idxal karantin icazəsinin və fitosanitar sertifikatlarının" sözləri "Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamənin və fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatların" sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Daxili karantin sertifikatının verilməsinə görə dövlət rüsumu tutulmur.".

Maddə 3. "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 2, maddə 133 (Cild I) 35.1.9-cu maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 35.1.10-cu maddə əlavə edilsin:

"35.1.10. dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsində nəzərdə tutulan müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilmədikdə.".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti  


Bakı şəhəri, 11 aprel 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!