11 Iyul 2023 10:25
77043
Oxucu məktubları
A- A+

Kəndli otbiçən texnika istəyir 

 

Lerik rayonunun kəndlərində təsərrüfat işlərinin qaynar çağıdır. Çörəyi torpaqdan çıxan kəndli çox vaxt səhərin gözünü iş başında açır. 
Kənd adamının dolanışığına təsir edən yem tədarükü başlanıb. Məlumdur ki, heyvandarlığın inkişafı bol və keyfiyyətli yemdən asılıdır. Bu işi isə texnikasız görmək mümkün deyil. 
Havalar əlverişli keçdiyinə görə biçənəklərdə bol ot yetişibdir. Amma texnika olmadığından torpağa bəzək, adamlara  var-dövlət gətirən çiçəkli, laləli  çəmənlərdə, yamaclarda dəryazla  ot çalınır. Lerikin əksər yerində kəndli  nağd pulu hesabına texnika istəsə də, hələlik onun səsini eşidən yoxdur. 

Zəfər ORUCOĞLU, 
Lerik rayonunun Bradi kənd sakini
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video