23 İyun 2025 19:52
424
SİYASƏT
A- A+
“Internews Pakistan” Laçın Zirvəsinin əhəmiyyəti fonunda Azərbaycan-Pakistan münasibətlərindən yazıb

“Internews Pakistan” Laçın Zirvəsinin əhəmiyyəti fonunda Azərbaycan-Pakistan münasibətlərindən yazıb

Pakistan İslam Respublikasının nüfuzlu “Internews Pakistan” İnformasiya Agentliyinin rəsmi veb-saytında “Respublika” qəzetinin baş redaktoru Hümbət Musayevin “Azərbaycan-Pakistan əlaqələrinin yeni mərhələsi: strateji əhəmiyyət və Laçın zirvəsi” adlı məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, İslamabadda yerləşən müstəqil informasiya agentliyi “Internews Pakistan” əsasən çap və elektron media sahəsində ixtisaslaşıb, mətnləri, foto və video materialları rəqəmsal multimedia formatında təqdim edir. Hər gün aktual hadisələrlə bağlı xəbərlər, məqalələr, analitik təhlillər və tematik oçerklər yayımlanır. Agentlik ölkə daxilində və xaricində fəaliyyət göstərən 500-dən çox təşkilata - qəzetlərə, radiostansiyalara, televiziya kanallarına və internet portallarına informasiya xidməti göstərir. Nüfuzlu “Internews Pakistan” informasiya agentliyinin rəsmi veb-saytında Azərbaycan–Pakistan münasibətlərinə dair məqalənin dərc olunması isə iki ölkə arasında media və informasiya sahəsində əməkdaşlığın daha da dərinləşməsi baxımından mühüm addım hesab olunur.

Müəllif qeyd edir ki, Azərbaycan–Pakistan münasibətlərinin əsası 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsindən dərhal sonra qoyulub. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub və 1992-ci ildə diplomatik münasibətlərin qurulması ilə iki ölkə arasında dostluq əlaqələrinin rəsmi mərhələsi başlayıb. Bu möhkəm tarixi əsas sonrakı onilliklər ərzində siyasi, iqtisadi və hərbi sahələrdə əməkdaşlığın daha da inkişaf etməsi üçün əlverişli zəmin yaradıb.

“Respublika” qəzetinin baş redaktoru Hümbət Musayev yazır ki, bu ilin mayında Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycanın Müstəqillik Günü ərəfəsində Laçına səfəri və burada keçirilmiş yüksəksəviyyəli Laçın Zirvəsi Azərbaycan-Pakistan münasibətlərində yeni dövrün başlanğıcı olub. Bu Zirvə ilk dəfə işğaldan azad edilmiş Azərbaycan torpağında üç qardaş ölkənin – Azərbaycanın, Pakistanın və Türkiyənin liderlərini bir araya gətirməklə simvolik və strateji dəyər kəsb edir.

Məqalədə xüsusilə qeyd olunur ki, dövlətimizin başçısı Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün rəmzi kimi Laçında belə bir yüksəksəviyyəli tədbirin keçirilməsini ölkənin suverenliyinin bərpası və dirçəliş prosesinin bariz nümunəsi kimi təqdim edib. Prezident İlham Əliyev Pakistana və Türkiyəyə Azərbaycanın haqq işinə göstərdikləri mənəvi-siyasi dəstəyə görə təşəkkürünü bildirib, üçtərəfli əməkdaşlığın strateji səviyyədə davam etdirilməsinin vacibliyini xüsusi vurğulayıb. Prezidentin bu mövqeyi, həm regional təhlükəsizliyə, həm də əməkdaşlıq platformalarının institusionallaşmasına yönəlik siyasi iradənin aydın ifadəsidir.

Hümbət Musayevin fikrincə, Zirvənin Müstəqillik Günündə keçirilməsi bir tərəfdən, Azərbaycanın ərazi bütövlüyü üzərində suverenlik hüququnun təsdiqi, digər tərəfdən isə qardaş ölkələrin bu prosesə dəstəyini göstərir. Laçın Beynəlxalq Hava Limanının açılışı ilə eyni günə təsadüf edən görüş regionun inteqrasiyası və bərpası baxımından mühüm dönüş nöqtəsinə çevrilib.

Laçın Zirvəsi təkcə rəmzi xarakter daşımır, həm də konkret razılaşmalarla yadda qalıb. İqtisadi sahədə SOCAR ilə Pakistanın enerji qurumları arasında imzalanmış sazişlər, o cümlədən neft kəməri layihələri, mayeləşdirilmiş qazın tədarükü və neft məhsullarının uzunmüddətli ixracı iki ölkə arasında praktiki əməkdaşlıq istiqamətlərini formalaşdırıb və iqtisadi tərəfdaşlığın möhkəmlənməsinə töhfə verib. Bundan əlavə, Azərbaycanın Pakistan iqtisadiyyatına 2 milyard dollar həcmində sərmayə qoymaq planı iki ölkə arasında yeni strateji tərəfdaşlıq mərhələsinin başlandığını göstərir.

Hərbi sahədə də əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Xüsusilə Pakistan istehsalı olan JF-17 Thunder qırıcılarının Azərbaycana satışı, “Üç Qardaş” birgə hərbi təlimlərinin təşkili və müdafiə sənayesi sahəsində həyata keçirilən layihələr bu əməkdaşlığın daha da genişlənəcəyindən xəbər verir. Bu tərəfdaşlıq yalnız ikitərəfli xarakter daşımır, eyni zamanda, Türkiyənin iştirakı ilə regional təhlükəsizlik və sabitlik üçün mühüm amilə çevrilir.

Müəllif qeyd edir ki, perspektivlər kontekstində Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq yalnız enerji və hərbi sahələrlə məhdudlaşmır. Mədəniyyət, təhsil və informasiya texnologiyaları kimi sahələrdə qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün güclü potensial mövcuddur. Xüsusilə Naxçıvan-Lahor qardaşlaşması və nümayəndə heyətlərinin qarşılıqlı səfərləri xalqlar arasında münasibətlərin dərinləşməsinə töhfə verir. Bu əməkdaşlıq yalnız hökumətlər səviyyəsində deyil, həm də cəmiyyətlərarası təmaslarda özünü göstərməlidir.

“Respublika” qəzetinin baş redaktoru beynəlxalq platformalarda nümayiş etdirilən qarşılıqlı siyasi dəstəyə də diqqət çəkərək qeyd edir ki, Azərbaycan daim Pakistanın Kəşmir məsələsindəki haqlı mövqeyini dəstəkləyir, Pakistan isə Qarabağla bağlı Azərbaycanın suverenliyini qəti şəkildə müdafiə edir. Bu siyasi həmrəylik təkcə tarixi dostluğa deyil, ortaq strateji baxışlara əsaslanır.

Laçın Zirvəsi ilə Azərbaycan-Pakistan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, əməkdaşlıq yalnız siyasi bəyanatlarla deyil, həm də enerji, müdafiə, nəqliyyat və humanitar sahələri əhatə edən konkret layihələrlə möhkəmləndirilib. Bu isə onu göstərir ki, iki ölkə arasındakı münasibətlər artıq dərinləşən strateji ittifaq xarakteri daşıyır. Baş redaktorun qənaətinə görə, Azərbaycan-Pakistan münasibətlərinin bugünkü vəziyyəti və gələcək inkişaf xətti hər iki ölkə, həm də ümumilikdə region üçün sabitlik, əməkdaşlıq və qarşılıqlı fayda vəd edir. Münasibətlərin təməlində qarşılıqlı hörmət, etimad və dərin tarixi-mədəni bağlılıq dayanır. Laçın Zirvəsi bu strateji vizyonun mühüm ifadələrindən biri olub və üçtərəfli əməkdaşlığın davamlı inkişafı üçün güclü platforma yaradıb.

Hümbət Musayevin məqaləsinin “Internews Pakistan” kimi nüfuzlu beynəlxalq informasiya platformasında yayımlanması Azərbaycan və Pakistan arasında mövcud qardaşlıq, strateji tərəfdaşlıq münasibətlərinin iki ölkə üçün vacibliyinin geniş oxucu auditoriyalarına çatdırılması və daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ortaq keçmişdən birgə gələcəyə

08:05
18 İyul

Azərbaycan yeni dünya nizamında da söz sahibidir

08:00
18 İyul

QMİ sədri Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb  

23:23
17 İyul

UNESCO-nun Dünya İrs Komitəsinin 47-ci sessiyası başa çatıb  

22:20
17 İyul

“Qərargah zabiti kursu”nun buraxılış mərasimi keçirilib  

22:16
17 İyul

Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada birgə nahar ediblər  

22:07
17 İyul

“Bizim həyət” layihəsi çərçivəsində yenilənmiş növbəti həyət sakinlərin istifadəsinə verilib  

21:39
17 İyul

"Qarabağ" növbəti transferini həyata keçirib

21:14
17 İyul

Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülmüş, xəsarətlər almış zərərçəkmişlər məhkəmədə ifadə veriblər  

20:12
17 İyul

II və III ixtisas qrupları üzrə ikinci cəhd qəbul imtahanlarının nəticələri açıqlanıb  

19:17
17 İyul

Hesablama Palatası ASOSAI İdarə Heyətinin 62-ci toplantısına ev sahibliyi edib 

19:16
17 İyul

Roma Papası Qəzzada kilsəyə edilən hücumu pisləyib

19:13
17 İyul

ADA Universiteti dövlət sifarişli yerlərə tələbə qəbuluna başlayır  

19:12
17 İyul

Türkmənistan mətbuatı Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərini geniş işıqlandırıb  

19:05
17 İyul

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşü olub  

17:04
17 İyul

Dövlət Komissiyası narkomaniya ilə bağlı maarifləndirmə tədbirlərini genişləndirir  

17:00
17 İyul

NATO: Ukraynaya “Patriot” sistemlərinin göndərilməsinə başlanılıb  

16:59
17 İyul

Rektor: ADA Universitetində tələbələrin 30 faizi ödənişsiz oxuyur

16:58
17 İyul

Dünyanın ən iri almaz istehsalçılarından biri böhranla üzləşib  

16:57
17 İyul

Həlak olan minlərlə insanın cəsədi Ukraynaya qaytarılıb  

16:56
17 İyul

ADA Universitetində dövlət sifarişi ilə təhsil alan tələbələrə təqdim olunan imkanlar açıqlanıb  

16:55
17 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!