13 May 2025 18:39
499
CƏMİYYƏT
A- A+
İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olunub

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olunub

Mayın 13-də Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc iclasda insan alveri ilə mübarizə üzrə beynəlxalq mexanizmlərin təşəkkülündən söz açıb, Azərbaycanda bu cinayət növünə qarşı mübarizə üzrə beynəlxalq hüququn və mexanizmlərin tətbiqindən danışıb. O, insan alverinə qarşı həm milli, həm də qlobal müstəvidə mübarizənin zəruriliyini vurğulayaraq bildirib ki, dövlətimiz həmişə insan alveri ilə mübarizə istiqamətində ciddi siyasi iradə nümayiş etdirib. Komitə sədri Azərbaycanın bu sahədə gördüyü işlərin müxtəlif beynəlxalq təşkilatlar tərəfindən müsbət dəyərləndirildiyini deyib.

Zahid Oruc Azərbaycanı insanların təhlükəsizliyinin yüksək səviyyədə qorunduğu ən sabit ölkələrdən biri kimi dəyərləndirib, bu istiqamətdə Daxili İşlər Nazirliyinin fəaliyyətinə toxunub. O, nazirliyin ictimai təhlükəsizliyin, insan hüquq və azadlıqlarının qorunması, insan alverinə qarşı mübarizə istiqamətlərində həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən bəhs edib. Vurğulayıb ki, daxildə qanunçuluğun keşiyində və cinayətkarlıqla mübarizədə ön cərgədə dayanan milli polisimiz Vətən müharibəsi zamanı da cəbhədə ordumuzla çiyin-çiyinə idi. İkinci Qarabağ müharibəsində Azərbaycan polisinin 66 nəfərinin qəhrəmanlıqla şəhid olması, 346 nəfərin yaralanması, 1400 nəfər hərbi qulluqçuya yüksək mükafatların, 4 nəfərə isə “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi həmin şərəfli döyüş yolunun parlaq ifadəsidir. O, Azərbaycanda insan alveri kimi transmilli mürəkkəb cinayətlə mübarizə sahəsində irəliləyişlərin, müsbət təcrübələrin əldə olunmasını dövlət və hakimiyyət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının koordinasiyalı fəaliyyəti və yeni yanaşmaların tətbiqi ilə bağlayıb.

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycanda 2024-cü ildə insan alverinə qarşı mübarizəyə dair məlumatını qısa şərh edən komitə sədri bildirib ki, sənəddə insan alveri ilə mübarizə sahəsindəki vəziyyət əhatəli və sistemli şəkildə təqdim olunub. Verilən statistikaya diqqət çəkən komitə sədri məlumatda yer alan qanunsuz miqrasiya, məcburi əmək, insan alveri cinayəti faktları ilə bağlı fikirlərini bildirib. Komitə sədri vurğulayıb ki, hesabatdan vətəndaşlarımızın təhlükəsiz şəraitdə yaşamasını, cinayət əməllərindən qorunmasını təmin edən güc strukturlarının insan alveri ilə mübarizə sahəsində öz işlərini ildən-ilə təkmilləşdirdiyi müşahidə olunur.

Sonra DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatını təqdim edib. İdarə rəisi ölkəmizdə insan alverinə qarşı hərtərəfli mübarizə üçün əlverişli mexanizmin yaradıldığını, insan alverinə qarşı mübarizə üzrə tədbirlərin uğurla icra edildiyini söyləyib. O, illik məlumatın dövlət qurumlarının, beynəlxalq təsisatların, qeyri-hökumət təşkilatlarının məlumatları və təhlilləri əsasında hazırlandığını deyib. Qeyd edib ki, məlumatda insan alverinə qarşı mübarizə fəaliyyəti ilə bağlı qanunvericilik, profilaktika, maarifləndirmə, təlim və treninqlər, beynəlxalq əməkdaşlıq, məcburi əməyin qarşısının alınması, cinayət təqibi kimi tədbirlər öz əksini tapıb. Sözügedən istiqamətlərdə görülən işlər barədə məlumat verən Həzi Aslanov bildirib ki, insan alverinə qarşı mübarizədə normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi 2024-cü ildə də davam etdirilərək "Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası"nın təsdiq edilməsi barədə qanun layihəsi hazırlanıb və aidiyyəti dövlət orqanları ilə razılaşdırılma mərhələsindədir. Habelə “İnsan alverinə qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın layihəsi də hazırlanaraq rəy və təkliflərin bildirilməsi məqsədilə dövlət qurumlarına təqdim olunub.

Profilaktika, maarifləndirmə, təlim istiqamətləri üzrə görülən işlərdən danışan idarə rəisi qeyd edib ki, qanunvericiliyin təkmilləşdirilməsi və müvafiq yeniliklər əmək münasibətlərinin şəffaflaşmasını təmin edib, bu sahədə elektron nəzarət və monitorinq imkanlarını genişləndirib, eləcə də vətəndaşların məcburi əməyin qurbanına çevrilmə riskini xeyli azaldıb.

Məruzəçi hesabat ilində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə və məlumat mübadiləsi sahəsində görülən işləri nəzərə çatdırıb. O bildirib ki, hesabat dövründə insan alveri сinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə cəlb olunması sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 161, məcburi əməklə bağlı 1, insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 44 cinayət qeydə alınıb. İnsan alveri və məcburi əmək cinayətləri ilə bağlı 15 cinayət işi başlanmış və 16 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib. Bununla yanaşı, informasiya texnologiyalarının tətbiqi ilə törədilmiş 44 müvafiq fakt da aşkarlanaraq Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Qeyd edilib ki, insan alverinə qarşı mübarizədə əldə olunmuş müsbət nəticələrin qorunub saxlanılması və inkişaf etdirilməsi, maarifləndirmə işinin daha məqsədyönlü aparılması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, beynəlxalq münasibətlərin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsi və digər mühüm vəzifələr Azərbaycan Respublikasının qanunlarına, dövlət başçısının fərman və sərəncamlarına, ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun ardıcıllıqla davam etdiriləcək.

Polis general-mayoru Həzi Aslanov çıxışının sonunda bu mühüm sahədə dövlət siyasətinin həyata keçirilməsində verdiyi dəstəyə, səmərəli əməkdaşlığa görə parlamentə, vətəndaş cəmiyyətinə və mediaya təşəkkürünü bildirib.

Sənədin müzakirəsində daxili işlər orqanlarının ictimai asayişin qorunmasında, qanunun aliliyinin təmin edilməsində rolundan danışılıb. İnsan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər, əldə edilən uğurlu nəticələr təqdirəlayiq hesab edilib. Bu istiqamətdə QHT-lərlə səmərəli əməkdaşlıqdan söhbət açılıb. Müasir rəqəmsal mühitdə və sosial platformalarda insan alveri cinayətlərinin, habelə dələduzluq hallarının qarşısının alınması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı fikirlər səsləndirilib. Müzakirələrdə, habelə insan alveri qurbanlarının qorunması, onların dəstəklənməsi tədbirlərinin, maarifləndirmə işinin gücləndirilməsinin vacibliyi qeyd olunub. Deputatlar və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının mükəmməl hazırlandığını bildiriblər, bəzi təkliflərini səsləndiriblər.

Tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov çıxışlarda səsləndirilən fikirlərə, qaldırılan məsələlərə münasibət bildirib, verilən sualları ətraflı cavablandırıb.

İclasa yekun vuran parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc müzakirələrin səmərəli keçdiyini söyləyib, insan alverinin yayılmasının səbəbləri, onların aradan qaldırılması yolları və digər bəzi məqamlara dair öz fikirlərini bölüşüb.

İclasın sonunda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın beynəlxalq səviyyədə qəbul edilən uğurları

08:00
24 İyun

REQUEST FOR EXPRESSIONS OF INTEREST

02:51
24 İyun

MARAQ MƏKTUBLARININ QƏBUL EDİLMƏSİNƏ DAİR ELAN 

02:50
24 İyun

Fars körfəzi üzərində hava məkanının bağlanması nəticəsində Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişib  

00:24
24 İyun

Müharibə dövründə Azərbaycanın cəbhə xəttindən uzaq şəhərlərinin bombalanması əmrinin Ermənistanın siyasi-hərbi rəhbərliyi tərəfindən verilməsi məhkəmədə bir daha təsdiqlənib  

23:52
23 İyun

Qərbi Azərbaycan İcması Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatını qınayıb  

23:05
23 İyun

Meksikalı diplomatlar İrandan Azərbaycana təxliyə edilib

23:04
23 İyun

İranın ABŞ aviabazasına endirdiyi zərbədə heç bir itki qeydə alınmayıb  

23:02
23 İyun

Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərində qanunsuz məskunlaşma aparılmasını Arayik Harutyunyan da təsdiqləyib  

23:02
23 İyun

NYT: İran Qətərə ABŞ aviabazasına planlaşdırılan hücumla bağlı əvvəlcədən xəbərdarlıq edib  

22:34
23 İyun

ABŞ-ın Bəhreyn, Küveyt və Qətərdəki bazaları həyəcan vəziyyətindədir  

22:21
23 İyun

İRİB: İran Qətərdə ABŞ-ın Əl-Udeyd bazasına qarşı əməliyyata başlayıb

22:19
23 İyun

XİN: Ermənistanın tarixi faktları saxtalaşdırmaq cəhdi onun sülh prosesinə xələl gətirmək səylərinin daha bir nümunəsidir

20:35
23 İyun

“Yaşayan Əfsanə” tituluna sahib Böyük Usta Samuel Kvoku ilə görüş

20:33
23 İyun

“2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması ilə bağlı iclas keçirilib

20:30
23 İyun

İQTİSADİYYAT İqtisadiyyat nazirinin müavini Zaqatalada vətəndaşlarla görüşüb

20:28
23 İyun

Kənd təsərrüfatı naziri Qırğızıstanda heyvandarlıq və balıqçılıq təsərrüfatları ilə tanış olub

20:02
23 İyun

NATO-nun Haaqa sammitinin gündəmində müdafiə xərclərinin artırılması, Ukrayna və İran məsələləri var

20:00
23 İyun

Meyvə və tərəvəz ixracı ilə məşğul olan sahibkarlara

19:58
23 İyun

Baş Prokurorluqda Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunub

19:56
23 İyun

SHXÇDX-nin şöbə rəisi: Xəbərdar edilmiş vətəndaş vaxtında qeydiyyatda olduğu struktur bölməmizə yaxınlaşmasına görə məsuliyyət daşıyır

19:54
23 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!