20 Oktyabr 2023 14:36
5683
Təhsil
A- A+
Heydər Əliyev və Prezident təqaüdçüləri: gələcəyə ünvanlanan strategiya YENİLƏNİB

Heydər Əliyev və Prezident təqaüdçüləri: gələcəyə ünvanlanan strategiya YENİLƏNİB

 

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Tədbirlər Planı”na uyğun olaraq oktyabrın 20-də Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Prezident təqaüdçüləri: gələcəyə ünvanlanan strategiya” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, 2023-cü il Azərbaycan tarixində ən əlamətdar il kimi yaddaşlarda qalacaq. “Bu il həm “Heydər Əliyev İli”, həm də Azərbaycan dövlətinin öz torpaqlarında suverenliyini tam bərpa etdiyi ildir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirib. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir ki, bu da Prezidentə nəsib oldu. Bu Qələbənin təmin olunmasında ən yeni texnologiyalarla təchiz edilmiş ordumuzla yanaşı, yüksəkixtisaslı kadr potensialı, intellektual ordumuz da rol oynayıb. Burada əyləşənlər də elə bizim intellektual ordumuzun nümayəndələridirlər”.

M.Abbaszadə Prezident İlham Əliyevin 2023-cü il 18 oktyabr tarixli Sərəncamına əsasən, bu il qəbul imtahanlarında ən yüksək bal toplayan 102 nəfər Prezident təqaüdünə layiq görülən tələbələri təbrik edib və onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıb.

Daha sonra sədr DİM-in “İlk Prezident təqaüdçüləri” layihəsi, onlar haqqında nəşr olunan kitab, eləcə də çəkilən film haqqında danışıb. “2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar olaraq, 2001 və 2002-ci illərdə Prezident təqaüdünə layiq görülən və Heydər Əliyevlə görüşən şəxslərin hər birindən ayrıca müsahibə almışıq. Bu gün təqdim olunan filmdə həmin görüşlər zamanı Heydər Əliyevin söylədiyi müdrik kəlamlar, eləcə də həmin müsahibələrdən fraqmentlər əks olunub. Bizim “zaman maşını” ilə təqribən 20 il əvvələ qayıtmaq imkanımız var və biz o görüşləri, təəssüratları yenidən xatırlayacağıq. Onlar hazırda nə işlə məşğuldurlar, kimdirlər, onlara göstərilən etimadı doğrulda biliblərmi, bir şəxsiyyət və dövlət xadimi kimi Heydər Əliyev haqqında düşüncələri, indiki gənclərə tövsiyələri nədən ibarətdir? – bu suallara cavabı onlardan eşidəcəyik”, – deyə sədr bildirib.

Ardınca “İlk Prezident təqaüdçüləri” filmi nümayiş etdirilib.

Tədbirdə çıxış edən Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla Prezident təqaüdü qazanan tələbələri təbrik edib, onlara uğurlar arzulayıb: “Bu il xüsusi ildir, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edirik. Ali Baş Komandan bizə böyük qürur hissi yaşatdı. Prezident Azərbaycanı qalib ölkəyə çevirdi. Bu Qələbə qəlbimizdə daim yaşadacağıq.

Qarabağ mübarizəmizin şəhidləri də var. Biz öz ömrümüzdən, oxuduqlarımızdan əlavə, onların da əvəzinə oxumağa, yaşamağa borcluyuq. Sizi çox strateji tədbirlərdə iştirak gözləyir. Arzu edirəm ki, Azərbaycanın layiq olduğu yüksək mövqeyi hər zaman uca tutasınız”.

2001-ci ildə ilk dəfə Prezident təqaüdünə layiq görülən şəxslərdən biri olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri Orxan Dəmirli isə indiyə qədər Prezident təqaüdü verilmiş şəxslərin səylərini gənclərin təhsili sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində birləşdirmək, tələbələrin elmə və təhsilə olan marağını daha da artırmaq məqsədilə “Prezident təqaüdçüləri” İctimai Birliyinin yaradılması təşəbbüsü ilə çıxış edib.

Digər çıxışçılar Dövlət İdarəçilik Akademiyasının III kurs tələbəsi Tamara Ağarzayeva təhsilində uğur qazanmış, yüksək nəticə göstərmiş tələbələr üçün Prezident təqaüdünün təyin olunmasının onları öz üzərində işləməyə, inkişafa sövq etdiyi və əlavə motivasiya verdiyi, İkinci Qarabağ müharibəsi qazisi Xüsusi Təyinatlı Qüvvələr mənsubu Elvin Vəliyev isə dövlət tərəfindən müharibə iştirakçılarının təhsilinə göstərilən diqqət və qayğı haqqında danışıb.

Qeyd edək ki, tədbir boyunca Azərbaycan Respublikasının Xalq artisti Simarə İmanova, Opera və Balet Teatrının solisti, Əməkdar artist Fərid Əliyev, Əməkdar artist tarzən Şəhriyar İmanov, vokalçı Rauf Məmmədzadə Ulu Öndər Heydər Əliyevin sevdiyi və ona həsr olunan mahnılardan ibarət musiqi parçaları ifa ediblər. Tədbirdə, həmçinin Azərbaycan Dövlət Rəqs Ansamblının üzvləri milli rəqslərimizi təqdim ediblər.

Mərasimdə, həmçinin elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Namiq Babayev, ali təhsil müəssisələrinin rektorları, 2001 və 2002-ci illərdə qəbul imtahanlarında yüksək nəticə əldə etmiş və Ümummilli Lider Heydər Əliyevlə görüşən ilk Prezident təqaüdçüləri, 2023-cü ildə keçirilmiş qəbul imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticə göstərmiş və Prezident təqaüdünə layiq görülən birinci kurs, həmçinin ali təhsil müəssisələrinin Prezident təqaüdünü qoruyub saxlayan yuxarı kurs tələbələri və qəbul nəticələri yüksək olan ümumtəhsil müəssisələrinin direktorları iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!