Görülən tədbirlər kifayət edəcəkmi?
Sizin 27 aprel 2023-cü il tarixli məktubunuza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2018-ci il 522 saylı qərarı ilə təsdiq edilmiş "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"na uyğun olaraq, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, Mətbuat prospekti və Mikayıl Müşfiq küçələrinin kəsişməsində yerləşən "Dağüstü 1 qəbiristanlığı" 1 avqust 2019-cu il tarixdən Yasamal Bələdiyyəsinin balansına verilmişdir. Burada müsəlman, yəhudi və xristian məzarlığı var.
"Dağüstü 1 qəbiristanlığı" bələdiyyənin balansına veriləndən sonra ilk növbədə vaxtilə yığılıb qalan məişət tullantılarından təmizlənmiş, qəbiristanlığın yerləşdiyi Abbas Mirzə Şərifzadə və Mikayıl Müşfiq küçələrindən giriş hissəsinə qəbiristanlıq haqqında məlumatları əks etdirən iki elan lövhəsi vurulmuşdur. Daimi su xətti çəkilmiş, vətəndaşların qohumlarının dəfn olunduğu ərazini rahatlıqla tapmaları üçün qəbiristanlıq sektorlara bölünmüş, asfalt örtüyü çəkilmiş, işıqlandırma sistemi qurulmuş və təhlükəsizlik kameraları quraşdırılmışdır.
Sektorlar üzrə texniki inventarlaşdırma aparılarkən qəbirlərin yerləşdiyi mühafizə çəpərləri nömrələnmiş, elektron daşıyıcıya yüklənmiş və bu gün də davam etdirilir. Qəbiristanlıqda milli mənsubiyyətindən asılı olmayaraq, dini ayinlərə uyğun dəfn edilən hər bir şəxs bələdiyyə tərəfindən qəbiristanlığa təyin edilən nəzarətçilərin iştirakı ilə dəfn edilir. Bələdiyyə tərəfindən qəbiristanlığa təyin edilən nəzarətçilər qəbiristanlığın ərazisindəki qəbir yerlərinin, piyada səkilərinin və yolların səliqəli saxlanılmasını, qəbiristanlıqlarda yaşıllıqların mühafizəsini və onlara qulluq edilməsini təmin edirlər.
Qəbiristanlıqda fəaliyyət göstərən mollalara nəzarəti bələdiyyə tərəfindən təyin olunan nəzarətçilər həyata keçirir. Qəbiristanlıqda dəfn olunanların qohumları tərəfindən ziyarəti zamanı mollalar dəvət olunur, dini qaydalara uyğun yasin oxunur və ruhuna dualar edilir.
2021-ci ildə "Dağüstü 1 qəbiristanlığı"nda "Ehsan bulağı" tikilmiş və vətəndaşların istifadəsinə verilmişdir. Dini bayramlarda və Novruz bayramında Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları ilə birlikdə genişmiqyaslı təmizlik işləri aparılmış, məişət tullantılarından, alaq otlarından təmizlənmiş və xüsusi texnika vasitəsilə daşınmışdır. Abadlıq və təmizlik işləri hər gün mütəmadi olaraq davam etdirilir.
Hazırda xristian və yəhudi məzarlığında abadlıq və təmizlik işləri aparılır, alaq otlarından təmizlənir, dəmir barmaqlıqlar rənglənir və uçmuş, dağılmış qəbirlər bərpa olunur.
Tahir MƏMMƏDOV,
Yasamal Bələdiyyəsinin sədri
Redaksiyadan: Yasamal Bələdiyyəsi bu məktubu qəzetimizin 27 aprel 2023-cü il tarixli sayında dərc edilmiş "Qəbiristanlıqlardakı özbaşınalıqlar" replikasına cavab olaraq göndərmişdir. Xatırladaq ki, adıçəkilən replikada, sərlövhəsindən də göründüyü kimi, qəbiristanlıqlarda, o cümlədən konkret olaraq paytaxtın Yasamal və Abşeron rayonundakı Xırdalan qəbiristanlıqlarında mühafizə sisteminin qurulmaması səbəbindən məzar daşlarının, dəmir çərçivələrin oğurlanması və dağıdılmasından, eləcə də digər neqativ hallardan bəhs edilmişdir.
Təəssüf ki, Yasamal Bələdiyyəsi replikada qeyd olunan və bu günədək davam edən belə faktların kökünün kəsilməsi üçün görəcəyi konkret tədbirlər əvəzinə redaksiyamıza 4 illik fəaliyyətləri barədə hesabatını göndərmişdir. Qəzetimizin tənqidi çıxışında qeyd olunan özbaşınalıq, oğurluq hallarının aradan qaldırılması, ərazidə "hökmranlıq" edən şəxslərin kimliyi (onlar bələdiyyə tərəfindən qəbiristanlığa təyin olunan nəzarətçilərdir, yoxsa qeyriləri) barədə bir kəlmə də danışılmır.
Əgər kütləvi informasiya vasitəsi kimi təkcə qəzetimizi deyil, bütün ictimaiyyəti rahatsız edən bu problemə münasibət "hesabat səviyyəsi"ndən çıxıb konkret tədbirlərə keçməsə, çətin ki, o, həll olunsun. Həmin problem isə hər birimizin qəbiristanlıqlarda uyuyan əzizlərimizin məzarlarından hələ də arxayın olmamağımızdır. Elə 2018-ci ilin dekabrında qəbiristanlıqların yerli bələdiyyələrin balansına verilməsi barədə hökumətin qərarının məqsədi də bu arxayınsızlığa son qoyulması olmuşdur. İndi qalır həmin etimadı doğrultmaq.
Mövzunu diqqətdə saxlayacağıq.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Qarabağ bölgəsində silah-sursatın müsadirəsi davam edir
24 Sentyabr
İran ilə Rusiya arasında Rəşt-Astara dəmir yolu xəttinin tamamlanmasına sərmayə yatırılması üçün müq...
24 Sentyabr
TƏBİB: Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub
24 Sentyabr
Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib
24 Sentyabr
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hospitalı ziyarət edib
24 Sentyabr
Papa Fransisk Ukraynaya silah yardımının dayandırılmasından məyusluğunu ifadə edib
24 Sentyabr
Xocavəndin Yuxarı Veysəlli kəndi istiqamətində silah-sursat müsadirə edilib VİDEO
24 Sentyabr
DİN: Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Qarabağ bölgəsindən çıxışı təmin ediləcək...
24 Sentyabr
Sabah Bakıda və bölgələrdə yağış yağacaq
24 Sentyabr
İcma Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışını tənqid edib
24 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
44 günlük Zəfərə 23 saatlıq əlavə23 Sentyabr 2023

“Dəmir yumruğ”un ağıllandırma tədbirləri21 Sentyabr 2023

Qarabağ qanunsuz silahlı dəstələrdən təmizlənir20 Sentyabr 2023

Heydər Əliyevin başlatdığı, İlham Əliyevin yekunlaşdırdığı möhtəşəm layihə17 Sentyabr 2023

Azərbaycanın yaratdığı reallıqların alternativi yoxdur07 Sentyabr 2023

Belə davam etsə, “dəmir yumruq" işə düşəcək06 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!