13 Avqust 2024 08:50
480
İDMAN
A- A+
Fransada Azərbaycan imzası

Fransada Azərbaycan imzası

 

İdmançılarımız Paris Olimpiadasını 7 medalla başa vurdular

 

Parisdə Olimpiya həyəcanı başa çatdı. Dünyanın 204 ölkəsindən 10 mindən çox idmançının qatıldığı turnirdə qalib olmaq hər bir atletin arzusu idi. Planetin ən güclülərinin mübarizəsində ilk 3 pillədən birində yer almaq son 4 ildə gərgin və ciddi formada hazırlığın nəticəsidir. 
Əlbəttə, Olimpiadaya gedən hər bir idmançı yalnız qələbə barədə düşünür. Dördilliyin zirvə yarışına 48 idmançı ilə qatılan Azərbaycan komandası turniri 2 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub. Qızıl medallar cüdoda, gümüş medalların 1-i boks, 1-i taekvondo, bürünc mükafatlar isə güləş yarışında qazanılıb.
Olimpiadada yarışan və qalib gələn idmançılar alqışla qarşılanır, onlar qarşıdakı turnirlərə daha məsuliyyətlə yanaşırlar. Amma ümidləri doğrulda bilməyən idmançılar da qınaq obyekti olmamalıdırlar.  Sözsüz ki, uğursuzluq sonunda ayrı-ayrı idman növləri üzrə mütəxəssislər hər şeyi araşdıracaq, buraxılmış səhvləri nəzərdə saxlayacaq və lazımi nəticələr çıxaracaqlar.
Bir məsələni xüsusilə diqqətə çatdırmaq yerinə düşərdi. Heç kim deyə bilməz ki, əsas favorit idmançı Olimpiadada mütləq medal qazanacaq. Çünki dünyanın ən nüfuzlu yarışında qarşındakı rəqib də güclü idmançıdır, o da qələbə uğrunda mübarizə aparır. İdmanda təcrübə və hazırlıqla yanaşı, şans da, idmançının konkret məqamda əhvali-ruhiyyəsi də önəmli rol oynayır.
Medal sıralamasında isə vəziyyət heç də pis deyil. Belə ki, Olimpiya yığmamız Sidneydə 199 ölkə arasında 34-cü, Afinada 202 ölkə arasında 50-ci, Pekində 205 ölkə arasında 39-cu yeri tutmuşdusa, son Olimpiadada medalların sayına görə 30-cu olduq!
Cüdoçularımız Hidayət Heydərov və Zelim Kotsoyev qızıl medallar qazanaraq ölkəmizin idman tarixinə yüksək töhfə verdilər.
Qızıl medalçılarımızın döyüş yoluna bir daha nəzər salsaq görərik ki, Olimpiadada heç bir qalibiyyət asan əldə edilmir. Parisdə ilk olaraq Hidayət Heydərov medal həsrətinə son qoydu. Dünya çempionumuz kolleksiyasına daha bir medal əlavə etdi. Özü də finalda fransalı həmkarını məğlub etməklə...
73 kiloqram çəkidə mübarizə aparan dünya reytinqinin birincisi Hidayət Heydərov mübarizəyə 1/8 finaldan başladı. Onun rəqibi 1/16 finalın Tohar Bitbul (İsrail) - Reduan Masud Dris (Əlcəzair) cütündə müəyyənləşməli idi. Lakin afrikalı bu qarşılaşmaya çıxmaqdan imtina etdi. Hidayət Olimpiadaya Bitbulla görüşlə start verdi. O, rəqibini məğlub edərək, mərhələni adladı.
H.Heydərov 1/4 finalda Artur Marqelidon (Kanada) ilə qarşılaşıb. Gərgin keçən qarşılaşma həmyerlimizin qələbəsi ilə bitib. İpponla qalib gələn Hidayət yarımfinalda   kosovalı Akil Qyakovla üz-üzə gəlib. Bu mərhələdə də rəqibini üstələyən cüdoçumuz adını finala yazdırıb. Həlledici mərhələdə isə rəqib fransalı Joan-Benjamin Qaban idi. Çətin keçən qarşılaşmada rəqibinə ippon fəndi ilə qalib gələn Hidayət Olimpiya çempionu oldu. Bununla da Hidayət Heydərov bir il ərzində həm Avropa, həm dünya, həm də Olimpiya çempionu olmaqla "qızıl het-trik"ə imza atdı.
Növbəti qürur dolu anları Azərbaycana cüdoçumuz Zelim Kotsoyev yaşadıb. Belə ki, təmsilçimiz Fransanın paytaxtı Parisdə növbəti qızıl medalı qazanaraq, Dövlət himnimizi səsləndirib, bayrağımızı hamıdan yüksəkdə dalğalandırıb.
Azərbaycan millisinin Yay Olimpiya Oyunlarında medal ümidlərindən sayılan və 100 kiloqram çəki dərəcəsində yarışan Zelim Kotsoyev  1/8 finalda Polşa idmançısı Pyotr Kuçera  ilə qarşılaşıb. Təmsilçimiz ilk görüşündə ipponla qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə onun rəqibi israilli Peter Paltçik  olub. Dünya çempionumuz bu görüşü də qalib başa vuraraq adını yarımfinala yazdırıb.
Cüdoçumuz finala gedən yolda özbəkistanlı Muzaffarbek Turoboyevlə qarşılaşıb. Rəqibinə qalib gələn idmançımız finala çıxıb. Kotsoyev çempionluq görüşündə gürcüstanlı İlya Sulamanidze ilə güləşdən qalib ayrılaraq Olimpiya çempionu adına sahib olub.
Boksçumuz Loren Alfonso Dominqes (92 kq) və taekvondoçumuz Qaşım Maqomedov (58 kq) "Paris-2024"ü gümüş medalla başa vurdular. Yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) və Maqomedxan Maqomedov (97 kq) ölkəmizin aktivinə bürünc medalları yazdırdılar. 
Ümid edirik ki, Parisdə idmançılarımızın qazandıqları 7 medal qarşıdakı turnirlərdə daha da artacaq. Həmişə olduğu kimi, atletlərimiz daha yüksək nəticələr qazanaraq xalqımızı sevindirəcəklər.

Elçin CƏFƏROV,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bugünkü hərracda bankların dollara olan tələbi 83 milyona yaxınlaşıb  

13:53
15 Oktyabr

Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 1,3 faiz artıb

13:41
15 Oktyabr

“Fənərbaxça”nın legioneri əlinin böyüklüyü ilə diqqət çəkdi

13:32
15 Oktyabr

"Neftçi" bu 2 ildə Abasova nə qədər PUL QAZANDIRACAQ?

13:21
15 Oktyabr

Venesuela təzminat istəyir

13:09
15 Oktyabr

“Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən 4-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin iştirakçılarına

12:59
15 Oktyabr

Çin Rusiya ilə hərbi əlaqələri genişləndirməyə hazırdır

12:38
15 Oktyabr

500-ə yaxın əfqan əsgər Britaniyada yaşayacaq

12:36
15 Oktyabr

Gürcüstanın hakim partiyasından Borrellə cavab: Çox ədalətsiz bəyanatdır

12:30
15 Oktyabr

Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb

12:15
15 Oktyabr

Milli Məclislə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib

12:10
15 Oktyabr

Gürcüstanda keçiriləcək seçkilərdə 13 azərbaycanlı deputat mandatı uğrunda mübarizə aparacaq

12:10
15 Oktyabr

Milli futbol liqaları FIFA-nı məhkəməyə verib

12:01
15 Oktyabr

İntensiv yağıntılar nəticəsində bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur

11:47
15 Oktyabr

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Azərbaycanın yardımını unutmayacaq

11:32
15 Oktyabr

Böyük Britaniya Gürcüstanla dialoqu dondurdu

11:30
15 Oktyabr

Qlobal dövlət borcu 100 trilyonu ötəcək

11:28
15 Oktyabr

Macarıstanın Baş naziri COP29-da iştirak edəcək

11:27
15 Oktyabr

Faktiki hava: Şimşək çaxıb, bəzi yerlərdə leysan yağıb

11:26
15 Oktyabr

“Azərkosmos”un sədri Beynəlxalq Astronavtika Federasiyasına vitse-prezident seçilib

11:24
15 Oktyabr

Dövlət Komitəsi insanları mina təhlükəsi ilə bağlı xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırıb

11:20
15 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!