20 May 2025 08:25
449
SİYASƏT
A- A+
Fransa beynəlxalq qanunları kobud şəkildə pozmaqda davam edir

Fransa beynəlxalq qanunları kobud şəkildə pozmaqda davam edir


Ölkələrin keçdiyi tarixi yollar onların kimliyini göstərir. Tarix isə heç nəyi unutmur, baş verən bütün hadisələri yaddaşının dərin qatlarında olduğu kimi qoruyub saxlayır. Elə ölkələr var ki, onların tarixi qanla, soyqırımlarla doludur. Özünü dünyaya demokratiyanın beşiyi kimi göstərmək istəyən Fransa da belə ölkələrdən biridir. Bu dövlətin tarixi hərbi cinayətlərlə, soyqırımlarla, qanlı əməllərlə doludur. 

Təəssüf doğuran odur ki,  rəsmi Paris özünün qanla dolu olan tarixinə baxıb utanmaq əvəzinə, müstəmləkəçilik siyasətini davam etdirir. Zaman-zaman dünyanın müxtəlif regionlarında 50-dən çox dövlətin ərazisini işğal edərək, yerüstü və yeraltı sərvətlərini talayan, xalqlarını uzun illər əsarətdə saxlayan Fransanın törətdiyi soyqırımları bəşəriyyət əleyhinə ən qatı cinayətlər hesab etmək olar. 

Ötən illər ərzində Parisin ən qəddar və amansız müstəmləkə siyasətinə məruz qalan ölkələrdən biri  də Əlcəzairdir. Müxtəlif illərdə bu ölkədə fransızlar 1,5 milyon nəfəri böyük amansızlıqla qətlə yetirib, 100 minlərlə insanı ağır yaralayıblar. Tarixi mənbələrdən məlumdur ki, Fransa hökuməti Əlcəzairdə hakimiyyətinə təhlükə yaradan xalq hərəkatının qarşısını almaq üçün bu ölkəyə 500 min nəfərdən ibarət ordu hissəsi yeridib. Böyük güclə xalq hərakatını yatırmağa çalışıb. Tökdüyü qanlarla kifayətlənməyən Paris işğal etdiyi, soyqırımı törətdiyi Əlcəzairin ərazisinə 5 milyondan çox mina basdırıb. Demokratiyadan, insan azadlığından dəm vuran Fransa həmin minaların xəritələrini hələ də Əlcəzair tərəfinə verməyib. İnsanların ölümünə səbəb olan belə yaramaz əməllər törədən Parisin demokratiyadan danışmağa mənəvi haqqı yoxdur. 

Fransa işğal etdiyi Cibuti, Nigeriya və Çadda da bir-birinin ardınca bəşəriyyət tarixinə qara ləkə gətirən eyni qanlı əməlləri törədib. Tarixə "elm adamlarının soyqırımı" kimi yazılmış hadisəni də fransızlar törədiblər. Fransa təkcə 1917-ci ildə Çadda dini həyatı yenidən nizamlamaq adı altında konfrans təşkil edərək tədbirə qatılan 400-ə yaxın müsəlman elm adamının hamısını sorğu-sualsız güllələyib. Seneqal, Benin, Burkina-Faso, Qabon, Qvineya, Ekvatorial Qvineya, Fildişi Sahili, Kamerun, Mavritaniya, Nigeriya, Tunis, Vyetnam, Martinika adası və digər ərazilərdə eyni qanlı əməllər törədən Fransa XIX əsrdə müstəmləkə müharibələrində öldürülən döyüşçülərin 18 min ədəd kəllə sümüyünü Parisin İnsan Muzeyində saxlayır və utanmadan nümayiş etdirir. Həmin kəllə sümüklərinin 500-dən çoxu əlcəzairli döyüşçülərinə məxsusdur.

Fransa ordusunun Qəmər Adalarına ilk hücumları 1830-cu ildə başlayıb. 1841-ci ildə ölkənin bir parçası olan Mayot (Mayotta) adası tökülən çoxlu qanlar bahasına ələ keçirilib. Fransa bu zaman tökdüyü qanlarla kifayətlənməyərək soyqırımları törətməkdə davam edib. Nəhayət, 1886-cı ildə işğalçılıq niyyətini həyata keçirib. Həmin il Qəmər Adaları bütövlükdə Parisin müstəmləkəsinə çevrilib. Əhalini əsarətdə saxlayan Fransa 1912-ci ildə adalarda sultanlıq üsulunu ləğv edərək ölkəni Madaqaskara birləşdirib. Bu ölkədə yaşayan insanlar müstəqilliklərini bərpa etmək üçün daim fransızlara qarşı mübarizə aparıblar. İkinci Dünya müharibəsindən sonra Qəmərdə müsəlmanların azadlıq mübarizəsi güclənib. Fransa ona qarşı olan təzyiq və təqiblərin qarşısını almaq üçün qanlı əməllər törədib. Azadlıq və müstəqillik uğrunda mübarizəyə qalxanlara qarşı böyük amansızlıq göstərib. Qısa müddət ərzində yüzlərlə insan həbs olunaraq zindanlara atılıb, edam edilib. Qətl və edamlarla istəyinə nail olmayan Fransa 1974-cü ildə adaların gələcəyinə dair referendum keçirməyə razılıq verib. Ancaq işğalçı Fransa Mayotu əlində saxlayıb, qalan adaların əhalisinə isə müstəqillik verib. Paris 1 yanvar 1976-cı ildə Mayot adası xaric, Qəmər Adaları dövlətinin müstəqilliyini qəbul etmək məcburiyyətində qalıb.

BMT Baş Assambleyasının "Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında" bəyannaməsinin qəbul olunmasından uzun illər keçməsinə baxmayaraq, Fransa hələ də bu sənədin tələblərinə əməl etmir. İllərdən bəri işğalda saxladığı insanlara, ölkələrə müstəqillik vermir. Bütün bunlar isə neokolonializmin rəsmi Parisin siyasətində aparıcı xətt olduğunu dünyaya göstərir. BMT Baş Assambleyasının "Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında" bəyannaməsində qeyd edilir: "Xalqların yad boyunduruğuna və hökmranlığına tabe edilməsi və onların istismarı əsas insan hüquqlarının inkarıdır, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə ziddir və bütün dünyada əməkdaşlığın inkişafına və sülhün bərqərar olmasına mane olur". Göründüyü kimi, bəyannamədə BMT üzvü olan bütün dövlətlərdən müstəmləkəçiliyin hər cür forma və təzahürlərinə son qoyulması istənilir. İşğalçılıq, müstəmləkəçilik siyasəti yürüdən Fransa bu bəyannamədən irəli gələn tələbləri kobud şəkildə pozur.

Azərbaycan daim Fransanın neokolonializm siyasətinə qarşı prinsipial mövqe sərgiləyir. Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə ötən illər ərzində Parisin işğalçılıq siyasətinə qarşı çox mühüm tədbirlər həyata keçirilir. Azərbaycan bu gün yer üzündə müstəmləkəçiliyin bütün forma və təzahürlərinin aradan qaldırılması, eləcə də, fransız müstəmləkələrinin Fransanın zülmündən xilas edilməsi müstəvisində ardıcıl və uğurlu siyasət nümayiş etdirir. Bakı Təşəbbüs Qrupu keçirdikləri tədbirləri və çağırışları ilə Fransanın müstəmləkələri olan Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika, Qvadelupa, Korsikada müstəqillik uğrunda mübarizə aparan siyasi hərəkatların nümayəndələrinə mənəvi dəstəyini ifadə edir. Təşəbbüs Qrupu daim beynəlxalq ictimaiyyəti müstəmləkəçilikdən əziyyət çəkən regionların xalqları üçün "Birlik, azadlıq və müstəqillik" ideyasının ətrafında birləşməyə çağırır.

Hadisələrin gedişi göstərir ki, Fransa müstəmləkəçilik siyasətindən əl çəkmək istəmir. Bu ölkənin prezidenti Makron Parisin özünün hesab etdiyi ərazilərə seçkiöncəsi səfəri zamanı "Mayotta və Fransa əbədi birlikdədir, ölümə qədər!" - deyə bəyan etmişdi. Dünyada müstəmləkəçilik siyasətinə qarşı hərəkatlara hələ ötən əsrlərdə başlanılıb, amma Makron hələ də xəyallarla yaşayır. Əgər xəyallarla yaşamasaydı, son zamanlar fransızların bir sıra Afrika ölkələrindən qovulması ona yaxşıca dərs olardı. Görünən budur ki, Fransa hələ də dənizaşırı ərazilərdə hərbi mövcudluğunun müddətini artırmağa çalışır. Bu ölkədə baş verən son hadisələr göstərir ki, Makron imperiyasının süqutu çox da uzaqda deyil. Lakin Paris gözdən pərdə asmaqla məşğuldur və hər vəchlə bunun tam əksini göstərməyə can atır. Reallıqdan uzaq olan bu addımlar isə Fransaya qarşı əsarətdə saxladıqları xalqların nifrət və qəzəbini daha da artıracaq.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!