02 Noyabr 2024 11:02
526
CƏMİYYƏT
A- A+
FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib

FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə mütəmadi olaraq azyaşlıların təhlükəli və ya köməksiz vəziyyətdə qalması ilə bağlı məlumatlar daxil olur. Məlumatlar əsasında nazirliyin xilasetmə qüvvələri tərəfindən həyata keçirilən operativ əməliyyatlar sayəsində azyaşlılar xilas olunaraq ailə üzvlərinə və ya yaxınlarına təhvil verilir.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yalnız son bir ay ərzində nazirliyin xilasediciləri tərəfindən həyata keçirilmiş operativ əməliyyatlar sayəsində 56 uşaq xilas edilib.

Aparılan təhlillər göstərir ki, qeyd olunan bu hallar uşaqların, ilk növbədə, valideynləri tərəfindən nəzarətsiz buraxılması və ya əksərən hər hansı səbəbdən mənzildə tək qoyulmaları nəticəsində baş verir.

Mənzillərdə azyaşlıların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin mövcudluğunu, habelə uşaqların liftdə, həyətdə, küçədə və digər məkanlarda nəzarətdən kənar qalmasının arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq, FHN bir daha valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Romualdo Conem: Biz artıq GLOBE platformasından səmərəli istifadə edirik  

18:00
20 May

Avropa Dövlət Prokurorluğunun Baş prokurorunun müavini Azərbaycanda səfərdədir

17:59
20 May

Ağdam Sənaye Parkında istehsal olunan divar kağızlarının Özbəkistana ixracına başlanılıb  

17:58
20 May

Dövlət Komitəsinin sədri: Keçmiş məcburi köçkünlər mərhələli formada doğma yurdlarına köçürülür  

17:57
20 May

Viktor Orban: Macarıstanın üzləşdiyi istənilən çətinlik zamanı Prezident Əliyev həmişə bizim yanımızda olub  

17:56
20 May

Pakistan həbsxanalarından üç gündə 438 əfqan məhbus buraxılıb  

17:55
20 May

Ötən ay Çindən ABŞ-a ixracat 21 faiz azalıb

17:54
20 May

Döyüş hazırlığı üzrə məşqlər keçirilib

17:53
20 May

Hərbi xidmətdən və tibbi müayinədən yayınanları nə gözləyir?

17:11
20 May

Praqa Aİ və NATO-nun Avropanın təhlükəsizliyi üzrə rolunu qiymətləndirib  

17:10
20 May

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib

16:36
20 May

Azərbaycan Prezidenti: Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir  

16:35
20 May

Macar nəşri: Bu gün Aİ korrupsiyaçılara qarşı qərar qəbul edəcək

16:33
20 May

NATO-nun Baş katibi ABŞ və Rusiya liderləri arasında telefon danışığını müsbət qiymətləndirib  

16:30
20 May

Prezident: Macarıstanla energetika sahəsində uğurlu əməkdaşlıq edirik

16:28
20 May

YAP sədrinin müavini ilə Çinin Azərbaycandakı səfiri arasında görüş keçirilib  

16:26
20 May

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiya və iqtisadi cinayətlər şöbəsinin rəhbəri Azərbaycanda işgüzar səfərdədir  

16:23
20 May

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

16:22
20 May

DİN: 10 nəfər saxlanılıb, 75 kiloqram narkotik dövriyyədən çıxarılıb

16:21
20 May

Prezident İlham Əliyev Budapeştdə Ermənistan-Azərbaycan sülh prosesi barədə danışıb  

16:19
20 May

Tailand nümayəndəsi: Bakıda keçirilən tədbir korrupsiya ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək baxımından böyük rol oynayır  

16:17
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!