09 Aprel 2019 16:21
531
CƏMİYYƏT
A- A+
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İctimai Şuranın üzvləri ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İctimai Şuranın üzvləri ilə görüş olub


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında İctimai Şuranın üzvləri ilə görüşüb.

Görüşdə nazir vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən dövlət qurumları qarşısında müəyyən edilən vəzifələrdən biri də həmin qurumların fəaliyyətində ictimai iştirakçılığa geniş şərait yaradılması və ictimai nəzarətin gücləndirilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də bu sahədə mühüm işlər aparılır. Əmək, məşğulluq, sosial müdafiə sahələrində görülən işlərdə, aparılan islahatlarda ictimai iştirakçılıq üçün imkanlar artırılır və vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq müstəvisi daha da genişləndirilir.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Sahil Babayev dövlət başçısının sosial sahə ilə bağlı islahatlar proqramı əsasında əmək, məşğulluq, sosial müdafiə, əlilliyin qiymətləndirilməsi, tibbi-sosial reabilitasiya sahələrində aparılan genişmiqyaslı islahatları və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımları qeyd edib. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə əsasən DOST (Dayanıqlı və Operativ Sosial Təminat) layihəsinin həyata keçirilməsi, "DOST” mərkəzlərinin yaradılması istiqamətində görülən işləri diqqətə çatdırıb. Görüşdə nazirliyin fəaliyyət sahələrində elektron texnologiyaların geniş tətbiq edildiyi, ölkədə ilk dəfə sosial reyestri formalaşdıran "E-sosial” internet portalının, "Məşğulluq” alt sisteminin qurulduğunu, əhaliyə proaktiv əsaslı xidmət mexanizmlərinin yaradıldığı qeyd olunub.

Nazir bildirib ki, ötən dövrdə Şura üzvləri ilə uğurlu əməkdaşlıq təcrübəsi yaranıb. Fəaliyyət sahələrində həm güclü ictimai nəzarətin qurulmasında, həm də müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsində İctimai Şura öz töhfəsini verir. Bununla yanaşı, İctimai Şurada təmsil olunmayan, aidiyyəti iş sahələri ilə əlaqəli fəaliyyət göstərən digər vətəndaş cəmiyyətləri ilə də mütəmadi olaraq görüşlər keçirilir, onların rəy və təklifləri dinlənilir.

İctimai Şuranın sədri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev Şuranın öz vəzifələrinin icrasını təmin etməsi, ictimai nəzarəti, monitorinqləri həyata keçirməsi, yeni qanunvericilik layihələri ilə tanışlığı və s. üçün nazirlik tərəfindən müvafiq şəraitin yaradıldığını qeyd edib, bununla bağlı Şura üzvlərinin razılığını ifadə edib.

Görüşdə İctimai Şura tərəfindən görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Sonda İctimai Şura üzvlərinə yeni üzvlük vəsiqələri təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!