Elektrik enerjisi kəsiləndə artezian dayanır
Yaşadığımız Bozalqanlı kəndi Tovuzun ən qədim kəndlərindəndir. Özü də rayon mərkəzinə çox yaxındır. Son illər burada infrastrukturun yenilənməsi istiqamətində xeyli iş görülüb.
Bir sözlə, əhalinin sosial-məişət şəraiti xeyli yaxşılaşdırılıb. Kənd sakinlərinin işlə təminatında da heç bir problem yoxdur. İstifadəyə verilən müəssisələrdə yeni iş yerlərinin açılması kənd sakinlərinin dolanışığına müsbət təsir göstərib.
Lakin bir məsələ bizi çox narahat edir ki, bu da yaşadığımız ərazidə artezianın tez-tez dayanmasıdır. Bunun da əsas səbəbi ərazini elektrik enerjisi ilə təmin edən transformatorun gücünün çatmamasıdır. Transformator həm əhalinin elektrik təminatını, həm də artezianın işləməsini təmin edə bilmir. Hətta bir dəfə yarımstansiyada baş verən yanğın nəticəsində bir neçə gün işıqsız qalmışıq. Artezianın işləməməsi nəticəsində məcbur olub, maşınlarla su almalı olmuşuq.
Hörmətli redaksiya! Xahiş edirik bu işdə bizə köməklik göstərəsiniz.
Məqsəd HÜSEYNOV,
Tovuz rayonu
Bozalqanlı kənd sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Rusiya Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb
10 Sentyabr
ABŞ prezidenti Harris-Tramp debatını Nyu-Yorkdan izləyəcək
10 Sentyabr
Böyük Britaniya, Fransa və Almaniya Rusiyanın İrandan ballistik raketlər alması ilə bağlı birgə bəya...
10 Sentyabr
Haynz Syeqren: Dünya ölkələrinə COP29-da Azərbaycanda yaşıl enerji istehsalının tam sürətlə getdiyin...
10 Sentyabr
Tərtərdə Aqrar Biznes Festivalı keçirilib
10 Sentyabr
Sumqayıt, Lənkəran və Gəncə Dövlət universitetləri publik hüquqi şəxsə çevrilib
10 Sentyabr
Ayxan Hacızadə: 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud de...
10 Sentyabr
XİN: Ermənistan tərəfini sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə çağırırıq...
10 Sentyabr
Böyük Britaniya İrana və Rusiyaya yeni sanksiyalar tətbiq edib
10 Sentyabr
Ermənistan indiyədək razılaşdırılmış şərtlərlə sülh müqaviləsi imzalamağa hazırdır...
10 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Ümumavropa qaz təchizatçısı08 Sentyabr 2024
İstək və arzu başqadır, həqiqət və reallıq isə bambaşqa!05 Sentyabr 2024
Riyakarlıq xəstəliyi04 Sentyabr 2024
Xankəndidə seçki izdiham02 Sentyabr 2024
Azad və demokratik ənənənin təntənəsi31 Avqust 2024
İlham Əliyev "Azəri"ni Azərbaycanın sərvəti etdi30 Avqust 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!