01 Iyun 2023 14:21
285
DÜNYA
A- A+

Ekstremal temperatur yüksəlişi barədə xəbərdarlıq edilib

 

BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı iqlim və temperatur proqnozları ilə bağlı hesabat təqdim edib. Hesabata əsasən, temperaturun növbəti 5 il ərzində Paris sazişindəki 1,5 dərəcə Selsi göstəricisini keçəcəyi bildirilir. Bu isə öz növbəsində iqlim dəyişikliklərinə və ekstremal hava şəraitinə səbəb olacaq.
Bu, tarixdə qeydə alınan ilk belə temperatur yüksəlişi olacaq. Alimlər xəbərdarlıq ediblər ki, qlobal temperatur göstəricisinin 1.5 dərəcə Selsini keçməsi bərpası mümkün olmayan iqlim dəyişikliklərinə gətirəcək səbəblər yaradacaq. Buna Qrenlandiya və Qərbi Antarktida buzlaqlarının əriməsini, ekstremal yüksək temperatur göstəricilərini, müxtəlif regionlarda olacaq quraqlıqları və dünyanın bir çox yerində olacaq ekstremal hava şəraitini misal göstərmək olar. Bu, yaxın aylar ərzində “El-Ninyo” adlı qlobal okean atmosfer hadisəsinin baş verməsi ilə əlaqəlidir.
Qlobal iqlimə təsir göstərən bu hadisə öz növbəsində iqlim dəyişiklikləri prosesini işə salacaq. “El-Ninyo”, adətən, Cənubi Amerikadan Asiya istiqamətində ilıq suyu Sakit okeandan qərb hissəyə keçirən passat küləklərinin zəifləməsi səbəbilə yaranır. Nəticədə ilıq su olduğu yerdə qalır. Bu isə Cənubi Amerika regionunu daha rütubətli edərək, Avstraliya, İndoneziya, Şimali Çin və Şimal-şərqi Braziliyada quraqlıqlara səbəb olaraq bütün iqlimə təsir göstərəcək.

 

Ülkər XASPOLADOVA,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video