09 Yanvar 2026 17:51
402
İQTİSADİYYAT
A- A+
Ekspert: Türkiyənin enerji şirkətlərinin Azərbaycanda Günəş və külək enerjisi layihələrində iştirakı gündəmdədir  

Ekspert: Türkiyənin enerji şirkətlərinin Azərbaycanda Günəş və külək enerjisi layihələrində iştirakı gündəmdədir  


Türkiyə ilə Azərbaycanın enerji sahəsindəki əməkdaşlıq əlaqələri yalnız neft və qaz tranziti ilə yekunlaşmamalıdır. Bu günə kimi iki ölkə arasında mövcud olan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum və TANAP təbii qaz boru kəmərləri kimi regionumuzun və Avropanın enerji təchizatı təhlükəsizliyinə mühüm töhfələr verən böyük infrastruktur layihələrini yeni dövrdə bərpaolunan enerji, elektrik interkonnektor layihələri, mədənçilik kimi müxtəlif sahələrdə də inkişaf etdirmək istəyirik.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Türkiyənin Kırıkkale Universitetinin dosent-doktoru, beynəlxalq iqtisadi münasibətlər üzrə mütəxəssis Merve Suna Özel Özcan deyib.

O bildirib ki, hər iki ölkənin yaşıl enerji, kənd təsərrüfatı, sənaye, nəqliyyat, logistika, rəqəmsallaşma və turizm kimi sahələrdə birgə layihələr həyata keçirilməsi zəruridir.

“Bunun üçün dövlətlərimizin böyük potensialı var. Azərbaycanın artan nəqliyyat-tranzit imkanları, təşəbbüskar və iştirakçı olduğu regional, qlobal layihələr, o cümlədən Orta Dəhlizin təqdim etdiyi logistik potensial Türkiyə ilə qarşılıqlı faydalı əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Orta Dəhlizin rəqəmsal həllərlə gücləndirilməsi və ticarətin asanlaşdırılması üzrə atılan addımlar həm ölkələr, həm də region üzrə tranzit imkanlarını genişləndirir. Ən böyük investisiya layihəsi olan TANAP Cənub Qaz Dəhlizinin mühüm hissəsidir və Azərbaycanın “Şahdəniz 2” yatağından çıxarılan təbii qazı Türkiyə vasitəsilə Avropaya nəql edir. Bu layihə enerji təchizatı təhlükəsizliyi baxımından strateji əhəmiyyətə malikdir və iki ölkə arasında ən böyük enerji sərmayəsi hesab edilir”, - deyə Merve Suna Özel Özcan vurğulayıb.

Mütəxəssis qeyd edib ki, Azərbaycanda bərpaolunan enerji layihələrinə böyük maraq göstərən Türkiyə şirkətləri bu sahədə əldə etdikləri təcrübəni qardaş ölkə ilə bölüşmək niyyətindədirlər: “Onlar xüsusilə Qarabağın yaşıl enerji regionuna çevrilməsi prosesində fəal rol oynamağı hədəfləyirlər. Türkiyənin enerji şirkətlərinin Azərbaycanda Günəş və külək enerjisi layihələrində iştirakı artıq gündəmdədir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sərbəst güləş üzrə Azərbaycan çempionatında növbəti medalçılar bəlli olub 

21:54
10 Yanvar

Şamaxıda zəlzələ olub  

19:55
10 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:59
10 Yanvar

Ukrayna Rusiyanın neft və dron anbarlarına zərbələr endirib  

18:57
10 Yanvar

İzmir sahillərində miqrantları daşıyan qayıq batıb: ölənlər və itkin düşənlər var  

15:49
10 Yanvar

Fövqəladə Hallar Nazirliyi gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

15:07
10 Yanvar

Fransada xəstə şagirdə qarşı baş örtüyü qadağası dünyəvilik məsələsini yenidən gündəmə gətirir

14:50
10 Yanvar

“Oreşnik” ballistik raketindən növbəti istifadə: Rusiya kimlərə mesaj verdi?

13:59
10 Yanvar

Yanvarın 11-nə gözlənilən hava proqnozu açıqlanıb

13:27
10 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə müraciət: Dumanlı havada ehtiyatlı olun

13:25
10 Yanvar

Arzu Əliyeva və Alena Əliyeva Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsini ziyarət ediblər

12:03
10 Yanvar

Tramp: İstəsələr də, istəməsələr də Qrenlandiya ilə bağlı nəsə edəcəyik

11:38
10 Yanvar

Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA  

10:41
10 Yanvar

Azərbaycan neftinin qiyməti 4 faizdən çox artıb  

10:40
10 Yanvar

Tramp: Venesueladakı əməliyyatdan sonra Kubanın başına nə gələcəyini heç kim bilmir  

10:38
10 Yanvar

Tramp Çin və Rusiyaya istədikləri nefti sata biləcəyini açıqlayıb

10:35
10 Yanvar

Tramp Venesuelaya məxsus növbəti neft tankerinin saxlanıldığını təsdiqləyib  

09:16
10 Yanvar

Bilmək istəyirəm

08:55
10 Yanvar

Tərtər artıq 5 ildən çoxdur cəbhə bölgəsi sayılmır

08:50
10 Yanvar

Azərbaycanın turizm siyasəti sistemli, çoxşaxəli və strateji baxışa əsaslanır

08:45
10 Yanvar

Ekoloji "təhlükəsizlik zonaları"

08:40
10 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!