05 Iyun 2024 03:11
846
Fərmanlar
A- A+

"Ədliyyə orqanlarının inkişafı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Ədliyyə orqanlarının inkişafı haqqında" Azərbaycan Respublikası Prezidentinin  2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 671 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1. 4-cü hissədə "420" rəqəmləri "455" rəqəmləri ilə əvəz edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş 1 nömrəli Əlavə - "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturu" üzrə:
2.1. 1-ci hissənin ikinci-yeddinci abzasları  müvafiq olaraq 1.1-1.6-cı bəndlər hesab edilsin;
2.2. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
"2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Aparatı
2.1. Strateji planlaşdırma və monitorinq baş idarəsi 
2.2. Qanunvericilik baş idarəsi
2.3. Notariat, qeydiyyat və reyestr baş idarəsi
2.4. İcra xidməti (baş idarə səlahiyyətli)
2.5. Probasiya xidməti (baş idarə səlahiyyətli)
2.6. Beynəlxalq əməkdaşlıq baş idarəsi
2.7. Bələdiyyələrlə iş baş idarəsi
2.8. Cəzaların icrasına nəzarət baş idarəsi
2.9. İstintaq idarəsi
2.10. İnsan resursları idarəsi
2.11. Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi
2.12. Ədliyyə sahəsində rəqəmsallaşma və innovasiyalar idarəsi
2.13. Maliyyə və təminat idarəsi
2.14. Mətbuat xidməti (idarə səlahiyyətli)";
2.3. 3-cü hissə üzrə:
2.3.1. ikinci-yeddinci abzaslar müvafiq olaraq 3.1-3.6-cı bəndlər hesab edilsin;
2.3.2.  3.5-ci bənd ləğv edilsin.
3. Həmin Fərmanla təsdiq edilmiş 2 nömrəli Əlavə - "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının tərkibi"ndə "Ədliyyə sahəsində xidmətlər" sözləri "Notariat, qeydiyyat və reyestr" sözləri ilə və "İcra baş idarəsinin" sözləri "İcra xidmətinin" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,  4 iyun 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video