Dünyanın ən qədim ayaq izləri tapıldı
Alimlər ən qədim insan ayaq izlərini aşkar ediblər. Cənubi Afrikada tapılan izlərin 150 min il əvvələ aid olduğu deyilir. Bir müddət əvvəl beynəlxalq elm adamları qrupu müasir insan növünün ən qədim fosil izlərini aşkarlayıblar. Komanda Cənubi Afrikanın cənub sahillərində yeddi “ixnozit"in (qədim insan izlərinin yerləri) tarixlərini hesablayıb və onların 71 min illə 153 min il arasında olduğunu müəyyən edib. Bu, Ümid burnunun sahillərinin on minlərlə il ərzində insanlar üçün rahat yer olduğunu, hətta onların şimal qonşularının başqa ərazilərə köç etməyə başladığını deməyə əsas verir. Digər izlər sübut edir ki, müasir insanlar Ərəbistan yarımadasına təxminən 120 min il, Şimali Amerikaya isə təxminən 22 min il əvvəl gəliblər.
Yeni araşdırmada tədqiqatçılar, optik olaraq stimullaşdırılmış lüminesans kimi tanınan bir üsuldan istifadə edərək Cənubi Afrikadan tapılan ayaq izlərini tarix edə bildilər. Əslində, elm adamları nümunədən kvars dənələri və digər mineralları götürür və onları ionlaşdırıcı radiasiyaya məruz qoyurlar. Bu prosesdən sonra zərrəciklərin parıldaması onların günəş işığını ən son nə vaxt gördüklərini, nə qədər müddətə basdırıldığını ortaya çıxarır. Komanda ərazidə daha çox izin tapıla biləcəyini düşünür.
Səbuhi Bayramov,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Yeni büdcəli monitor təqdim edilib
25 Aprel
“Apple” yeni süni zəka modelini təqdim edib
25 Aprel
Xərçəngin müalicəsində yeni metod tapılıb
25 Aprel
“Bayden yəhudilərə nifrət edir” - Trampdan açıqlama
25 Aprel
23 İŞİD üzvü saxlanıldı - Türkiyədə
25 Aprel
Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq - QƏRAR
25 Aprel
Ukrayna ərazilərini buna görə itirib - Ağ Evdən AÇIQLAMA
25 Aprel
Hiss edirəm ki, qızıl medalla qayıdacam - Murad Fətiyev
25 Aprel
Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
25 Aprel
Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır ...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!