11 May 2025 08:30
744
İQTİSADİYYAT
A- A+
Dövlət şərait yaradır, investorlar yararlanır

Dövlət şərait yaradır, investorlar yararlanır


Sənaye zonalarındakı müəssisələrin yarıdan çoxu məhsullarını həm də ixrac edir


Ölkədə iqtisadiyyatın xammal satışından asılılığını azaltmaq istiqamətində görülən işlər davam edir. Əvvəllər həm də bu məqsədi hədəfləyən sənaye parkları paytaxtda və Sumqayıtda yaradılırdısa, indi regionlarda da belə zonalar fəaliyyət göstərir. Bu isə eyni zamanda bölgələrin inkişafında və əhalinin məşğulluğunun təmin edilməsində önəmli rol oynayır.

İndi isə işğaldan azad edilən ərazilərdə də iri sənaye zonaları salınır.  Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının inkişafında önəmli rol oynayan həmin zonalara yerli və xarici investorları cəlb etmək üçün dövlət böyük güzəştlər tətbiq edir. Cari ilin 1 may tarixinə olan məlumata görə, işğaldan azad olunmuş ərazilərdəki sənaye parklarının rezidentlərinə idxal etdikləri texnika, texnoloji avadanlıqlar, eləcə də xammala görə 142 təsdiqedici sənəd verilib ki, bunun əsasında onlar təqribən 8 milyon manata yaxın vergi və rüsumlardan azad ediliblər.

İşğaldan azad edilmiş ərazilərdəki Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarında investisiya kapitalı 400 milyon manat olmaqla 45 sahibkarlıq subyektinə rezidentlik, 8 sahibkara qeyri-rezidentlik statusu verilib. Burada 53 sahibkarlıq subyekti tərəfindən 4000-dən artıq daimi iş yerinin yaradılması planlaşdırılır. Artıq həmin sənaye parklarında görülən işlərə 136 milyon manatdan çox investisiya yatırılıb, 700-dən çox daimi iş yeri yaradılıb. Qeyd edək ki, bu sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azaddırlar. Ümumilikdə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bu günə qədər 511 milyon manatlıqdan çox, cari ilin I rübü ərzində isə 7,3 milyon manatlıq güzəşt əldə ediblər.  

Qayıdaq İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkına. Bu sənaye zonasında 2024-cü ilin sentyabrından 2025-ci ilin I rübü daxil olmaqla 85 milyon, o cümlədən cari ilin ilk rübündə 63 milyon manatlıq məhsul istehsal olunub. Xatırladaq ki, hazırda sənaye parkında 27 sahibkarlıq subyekti rezident, 5 sahibkar qeyri-rezident kimi qeydiyyatdan keçib. Qeydiyyata alınan 32 sahibkarlıq subyekti tərəfindən sənaye parkına 250 milyon manatdan çox investisiyanın yatırılması və 2100-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. Artıq sahibkarlar tərəfindən sənaye parkında görülmüş işlərə 111,7 milyon manat investisiya yatırılıb, 649 iş yeri yaradılıb. 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkının 70 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib. Onu da bildirək ki, parkda hazırda 9 müəssisə fəaliyyət göstərir, 10-dan çox müəssisənin də tikinti işləri davam edir. Bu il parkda tütün məmulatlarının istehsalı müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır. 

Ölkədə mövcud sənaye zonaları iş adamlarının investisiya yatırmaları baxımından ən əlverişli biznes məkanıdır. Bu zonalarda sahibkarlıq fəaliyyətinin inkişafı üçün hər cür investisiya imkanları formalaşdırılır. Başqa sözlə, sahibkarlar əlavə texniki şərtlərin alınması tələbi olmadan dövlət vəsaiti hesabına hazır infrastruktur imkanlarından istifadə etməklə öz layihələrini icra edə bilirlər.

İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, sənaye zonalarında inşa edilən müəssisələr ilk növbədə daxili bazarın tələbatını ödəmək üçün məhsul istehsal edir. Çünki əsas məqsəd yerli bazarın  ehtiyaclarını təmin etməkdir. Bundan sonra isə hədəf yeni ixrac imkanları yaratmaq və yerli sənaye məhsullarını "Made in Azerbaijan" brendi altında xarici bazarlara çıxarmaqdır. Hazırda bu brend adı altında istehsal olunan məhsullar dünyanın 70-dən artıq ölkəsinə ixrac edilir. Yeri gəlmişkən qeyd edək ki, bu gün sənaye zonalarında fəaliyyət göstərən müəssisələrin 50 faizdən çoxu məhsullarını xarici bazarlara çıxarır. Belə məhsulların çeşidi 50-dən çoxdur. Təbii ki, bu, son rəqəm olmayacaq. Sənaye zonalarında yeni müəssisələrin sayı artdıqca ixrac edilən məhsulların çeşidi, həcmi və coğrafiyası da genişlənəcək.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!