13 İyun 2024 09:00
496
CƏMİYYƏT
A- A+
Çimərliklər yay mövsümünə hazırdırmı?!

Çimərliklər yay mövsümünə hazırdırmı?!

 

Azərbaycanda çimərlik mövsümü hər il iyunun 15-dən başlasa da, bu il istilər tez düşdüyündən insanlar ayın əvvəllərindən dənizə üz tutublar. Mövsümə hazırlıqla əlaqədar aidiyyəti qurumlar tərəfindən daha öncədən dəniz suyunun monitorinqi aparılır, ictimai çimərliklərdə təmizlik işləri görülür, təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırıcı lövhələr yerləşdirilir. 

 

İctimai çimərliklərdə işlər yekunlaşıb

 

Bakı şəhərində Xəzər dənizinin sahilətrafı rayonlarının əksəriyyətində özəl çimərliklərlə yanaşı, ictimai çimərlik də fəaliyyət göstərir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aprelin əvvəlindən əsas çimərliklərdə mövsümə hazırlıq işləri ilə bağlı monitorinqlər keçirilib. 
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərinin sahil kənarı ərazilərində yaradılan ictimai çimərliklərdə mövsümə hazırlıq işləri başa çatıb. Mövsüm ərəfəsində ictimai çimərliklərdə lazımi təmizlik-abadlıq işləri aparılıb. Qış ərzində dəniz sahilinə yığılan tullantılar, həmçinin dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılıb, digər təmizlik işləri görülüb. Çimərliklərdəki inventarlar, günlüklər, söhbətgahlar, sanitariya qovşaqları və duşlar yoxlanılıb, qaydaya salınıb, təmir işləri, bir sıra yerlərin rənglənməsi aparılıb. Eyni zamanda rəsmi çimərlik olmayan ərazilərdə də rayon icra hakimiyyətləri, kommunal xidmətlər bu ərazilərin təmizliyini nəzarətdə saxlayacaqlar. 
İctimai çimərliklərdə həmçinin həkim məntəqələri də fəaliyyət göstərir. Bundan başqa IDEA İB-nin yaratdığı  iki çimərlikdə sağlamlıq imkanları məhdud şəxslər üçün dənizə çıxışı təmin etmək məqsədilə panduslar qoyulub və tutacaqla təmin olunub.  Xəzər sahili ərazilərdə, xüsusən Buzovna qəsəbəsində bəzi vətəndaşlar tərəfindən tutularaq öz ərazilərinə qatılmış estakadalar da sökülüb. Bir neçə tikili qalıb ki, onların  da sənədləri mövcuddur. Qeyri-qanuni tutulmuş, heç bir sənədi olmayan sökülmüş estakadaların ərazisi tənzimlənib və çimərlik ərazisinə daxil edilib. 

 

Bəzi çimərliklərdən istifadə tövsiyə olunmur

 

Hər il olduğu kimi, bu il də yay mövsümünün başlaması ilə əlaqədar Bakı və Sumqayıt şəhərləri, Lənkəran, Xaçmaz, Astara rayonları ərazisində yerləşən çimərliklərin sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin laborator tədqiqatı aparılıb. Çimərliklərlə bağlı əhaliyə tövsiyələr verilib.  
Səhiyyə Nazirliyinin məlumatına əsasən, Bakı şəhərinin Buzovna, Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Görədil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəriciləri norma səviyyəsindədir.
Aparılmış monitorinqlərə əsasən, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Sumqayıt şəhərinin çimərliklərinin sanitariya-mühafizə zonalarında, eyni zamanda Yalama, Nabran, İstisu, Seyidli kəndi, cənub bölgəsinin Lənkəran və Astara çimərliklərindən götürülən nümunələrdə dəniz suyunun tullantı çirkab suları ilə intensiv çirklənmə hallarının hələ də davam etdiyi və dəniz suyunda bakterioloji çirklənmə göstəricilərinin mövcud normativlərin tələblərinə cavab vermədiyi müəyyən olunub.
"Sanitariya-epidemioloji salamatlıq haqqında" qanuna əsasən, bu çimərliklərdən istifadənin müvəqqəti olaraq tövsiyə olunmadığı barədə qərar qəbul edilib.
Qeyd edək ki, dəniz suyunun laboratoriya müayinələri zamanı sanitariya-kimyəvi (suyun rəngi, qoxusu, üzən qarışıqlar, asılı maddələr, biokimyəvi oksigen tələbatı, neft məhsulları, fenol) və bakterioloji (bağırsaq çöpləri) göstəricilər araşdırılır.

 

Boğulmanın əsas səbəbi nəzarətsiz su obyektlərinin seçilməsidir

 

Mövsüm boyu çimərliklərdə təhlükəsizliyimizin qayğısına qalan Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aidiyyəti zəruri təhlükəsizlik tədbirləri görülüb. Xidmətin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili bildirib ki, aprel ayından etibarən rayon icra hakimiyyətlərinin məsul əməkdaşlarının iştirakı ilə sahilboyu ərazilərdə monitorinqlər aparılıb. "Monitorinqlərin keçirilməsində əsas məqsəd təhlükəli və istifadəyə yararsız çimərlik ərazilərinin müəyyən edilməsidir. Monitorinqlər zamanı, həmçinin çimərlik operatorlarına təhlükəsizlik qaydaları barəsində bildirişlər təqdim edilib. Əlavə olaraq, monitorinqlərin nəticəsi ilə bağlı yerli icra hakimiyyətlərində aidiyyəti icra hakimiyyəti rəhbərliyinin təşkilatçılığı ilə müşavirələr keçirilib və təklükəli, istifadəyə yararsız çimərliklərdən əhalinin istifadə etməməsi üçün müvafiq tədbirlərin görülməsinə dair müzakirələr aparılıb", - deyə o əlavə edib.
Şöbə rəisi qeyd edib ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ölkə ərazisində ümumilikdə 37 xilasetmə məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələrin dislokasiya ərazisində olan bütün çimərliklərdə sularda təhlükəsizlik tədbirləri xidmət tərəfindən həyata keçirilir. 
A.Əlili vurğulayıb ki, hər il çimərliklərdə yüzlərlə insan xilas edilir və xidmətin nəzarət etdiyi yerlərdə ölümlə nəticələnən sudaboğulma hadisəsi qeydə alınmır: "Bu, onu deməyə əsas verir ki, çimərliklərdə və digər su hövzələrində boğulmanın əsas səbəbi çimmək üçün nəzarətsiz su obyektlərinin seçilməsidir. Əgər çimərlikdə boğulma təhlükəsi ilə üz-üzə qalırıqsa, köməyimizə xilasedici gəlməlidir. Çimərlikdə xilasedici yoxdursa, demək ki, orada həyatımız təklükədədir. Buna görə də nəzarətsiz çimərliklərdə istifadədən çəkinməliyik".
Polkovnik-leytenant bildirib ki, suda boğulmanın digər səbəbləri küləkli, dalğalı hava şəraiti, sualtı yad cisimlərin insanları zədələməsi, sualtı yarğanlar, çuxurlar, burulğanlar, axınlar, qəfləti dərinlik, panika və müxtəlif xəstəliklər ola bilir.
Şöbə rəisi sonda vətəndaşlara tövsiyələrini də çatdıraraq qeyd edib ki, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, sərxoş halda çimərliyə gəlmək və ya burada spirtli içki qəbul etmək, çimərlikdə gecələmək, fırtınanın yaxınlaşması xəbərdarlığından sonra ərazidə qalmaq, suda kobud hərəkətlər etmək insanların həyatı üçün təhlükə yaradır: "Bundan başqa, çimərliyi məişət və digər tullantılarla zibilləmək, ev heyvanlarını gətirmək, balıq tutmaq, müxtəlif növ gəmi, qayıq, sal, körpü, xəbərdarlıq nişanları, üzgəclər və digər texniki qurğulara üzüb yanaşmaq və üzərinə çıxmaq, xilasetmə texnikası istisna olmaqla, digər qayıq və kiçik gəmilərin daxil olması qadağandır. Uşaqları ilə istirahətə gələnlər isə xüsusi diqqətli olmalıdır. Yalnız özlərinin müşayiəti ilə azyaşlılar dənizə girməlidir".  
Beləliklə, asudə vaxtın xoş keçməsi, bədbəxt hadisələrin baş verməməsi üçün dənizə üz tutanlar nəzarətsiz çimərliklərə getməkdən yayınmalı, dəniz suyunda bakteroloji çirklənmənin yüksək olduğu, tövsiyə olunmayan yerlərə getməməli - ümumilikdə bütün qaydalara əməl etməlidirlər. 
Bunlarla yanaşı, təbiətin bəxş etdiyi gözəllikləri qorumaqla təmizliyə riayət olunmalıdır.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Meksikada narkokartelin 19 üzvü öldürüldü

14:40
23 Oktyabr

ABŞ və Yaponiya genişmiqyaslı təlimlərə başladı

14:39
23 Oktyabr

Qurban Qurbanov: "Ayaks"la matçda çəkinmədən mübarizə aparacağıq

14:36
23 Oktyabr

Pərviz Şahbazov çinli və iranlı həmkarları ilə enerji əməkdaşlığını müzakirə edib

14:35
23 Oktyabr

BRICS-in tərəfdaşları siyahısına 13 dövlət daxil olub

14:34
23 Oktyabr

Türkiyə Prezidenti BRICS sammitində iştirak etmək üçün Kazana yola düşüb

14:32
23 Oktyabr

Azərbaycan dəmir yollarında üztanıma ilə ödənişlərə başlanılacaq

14:31
23 Oktyabr

Azərbaycan ilə Qırğızıstanın Müdafiə nazirlikləri arasında 2025-ci il üçün hərbi əməkdaşlıq planı imzalanıb

14:22
23 Oktyabr

Almaniya səfiri Rusiya XİN-ə çağırıldı

14:21
23 Oktyabr

Kvaratsxeliya mövsümə 6 milyon avro qazanacaq

14:13
23 Oktyabr

Ukraynanın baş prokuroru istefa verdi

14:06
23 Oktyabr

Xavi "Mançester Yunayted"də?

13:57
23 Oktyabr

Böyük Britaniya və Almaniya arasında saziş imzalanacaq

13:47
23 Oktyabr

Oktyabrın 24-də ölkə ərazisində hava əsasən yağmursuz olacaq

13:42
23 Oktyabr

Emin Mahmudov: "Açıq deyim ki, fiziki baxımdan çox zəifik”  

13:31
23 Oktyabr

BMT-nin baş katibi BRİCS sammitinə getdi 

13:22
23 Oktyabr

Paşinyan BRİKS sammitində iştirak edəcək

13:16
23 Oktyabr

Baydendən hərbi xərclərlə bağlı açıqlama

13:04
23 Oktyabr

Braziliyada qırıcı qəzaya uğradı

13:02
23 Oktyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi ilə görüşü olub YENİLƏNƏCƏK

13:01
23 Oktyabr

DİN “ASAN xidmət” mərkəzlərində göstərdiyi xidmətlər üzrə vəzifələrə müsabiqə elan edir  

12:57
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!