22 May 2025 09:05
1182
Təhsil
A- A+
Burada Qarabağı və Şərqi Zəngəzuru yenidən quranlar yetişir

Burada Qarabağı və Şərqi Zəngəzuru yenidən quranlar yetişir


44 günlük savaş Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdə məharəti və Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində Ermənistan silahlı qüvvələri darmadağın edildi, düşmən diz çökdürüldü. 

Ərazilərimizin 20 faizini 30 il işğal altında saxlayan, cənnət ərazilərimizi odlara qalayıb xarabaya çevirən Ermənistan silahlı qüvvələri sonuncu əsgərinədək ölkəmizdən qovuldu. 

Bu müqəddəs savaşda çox sayda igid oğullarımız sinələrini düşmən gülləsinə sipər edib həlak oldu, şəhidlik zirvəsinə ucaldı. Neçə-neçə cəsur övladımız döyüşlərdə yaralanıb sağlamlığını itirdi. Vətən sevdalı oğulların canı, qanı bahasına şanlı qələbə qazanıldı.

Beləcə barıt qoxulu Qarabağa və Şərqi Zəngəzura azadlıq günəşi doğdu. İnsanlığın üz qarası olan erməni vandallarının daş üstə daş qoymadığı yaşayış məntəqələrimiz indi bərpa və quruculuq dövrünü yaşayır. Kəndlər, şəhərlər min bir həvəslə yenidən qurulur. Doğma ocağa ata-baba yurduna qovuşan insanların sevinci hədsizdir.

Tarixi qələbənin, möhtəşəm quruculuğun baş memarı Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" bu gün uğurla həyata keçirilir. Proqramda bütün incəliklər nəzərə alınmışdır. Dövlət doğma yurda qayıdan hər bir gəncin müəyyən peşəyə sahiblənməsinə, quruculuq və bərpa işlərində yaxından iştirakının təmin olunmasına böyük önəm verir. Elə həmin məqsədlə də peşə təhsili mərkəzlərinin qarşısına konkret vəzifələr qoyulur. Bu istiqamətdə əldə edilən ilk nəticələr fərəhlidir. Ölkədə fəaliyyət göstərən 8 peşə təhsili müəssisəsində 42 ixtisas üzrə təlimlər keçirilir. Keçən il 215, bu il isə 526 nəfər təlimlərə cəlb olunub.

Bərdə Dövlət Peşə Təhsil Mərkəzi öz uğurları ilə hər zaman diqqət çəkib. Bu günlər təhsil mərkəzində maraqlı tədbir reallaşıb. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində Bərdə Dövlət Peşə Təhsil Mərkəzində qisamüddətli təlimləri uğurla başa vuran müdavimlərlə görüş keçirilib. Görüşdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov müvafiq Dövlət Proqramının əhəmiyyətini vurğulayıb, yeni peşələrə yiyələnmiş gənclərə uğurlar arzulayıb.

Görüşdə çıxış edən Milli Məclisin deputatı Fatma Yıldırım bu gün Qarabağ və Şərqi Zəngəzurda vüsət alan tikinti, abadlıq, bərpa-quruculuq işlərindən ətraflı danışıb. Natiq yeni peşə vərdişləri qazanmış gəncləri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması prosesində fəal iştirak etməyə çağırıb, bunun dövlətimiz üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Bərdə Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Samir Nəcəfov isə söhbət zamanı deyib ki, bizim mərkəzdə güclü maddi-texniki baza yaradılmışdır: "Bütün gücümüzü, imkanlarımızı səfərbər edərək çalışırıq ki, qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsinə nail olaq. Qısamüddətli təlimlərin növbəti mərhələsi uğurla başa çatıb. Aqronom-texnik, qazanxana maşinisti, aşpaz və bərbər ixtisasları üzrə təlimləri uğurla başa vuran 61 müdavimə sertifikatlar təqdim olunub".

Samir müəllimin söhbətindən onu da öyrəndik ki, Bərdə Dövlət Peşə Təhsil Mərkəzində aqronom-texnik, aşpaz, avtomobil diaqnostikası və təmiri ustası, baytar köməkçisi, bərbər, elektrik-qaz qaynaqçısı, geniş profilli traktorçu, mühasib, qazanxana maşinisti, bağban-dekorator, isitmə-soyutma havalandırma sistemləri və avadanlıqları üzrə qısamüddətli təlimlər keçirilir. Cari ildə Bərdə şəhərində keçmiş məcburi köçkünlər də bu təlimlərə cəlb ediliblər. Təlimlərin müddəti proqramlara uyğun olaraq 1 aydan 3 ayadək müəyyən olunur.

Bərdə Dövlət Peşə Təhsil Mərkəzində baş tutan görüş maraqlı bir sonluqla yekunlaşıb. "Qarabağa peşənlə qayıt" videoçarxının təqdimatı tədbir iştirakçılarına xoş ovqat bəxş edib. Videoçarxın qəhrəmanı - elektrik avadanlıqlarının quraşdırılması və istismarı ixtisası üzrə təhsil almış və hazırda Qarabağda elektrik kimi fəaliyyət  göstərən Toğrul Dadaşzadə qazandığı uğurlardan aldığı sevinci gənc həmkarları ilə paylaşıb.

 

Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!