17 Dekabr 2025 08:43
272
İQTİSADİYYAT
A- A+
BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı


BP şirkəti ADA Universiteti və ADA Universiteti Fondu ilə birlikdə Qazaxda və Gəncədə həyata keçirilmiş bir sosial təşəbbüsün uğurla tamamlandığını elan edib. Bu münasibətlə ADA Universitetinin Qazax mərkəzində tədbir keçirilib.

Layihədə əsas məqsəd müəllimlərin məktəblilərdə əqli sağlamlıq problemlərini vaxtında aşkar edərək aradan qaldırmaq bacarıqlarını artırmaqdır ki, bu da daha ciddi psixoloji fəsadların qarşısını almağa kömək edəcək. Ümumiyyətlə isə layihə uşaqlarda əqli sağlamlıqla bağlı hər hansı problemin ilk əlamətlərini vaxtında görərək ilkin dəstək göstərmək və erkən müdaxilə etmək məqsədilə müəllimləri lazımi bacarıqlarla təmin etmək üçün nəzərdə tutulub. 

Layihə çərçivəsində məktəb müəllimləri üçün əqli sağlamlıq problemlərinin aşkarlanması və erkən müdaxilə vasitələrinin tətbiqi üzrə geniş təlim proqramı hazırlanmışdır. Ümümilikdə 40 saatdan ibarət bu təlimə il ərzində rayon məktəblərindən təxminən 60 müəllim qatılıb. Təlim proqramı əqli sağlamlıq məsələləri, uşaq psixologiyası və emosional vəziyyət haqqında müəllimlərin bilik və anlayışlarını əhəmiyyətli dərəcədə artırıb.

Təlim proqramı hər birində 15-20 müəllim olmaqla dörd qrup üzrə aparılıb və hər qrupun dərsləri həftəsonları həm əyani, həm də onlayn rejimdə keçirilməklə iki ay davam edib. Bundan başqa, layihə çərçivəsində müəllimlərin bir-birindən öyrənmələri və daim inkişafı üçün dəstək şəbəkələri də yaradılıb. Bu şəbəkələr müəllimlərə əqli sağlamlıq məsələlərinin həllində qarşılaşdıqları çətinlikləri və bununla bağlı təcrübələrini bir-biriləri ilə paylaşmağa imkan verir.

Tədbirdə çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə sosial sərmayələr rəhbəri Xalid Rəcəbov deyib: "İcmalara əhəmiyyətli faydalar gətirə biləcək təşəbbüsləri dəstəkləməkdən qürur duyuruq. Əqli sağlamlıq uşaqların rifahının vacib hissəsidir. Bu təşəbbüs ilkin problemləri kəskinləşməzdən əvvəl aşkarlaya bilən hazırlıqlı müəllimlər şəbəkəsini formalaşdıraraq rayon məktəblərində əqli sağlamlıqla bağlı erkən müdaxilə üçün mühüm bünövrə yaradır. Niyyətimiz məlumatlılığı artırmaqla və müəllimləri lazımi vasitə və biliklərlə təmin etməklə daha sağlam tədris mühitinin formalaşmasına və icmaların uzunmüddətli rifahına töhfə verməkdir."

ADA Universiteti Fondunun prezidenti Natiq Haciyev də layihə barədə fikir söyləyib: "Bu layihə biznes-təhsil əməkdaşlığının gücləndirilməsi, həmçinin əhəmiyyətli sosial məsuliyyət təşəbbüslərinə töhfə vermək üzrə uzunmüddətli öhdəliyimizi əks etdirir. Davamlı əməkdaşlığa və birgə səylərimizin məqsədini daha da artırdığına və bu səylərə böyük dəyər qatdığına görə bp şirkətinə dərin təşəkkürümüzü bildiririk. İstəyimiz bu əməkdaşlığı irəli aparmaq və birlikdə cəmiyyət üçün daha da böyük faydalar gətirməkdir." Layihə ADA Universiteti Fondu tərəfindən həyata keçirilib. BP-nin layihəyə töhfəsi 240 min 488 manat təşkil edib.   


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!