12 İyun 2025 18:58
521
DÜNYA
A- A+
“BMW iX3”də dönmə siqnalı avtomatik işə salınacaq

“BMW iX3”də dönmə siqnalı avtomatik işə salınacaq

“BMW iX3” elektromobilinin test yürüşündə özünü ən yaxşı tərəfdən göstərib. Müasir avtomobillər getdikcə daha çox hallarda idarəetməni sərt şəkildə sürücünün əlindən alır. Məsələn, “Tesla”nın təhlükəsizlik sistemləri sükanın böyük hissəsini öz üzərinə götürə bilir, lakin hər şey plan üzrə getmədikdə, sükanı avtopilotun “virtual əli”ndən almaq çətin olur. “BMW” isə sürücü yardım sisteminin davranışını yumşaltmağa qərar verib.

“Neue Klasse” platforması əsasında qurulacaq ilk elektromobil olan “iX3” insanla simbioz yaratmağa çalışır. Bu o deməkdir ki, avtomobilin sensorları və sistemləri sürücü ilə mübarizə aparmır, ona “bağırmır”, əksinə, həqiqi köməkçi kimi çıxış edərək hərəkəti daha təhlükəsiz və az stressli edir. İstehsalçı “BMW iX3” üçün demək olar ki, 650 km yürüş məsafəsi vəd edir. Bu, 400 kilovata qədər gücü dəstəkləyən yeni batareya arxitekturası sayəsində mümkün olur. Bu texnologiya cəmi 10 dəqiqəlik şarjla təxminən 320 km məsafəni qət etməyə imkan verir. “BMW”nin “superbeyin” adlandırdığı elektromobilin hesablama platforması “Qualcomm Snapdragon Ride” çipinə əsaslanır. Bu qədər güclü prosessor şirkət tərəfindən bəlkə də indiyədək heç vaxt avtomobillərə quraşdırılmayıb. Çip qabaqcıl sensor dəsti, yüksək dəqiqlikli kameralar və dəqiq radarların məlumatlarını emal edir. Bütün bu sistemlər birlikdə elektromobilə ətraf mühiti yüksək keyfiyyətlə qavrama imkanı verir. Ən vacib komponent sürücünün vəziyyətini izləmə sistemidir. Bu sistem baxışın hara yönəldiyini və yolun izlənilməsinə yetərincə diqqət ayrılıb-ayrılmadığını müəyyən edir.

“BMW iX3” baxış istiqamətinin izlənməsi texnologiyasından istifadə edir və digər müasir avtomobillərdən fərqli olaraq sürücünü siqnallarla narahat etmir, əksinə, sürmə keyfiyyətini həqiqətən yaxşılaşdırır. Şosseyə çıxış zamanı sürücü köməkçisi avtomobili müstəqil şəkildə idarə edə və hətta hərəkət zolağını dəyişə bilir. Əgər sürücü bunu əl ilə etmək istəsə, sistem özü dönmə siqnalını aktivləşdirir. “Kor nöqtə” yoxlanılmadan zolaq dəyişmək çətin olacaq, amma əvvəlcə güzgülərə baxılarsa, elektromobil müqavimət göstərməyəcək. BMW-də ikinci yardımçı prosessor “Heart of Joy” adını alıb. Şirkətin özü tərəfindən hazırlanmış bu çip dartı qüvvəsinə, sabitliyə və elektrik mühərriklərinə nəzarət edir. Əvvəllər bu funksiyaları onlarla ayrı-ayrı prosessor yerinə yetirirdi. Nəticədə avtomobil iki elektrik mühərrikinin ümumilikdə hasil etdiyi 400 at gücü daha sürətli və hamar şəkildə idarə edir və tam ötürücü sistemi təmin edir.

  • Ülkər XASPOLADOVA,
  • “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!