11 İyun 2025 08:10
2983
SİYASƏT
A- A+
Bərpa olunan ədalət

Bərpa olunan ədalət


Sovet hakimiyyəti qurulduqdan sonra, 1923-cü ildə Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradılmış və mərkəzi Xankəndi şəhəri olan bu bölgədə kənardan gəlmələr hesabına  ermənilərin sayı məqsədyönlü şəkildə artırılmışdı. Eyni zamanda burada idarəetmədə bütün rəhbər vəzifələr ermənilərə həvalə olunmuş, azərbaycanlılar hər sahədə sıxışdırılmışdı. 

DQMV-nin yarandığı vaxtlardan etibarən onun Ermənistana birləşdirilməsi məsələsinə dəfələrlə cəhd edilmiş, bu mənfur niyyət 1988-ci ildə daha açıq şəkil almışdı. 1987-ci ildə Ümummilli Lider Heydər Əliyevin vəzifəsindən kənarlaşdırılması fürsətindən istifadə edən erməni millətçiləri DQMV-nin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi ilə əlaqədar yenidən məsələ qaldırmışdılar. Onların iddialarına görə, guya Qarabağ bölgəsində sosial-iqtisadi gerilik hökm sürürdü. Ancaq erməni şovinistləri tərəfindən ortaya atılan bu iddialar tamamilə uydurma idi. Tarixi faktdır ki, məhz Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüs və səyləri ilə muxtar vilayət o dövrdə Azərbaycanın ən inkişaf etmiş bölgələrindən birinə çevrilmişdi. Lakin bütün bunlar erməni millətçilərini qane etmirdi və məkrli planlarını həyata keçirmək üçün xalqımızı açıq hədəfə almışdılar.  

20 fevral 1988-ci ildə erməni millətçiləri DQMV-nin İcraiyyə Komitəsinin sessiyasını çağıraraq qərar qəbul etdilər ki, bu vilayət Azərbaycanın tərkibindən çıxır və Ermənistana birləşdirilir. Bu bədnam qərara etirazlarını bildirmək üçün fevralın 22-də Əsgəran rayonu ərazisində Ağdam rayonunun sakinləri dinc nümayiş keçirmişdilər. Həmin zaman ermənilərin atəş açması nəticəsində iki azərbaycanlı gənc qətlə yetirilmişdi. Elə bu qanlı hadisənin törədildiyi vaxtdan etibarən erməni şovinistləri daha geniş əl-qol açaraq son ikiəsrlik tarixin müxtəlif dönəmlərində olduğu kimi, yenidən xalqımızı deportasiyalarla, kütləvi qətllərlə üz-üzə qoydular, ərazilərimizə açıq şəkildə iddia etməyə, ardınca isə işğala başladılar.


Tarixin faciəvi üzü  


11 iyun 1990-cı ildə Azərbaycan SSR Ali Soveti Ermənistanla sərhəd xətti boyu fövqəladə vəziyyət elan etdi. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının "Odlar Yurdu Azərbaycan" elektron toplusunda bu barədə yer alan məlumatda bildirilir ki, həmin zaman sərhədlər mühəndis qurğuları ilə möhkəmləndirildi, onu müdafiə etmək üçün xüsusi milis dəstələri yaradıldı: "Bu zaman SSRİ silahlı qüvvələri SSRİ-nin saxlanmasına münasibət haqqında 17 mart ümumittifaq referendumunda iştirak etməyən Ermənistana "dərs vermək", habelə Azərbaycandakı kommunist rejimini dəstəkləmək üçün erməni silahlı dəstələrinə köməyi xeyli azaltdı. 1991-ci il mayın əvvəllərində Çaykənd və Martunaşendə pasport rejimi yoxlanıldı və hərbiləşdirilmiş erməni birləşmələri tərk-silah edildi. İyulun əvvəllərində Goranboy rayonunun Azadkənd, Sarısu, Manaşid, Erkeç və Buzluq kəndlərində erməni silahlı quldurlarının dayaq məntəqələri dağıdıldı. Erməni əhali öz razılığı ilə bu bölgələrdən köçüb getdilər. Lakin ermənilər sərhəd zonalarındakı Azərbaycan kəndlərinə basqınlardan əl çəkmirdilər". 

Qeyd olunur ki, 1991-ci il avqustun 18-22-də erməni hərbi hissələri rusların köməyi ilə, vertolyotlar və ağır texnikadan istifadə etməklə Qazax rayonuna hücuma keçdilər. Bağanıs-Ayrım kəndi dağıdıldı, dinc əhaliyə işgəncələr verildi. Erməni hərbi hissələrinin Zəngilan, Qubadlı və Laçın rayonlarının kəndlərinə də hücumları ara vermirdi. Bu vaxt Qubadlı rayonunun Yuxarı Cibikli kəndinə erməni quldurları basqın etmişdilər. Əhali mərdliklə müqavimət göstərmiş, 20 erməni qulduru məhv edilmişdi. Burada olan sovet ordusu dəstəsi, demək olar ki, seyirçi mövqe tutmuşdu. Təkcə ukraynalı Oleq Babak əliyalın azərbaycanlılara kömək etmiş və qəhrəmanlıqla həlak olmuşdu. Ölümündən sonra ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi. 

"Can üstündə olan imperiya milli münaqişəni daha da dərinləşdirdi. Lakin onun iflası gündən-günə yaxınlaşırdı. İmperiyanın pəncəsindən xilas olmağa çalışan xalqın tələbi ilə 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında respublikanın dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyanat qəbul olunması ilə əlaqədar Dağlıq Qarabağ münaqişəsi daha da kəskinləşdi. Bu münaqişə Ermənistanın əli ilə Azərbaycana qarşı aparılan açıq-aşkar təcavüzkar müharibəyə çevrildi", - deyə məlumatda qeyd olunur. 


Azərbaycan rəhbərliyi bütün ümidini ittifaq mərkəzinə bağlayırdı, amma...


11 iyun 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi qərarla bağlı "Azərbaycan" qəzetinin suallarını cavablandıran Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərovun sözlərinə görə, sovet rəhbərliyinin yenidənqurma və aşkarlıq siyasəti dünyanın ərazi baxımından altıdabirini əhatə edən sovet dövlətinə uğur gətirmədi: "Dünənə qədər bu dövlətin dağıla biləcəyini ağlına gətirə bilməyənlər iflasın ilk işartılarının şahidi oldular. Bədnam qonşularımız Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılmasından sonra Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə başladılar. 

Erməni daşnak avantürasına Qərb dövlətləri havadarlıq edir, sovet rəhbərliyi isə xeyir-duasını gizlədə bilmirdi. Həmin dövrdə Azərbaycana rəhbərlik edən şəxslər isə cəsarətsizlikləri və qətiyyətsizlikləri ilə erməni dəyirmanına su tökdülər. Beləliklə, SSRİ-nin dağılmasına sevinən və müstəqilliyini bərpa edən müttəfiq respublikalardan fərqli olaraq Azərbaycan nə müstəqilliyin şirinliyini dada bildi, nə də şəhər və kəndlərimizi erməni işğalından qoruya bildi". 

Yüzminlərlə azərbaycanlının Qərbi Azərbaycandan - öz dədə-baba torpaqlarından silah və zor gücünə qovulduqlarını, yüzlərlə dinc sakinin işgəncələrə məruz qalaraq öldürüldüyünü deyən deputat vurğuladı ki, Qarabağ və Şərqi Zəngəzurda erməni hərbi birləşmələri tərəfindən azərbaycanlı əhaliyə qarşı dövlət səviyyəsində də qırğınlar törədilməyə başlandı: "1990-cı il iyunun 11-də Azərbaycan SSR Ali Soveti Ermənistanla sərhəd boyu ərazilərdə fövqəladə vəziyyət elan etdi. Bir çox erməni kəndində silahlı dəstələr tərk-silah edildi, azərbaycanlıların evlərini yandıranlar istintaqa cəlb edildilər. Amma Ali Sovetin bu qərarı  kağız üzərində qaldı. Son nəticədə Azərbaycan torpaqlarının 20 faizi işğal olundu, bir milyon insan qaçqın və köçkün həyatını yaşamağa məcbur edildi".

Anar İsgəndərov vurğuladı ki, Azərbaycan tərəfi sərhədlərin möhkəmləndirilməsinə maraq göstərmirdi. Azərbaycan rəhbərliyi bütün ümidini mərkəzə bağlayırdı. Mərkəz isə Azərbaycanı yox, Ermənistanı müdafiə edirdi:  "Əslində, Qarabağda muxtar qurumun yaradılması, Naxçıvanın kəndlərinin Ermənistana verilməsi bunu təsdiqləyirdi. Belə ki, sovet dövləti təşkil olunandan bəri Ermənistana dəstək verilirdi. Azərbaycan rəhbərliyi həm də erməni daşnak qüvvələrinə qarşı mübarizədə xalqın gücündən bəhrələnmək istəmirdi. Bu mübarizədə xalq və iqtidar birləşə bilmədi. Kamran Bağırovun səhvlərini Əbdürrəhman Vəzirov təkrar etdi. Hakimiyyətə gələn Xalq Cəbhəsi də xalqı birləşdirə bilmədi. Yalnız Azərbaycanın müstəqilliyi təhlükəli vəziyyətlə üz-üzə gələndə, vətəndaş müharibəsi və qardaş qırğını qapının ağzını kəsəndə siyasi rəhbərlik kömək üçün Heydər Əliyevə müraciət etdi. Heydər Əliyev Azərbaycan xalqının arzu və istəklərini reallaşdırmaq üçün xalqın harayına səs verdi və xilaskarlıq missiyasına başladı".


Milli maraqlarımız qətiyyətlə təmin edildi


Ulu Öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin səylərinin və qətiyyətinin nəticəsi olaraq Azərbaycan 2020-ci il Vətən müharibəsində təcavüzkar Ermənistanı məğlubiyyətə uğratdı, torpaqlarımız işğaldan azad edildi. 2023-cü ildə 23 saatlıq antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi bərpa olundu, Konstitusiyamız bütün ərazilərimizdə hüquqi qüvvəyə mindi. 24 may 2024-cü ildə Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri ölkəmizə qaytarıldı. Azərbaycan ilə Ermənistan arasında həyata keçirilən delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edildi. Qeyd edək ki, əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addımdır və delimitasiyanın məhz bu istiqamətdən başlaması Azərbaycanın təkidi ilə olub. Tərəflər razılaşıblar ki, delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar.

Azərbaycanın tarixə, haqqa, ədalətə dayanan Zəfəri sayəsində erməni şovinistlərinin bütün çirkin planları məhv edilərək milli maraqlarımız qətiyyətlə təmin edilib.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!