22 May 2025 08:40
1210
SİYASƏT
A- A+
Azərbaycanın dostu və tərəfdaşı

Azərbaycanın dostu və tərəfdaşı


Azərbaycanın Yaxın Şərq siyasəti yalnız müsəlman dünyası ilə bitmir. Respublikamız dövlət müstəqilliyini əldə etdikdən sonra münasibətlərini davamlı və qarşılıqı şəkildə inkişaf etdirdiyi ölkələrdən biri də İsraildir. 

İsrail böyük dövlətlər sırasına daxil olmasa da, beynəlxalq münasibətlər sistemində özünün xüsusi yeri, çəkisi, nüfuzu və dəst-xəti olan ölkədir. Bu baxımdan, İsrail dövləti ilə əlaqələrin inkişafına böyük önəm verilməsi ölkəmizin milli maraqlarının təmini baxımından müstəsna əhəmiyyətə malikdir. 


Münasibətlərin dinamik və hərtərəfli inkişafı məmnunluq doğurur


İsrail Azərbaycanın dövlət müstəqilliyini 25 dekabr 1991-ci ildə tanımış, 1992-ci ilin aprelindən isə iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. Ötən əsrin 90-cı illərindən bəri həyata keçirilmiş səfər mübadilələri, səmərəli əməkdaşlıq mexanizmlərinin qurulması ikitərəfli əlaqələrin yüksək səviyyəyə çatmasına gətirib çıxarmışdır. Hazırda iki dövlət arasında uğurlu siyasi, iqtisadi və hərbi əməkdaşlıq əlaqələri, eləcə də strateji dialoq mövcuddur. Ən əsas məsələlərdən biri də odur ki, İsrail Azərbaycanı daim dəstəkləyən dost dövlətlərdən biridir. Torpaqlarımızın işğal altında olduğu illərdə İsrail dövləti hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı da İsrailin dəstəyini hiss edib.

Azərbaycan və yəhudi xalqları arasındakı dostluq və qardaşlıq əlaqələrinin tarixi qədimdir. Yəhudilər Azərbaycanda əsrlər boyu əmin-amanlıq şəraitində yaşamış, digər azsaylı millətlər kimi heç bir ayrı-seçkiliyə və diskriminasiyaya məruz qalmamışlar. Ölkəmizdə yəhudilərə həmişə yaxşı münasibət bəslənilmiş və burada heç zaman antisemitizm halları olmamışdır. Azərbaycan ərazisində yaşayan yəhudilər də vaxtilə ermənilər tərəfindən soyqırımına məruz qalmışlar. Bu mənada Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq yalnız siyasi-iqtisadi əməkdaşlığa deyil, həm də tarixi köklərə əsaslanır. Hər iki ölkəni yaxınlaşdıran daha bir amil isə Azərbaycanda yəhudi diasporunun və İsraildə Azərbaycandan getmiş on minlərlə yəhudinin yaşamasıdır. Buna görə də Azərbaycan-İsrail dostluğunu təkcə siyasi və iqtisadi amillərlə səciyyələndirmək düzgün deyil. 

Prezident İlham Əliyevin İsrail Dövlətinin milli bayramı - Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti İsxak Hersoqa ünvanladığı təbrik məktubunda deyilir: "Azərbaycan ilə İsrail arasında mövcud olan dostluq əlaqələrinin və əməkdaşlığın yüksək səviyyəsi xalqlarımızın tarixi bağlılığının, bir-birinə bəslədiyi hörmətin və rəğbətin bariz ifadəsidir. Qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-İsrail dövlətlərarası münasibətlərinin dinamik və hərtərəfli inkişaf etməsi məmnunluq doğurur".


Hərbi sahədə əməkdaşlıq davam edir


Hazırda dünyada ksenofobiyanın, dini zəmində qarşıdurmaların kəskinləşdiyi bir dövrdə Azərbaycanla İsrail arasında olan münasibətlər bir növ model rolunu oynayır. Eyni zamanda bu əlaqələr multikulturalizm və tolerantlıq dəyərlərinin bəşəriyyətin firavanlığı naminə getdikcə daha da önəm kəsb etməsinin göstəricisidir.

2023-cü ildə İsraildə Azərbaycan səfirliyinin açılması ölkələrimiz arasında tərəfdaşlığın inkişaf etdiyini və münasibətlərin, strateji tərəfdaşlığın yeni mərhələyə yüksəldiyini göstərir.

Bu gün İsrail Azərbaycanın əsas ticarət tərəfdaşları sırasındadır. İki dövlət arasında qarşılıqlı investisiya, həmçinin energetika, kənd təsərrüfatı, İT, innovasiya, əczaçılıq, turizm və digər sahələr üzrə səmərəli əməkdaşlıq mövcuddur. Bu ölkə idxal etdiyi neftin bir qismini Azərbaycandan alır. Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya, həmçinin Azərbaycanın İsraildəki Ticarət nümayəndəliyi ölkələrimiz arasında tərəfdaşlığın inkişafı üçün əhəmiyyətli platformalardır. 

Həmçinin Azərbaycan və İsrail etibarlı hərbi tərəfdaşlıq münasibətlərinə malikdir. Uzun illərdir iki dövlət arasında müdafiə sahəsində sıx əməkdaşlıq mövcuddur. Azərbaycanın hərbi sənayesinin formalaşmasında İsrail əhəmiyyətli müttəfiq kimi mühüm rol oynayır. 

Azərbaycan-İsrail hərbi əməkdaşlığı yüksələn xətlə davam edir. Bu günlərdə Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyətinin İsrailə rəsmi səfəri bundan xəbər verir. Səfər çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun İsrailin müdafiə naziri İsrael Katz və Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamirlə görüşlərində hərbi əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. Nümayəndə heyətinin səfəri zamanı hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və perspektiv planlar müzakirə olunub.

Azərbaycanla İsrail arasında tarixin sınaqlarından çıxan əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. Onu da vurğulamalıyıq ki, Azərbaycan-İsrail əlaqələri ikitərəfli xarakter daşıyır və heç bir dövlətlə münasibətlərə xələl gətirmir.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 143-cü kitabı çapdan çıxıb  

14:04
19 İyun

Laçında yeni tikilən su anbarı istifadəyə verilib

13:19
19 İyun

Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçirilib

12:58
19 İyun

Bonn İqlim Sammiti çərçivəsində “Bakıdan Belemə Yol Xəritəsi” ilə bağlı məsləhətləşmələr aparılıb  

12:56
19 İyun

QDİƏT PA-nın 65-ci Baş Assambleyasının iştirakçıları Şuşa şəhərinə gəliblər YENİLƏNİB

12:56
19 İyun

“Diplomatic World Sweden” Azərbaycanın COP29 nümayəndə heyətinin Bonn şəhərinə səfəri barədə məqalə dərc edib  

12:49
19 İyun

Şəxsiyyəti müəyyənləşdirilən daha bir itkin şəhid dəfn olunacaq  

12:41
19 İyun

Birinci rübdə Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyanın həcmi açıqlanıb  

12:33
19 İyun

Ağdamda polis 5 ton yabanı çətənə kolu aşkarlayıb

12:26
19 İyun

Mərkəzi Bank: Azərbaycanın strateji valyuta ehtiyatları 73,5 milyard dollara çatıb  

12:21
19 İyun

AMB: Cari əməliyyatlar profisiti 1 milyard dolları ötüb

12:18
19 İyun

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi imzalanıb  

12:03
19 İyun

Yeni parkda gənc rəssamların sərgisi açılıb  

11:57
19 İyun

İnam Kərimov: Tərəfdaş dövlətlər arasında məhkəmə-hüquq sahəsində çoxtərəfli və davamlı əməkdaşlığın hüquqi əsası yaradılacaq  

11:46
19 İyun

Muxtar respublikada sənaye məhsulu istehsalı 3,6 faiz artıb

11:45
19 İyun

Prezident İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib

11:09
19 İyun

Naxçıvanda ümumi daxili məhsul istehsalı 600 milyon manata yaxın olub  

11:01
19 İyun

BMT-nin inkişafın maliyyələşdirilməsi üzrə “Sevilya öhdəliyi” sənədi təsdiq olunub  

10:59
19 İyun

Bakıda Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları sədrlərinin 3-cü iclası keçirilir  

10:51
19 İyun

Dünya birjalarında neft bahalaşıb

10:47
19 İyun

Kanada vətəndaşlarının İrandan təxliyəsində dəstəyə görə Azərbaycana təşəkkür edib  

10:36
19 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!