09 May 2025 01:55
1178
PARLAMENT
A- A+
Azərbaycanın beynəlxalq arenada nüfuzunun artması Vyetnamda diqqətlə izlənilir Milli Məclisin Sədri Sahibə Qafarova Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə görüşüb

Azərbaycanın beynəlxalq arenada nüfuzunun artması Vyetnamda diqqətlə izlənilir Milli Məclisin Sədri Sahibə Qafarova Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə görüşüb


Mayın 8-də Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonağı və onun başçılıq etdiyi nümayəndə heyətini Milli Məclisdə salamlamaqdan məmnunluğunu diqqətə çatdıran spiker Sahibə Qafarova bu səfərin ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəyinə əminliyini bildirib. 

Milli Məclisin Sədri deyib ki, əsası ötən əsrdə xalqımızın Ümummilli Lideri Heydər Əliyev və Vyetnam xalqının dahi oğlu Ho Şi Min tərəfindən qoyulmuş dostluq və əməkdaşlıq əlaqələri Azərbaycan müstəqillik əldə etdikdən sonra uğurla davam edir. Bu əlaqələrin inkişafında yüksəksəviyyəli səfərlərin və görüşlərin müstəsna rol oynadığını deyən spiker Sahibə Qafarova dövlət başçılarının qarşılıqlı səfərlərinin bu münasibətlərin dinamikasını müəyyənləşdirdiyini diqqətə çatdırıb.

Milli Məclisin Sədri mayın 7-də imzalanmış "Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat"ın və digər mühüm sənədlərin əhəmiyyətini qeyd edib, Prezident İlham Əliyevlə aparılmış müzakirələrin tezliklə öz bəhrəsini verəcəyinə əminliyini bildirib. 

Söhbət zamanı ölkələrimiz arasında münasibətlərə mühüm töhfə verən hakim partiyaların - Yeni Azərbaycan Partiyasının və Vyetnam Kommunist Partiyasının rolu da xüsusi qeyd edilib.

Spiker diqqətə çatdırıb ki, ölkələrimizin beynəlxalq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində konstruktiv əməkdaşlığı, Vyetnamın ədalətli mövqeyi və ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstək Azərbaycanda yüksək qiymətləndirilir.

İki ölkə arasında münasibətlərin inkişafında parlamentlərin rolundan danışan spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan parlamenti olaraq biz parlamentlərarası əlaqələrimizin inkişafında maraqlıyıq və bunun üçün yaxşı imkanlar var. Spiker parlament sədrləri və deputatlar səviyyəsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb, parlament komitələri arasında da əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən danışıb. Milli Məclisin Sədri bu sahədə hər iki parlamentdə fəaliyyət göstərən dostluq qruplarının əhəmiyyətini qeyd edib, qarşılıqlı səfərlərin və görüşlərin əməkdaşlığın inkişafına mühüm təkan verdiyini vurğulayıb. Spiker Sahibə Qafarova bildirib ki, Parlamentlərarası İttifaq, Asiya Parlament Assambleyası kimi beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin daha da dərinləşdirilməsi üçün yaxşı imkanlar var. Spiker mühüm platformalardan biri olan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində də Vyetnam parlamentarilərinin daha fəal iştirak edəcəklərinə inamını ifadə edib.

Azərbaycana səfərindən məmnunluğunu bildirən Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Vyetnam Milli Assambleyası Sədrinin salamlarını çatdırıb və onun adından spiker Sahibə Qafarovanı Vyetnama səfərə dəvət edib. 

Söhbət zamanı qonaq ölkəmizə dövlət səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşünə, aparılmış müzakirələrə və imzalanmış ikitərəfli sənədlərə dair təəssüratlarını bölüşüb. O, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və bölgədə gedən proseslərin Vyetnamda diqqətlə izlənildiyini qeyd edib. Qonaq bildirib ki, bu səfər çərçivəsində imzalanmış sənədlər xalqlarımızın mənafeyinə xidmət edir və münasibətlərimizi yeni səviyyəyə qaldırır.

Qonaq əsası Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev və Vyetnam xalqının dahi oğlu Ho Şi Min tərəfindən qoyulmuş qarşılıqlı əlaqələrimizin bu gün uğurla inkişaf etdirilməsindən məmnunluğunu bildirib. 

Dövlətlərarası münasibətlərdə parlamentlərin rolunu yüksək qiymətləndirən Baş katib To Lam qarşılıqlı səfərlərin intensivliyinin artırılması, parlament komitələri arasında informasiya və təcrübə mübadiləsi, qanunvericilik sahəsində əməkdaşlıq, imzalanmış və ratifikasiya olunmuş ikitərəfli sənədlərin icrasına nəzarətin artırılması, ASEAN Parlament Assambleyası və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi barədə fikirlərini bölüşüb.

Qonağın fikirlərinə münasibət bildirən Milli Məclisin Sədri Sahibə Qafarova onun da salamlarını Vyetnam Milli Assambleyasının Sədrinə çatdırmağı xahiş edib və həmkarını  ölkəmizə səfərə dəvət edib. Spiker Milli Məclisin həmişə qarşılıqlı əməkdaşlığın inkişafına hazır olduğunu diqqətə çatdırıb və bu əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyinə inamını bildirib. Spiker qonağın cənab Prezidentlə görüşü zamanı iki ölkə arasındakı əlaqələrin inkişafı ilə bağlı müəyyən edilmiş istiqamətlərin də parlamentlər tərəfindən dəstəklənməsinə çağırış edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər mövzularda da müzakirələr aparılıb.

Görüşdən sonra Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Milli Məclisin Xatirə kitabını imzalayıb.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-nin İranla bağlı qərarı nə olacaq

09:25
19 İyun

Xahişimizə əməl edildi

09:20
19 İyun

Selin törətdiyi fəsadlar qısa vaxtda aradan qaldırıldı

09:15
19 İyun

Sakinlərin müraciəti nəzərə alınacaq

09:12
19 İyun

Qurumaqda olan ağaclara etinasızlıq

09:10
19 İyun

Hər bir işin uğuru diqqətdən başlayır

09:05
19 İyun

Kənd stadionlarından böyük arenalara

09:00
19 İyun

Yol problemimiz həll olundu

08:55
19 İyun

Qazandığı uğurlar onu arxayınlaşdırmazdı

08:50
19 İyun

Azərbaycan turizm imkanları geniş olan ölkələrdəndir

08:45
19 İyun

Rəqəmsal kitabxana BP-nin 10 min tələbəyə hədiyyəsidir

08:40
19 İyun

Türk dünyasında iqtisadi əməkdaşlıq platformaları: rəqəmsal ticarət, startaplar və investisiya

08:35
19 İyun

Siyasətçilər ayrılır, ekoloqlar birləşir

08:32
19 İyun

Konstitusion vəzifələr və vətəndaşlıq borcu

08:30
19 İyun

Kəngərliyə qayıdış davam edir

08:25
19 İyun

Azərbaycanın sədrliyi dövründə Macarıstan Ticarət və Sənaye Palatası TCCI-ya tamhüquqlu üzv oldu 

08:20
19 İyun

Dəyərlərə sadiqlik, gələcəyə inamlı baxış

08:15
19 İyun

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında 4 qanun layihəsi müzakirə olunub

08:10
19 İyun

Qaz təchizatının hüquqi tənzimlənməsi yenilənəcək

08:05
19 İyun

AZƏRBAYCANIN FƏRQLİ, DÜŞÜNÜLMÜŞ SİYASƏTİ

08:00
19 İyun

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

02:30
19 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!