06 İyun 2025 01:36
1319
Fərmanlar
A- A+
"Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

"Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram: 

1. Müəyyən edilsin ki:

1.1. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 27.4-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 27.4-cü maddəsinin ikinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 27.4-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş informasiya sistemi barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 122 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bəndə "Qanununun" sözündən sonra "27.4-cü maddəsinin ikinci cümləsində," sözləri əlavə edilsin;

3.2. 2.2-ci bəndə "27.4-cü" sözlərindən sonra "maddəsinin birinci cümləsində" sözləri əlavə edilsin;

3.3. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:

"2.2-1. həmin Qanunun 27.4-cü maddəsinin ikinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 5 iyun 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Liqası: Bu gün səkkiz oyun keçiriləcək  

13:58
10 İyul

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 10 faizədək artıb

12:12
10 İyul

Nazir: 7318 müəllim sertifikasiya prosesindən uğurla keçə bilmədiyi üçün əmək müqaviləsinə xitam verilib

12:09
10 İyul

2022–2025-ci illər ərzində 80 mindən çox müəllim sertifikatlaşdırma imtahanlarında iştirak edib

12:07
10 İyul

Dünya səyyahları Şuşa şəhəri ilə tanış olurlar

12:05
10 İyul

Azərbaycan və Səudiyyə Ərəbistanı karbohidrogen sektorunda əməkdaşlıq potensialını nəzərdən keçirib

12:02
10 İyul

Kiyevə dron və raketlərlə hücum edilib, ölənlər və xəsarət alanlar var

12:00
10 İyul

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

11:56
10 İyul

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

11:54
10 İyul

Əbu-Dabidə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü olub YENİLƏNİB

11:50
10 İyul

ADY və Çin Dəmir Yolları Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin potensialının artırılmasına dair razılığa gəlib  

11:02
10 İyul

Ağdərədə mina hadisəsi zamanı bir nəfər xəsarət alıb 

11:02
10 İyul

SOCAR-ın prezidenti 9-cu OPEC beynəlxalq seminarında iştirak edib  

11:00
10 İyul

Beynəlxalq səyyahlar Füzuliyə gəliblər

10:59
10 İyul

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb  

10:58
10 İyul

Muxtar Babayev: OPEC ölkələrinin dekarbonizasiya və yaşıl enerji yanaşmaları maraq doğurur  

10:57
10 İyul

Xərçəngin müalicəsində daha effektiv imkanlar yaranacaq

09:35
10 İyul

Mənəvi dünyamıza düşən ədəbi-bədii işıq

09:30
10 İyul

"Kiçik yaşlarımdan ürəyimdə ordumuza böyük sevgim olub"

09:25
10 İyul

“Vətən sağ olsun” deyib yolunda can verən qəhrəman

09:20
10 İyul

Təmiz hava, yaşıl meşə, buz bulaq

09:15
10 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!