31 May 2025 02:26
1644
Fərmanlar
A- A+
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 178-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 178-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 178-VIIQD nömrəli Qanununun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 293.12-ci, 294-3.2-ci, 294-3.3-cü, 295.6-cı, 403-1.1.1-ci, 403-1.1.2-ci və 403-1.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 293.12-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 539.1-1-ci və 539.3-cü maddələrində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 555.1-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə, fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Məcəllənin 295.6-cı maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti nəzərdə tutulur;

1.6. həmin Məcəllənin 403-1.1.1-ci, 403-1.1.2-ci və 403-1.2-ci maddələrində "orqan (qurum)" dedikdə aşağıdakılar nəzərdə tutulur:

1.6.1. qeyri-hökumət təşkilatlarına və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə (o cümlədən Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə) münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən qeyri-hökumət təşkilatlarına münasibətdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi;

1.6.2. kommersiya hüquqi şəxslərinə və xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, habelə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti;

1.6.3. dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi;

1.7. həmin Məcəllənin 294-3.2-ci və 294-3.3-cü maddələrində "orqan (qurum)" dedikdə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279.2-ci və 279.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 178-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3."Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157, № 7, maddələr 806, 812, 814, 815, № 8, maddələr 937, 948, № 12 (I kitab), maddə 1294, (II kitab), maddələr 1359, 1378, 1384; 2025, № 2, maddə 127; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 mart tarixli 355 nömrəli, 1 aprel tarixli 358 nömrəli və 17 aprel tarixli 371 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4-cü hissə üzrə:

3.1.1. 4.1-ci bəndə "275.2," rəqəmlərindən sonra "293.12, 294-3.2, 294-3.3, 295.6," rəqəmləri, "395.1-1," rəqəmlərindən sonra "403-1.1.1, 403-1.1.2, 403-1.2," rəqəmləri  əlavə edilsin;

3.1.2. 4.3-1-ci bəndə "307.4-cü" sözlərindən əvvəl "293.12-ci," sözləri əlavə edilsin;

3.1.3. 4.10-cu bənddə ", 295.6-cı və 295.7-ci maddələrində" sözləri "maddəsində" sözü ilə əvəz edilsin;

3.1.4. aşağıdakı məzmunda 4.10-1-ci bənd əlavə edilsin:

"4.10-1. həmin Məcəllənin 295.6-cı maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti nəzərdə tutulur;";

3.1.5. 4.11-ci bənddə "88.1.4 və 293.6-cı maddələrində" sözləri "88.1.4-cü maddəsində" sözləri ilə əvəz edilsin;

3.1.6. 4.20-ci bəndə "539.2" rəqəmlərindən sonra ", 539.3" rəqəmləri əlavə edilsin;

3.1.7. aşağıdakı məzmunda 4.26-1-ci və 4.31-2-ci bəndlər əlavə edilsin:

"4.26-1. həmin Məcəllənin 294-3.2 və 294-3.3-cü maddələrində "orqan (qurum)" dedikdə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti nəzərdə tutulur;";

"4.31-2. həmin Məcəllənin 403-1.1.1, 403-1.1.2 və 403-1.2-ci maddələrində "orqan (qurum)" dedikdə aşağıdakılar nəzərdə tutulur:

4.31-2.1. qeyri-hökumət təşkilatlarına və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə (o cümlədən Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə) münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən qeyri-hökumət təşkilatlarına münasibətdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi;

4.31-2.2.  kommersiya hüquqi şəxslərinə və xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, habelə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti;

4.31-2.3. dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi;";

3.1.8. 4.44-cü bənd aşağıdakı redaksiyada verilsin:

"4.44. həmin Məcəllənin 555.1-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə, fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;";

3.2. 5-ci hissə üzrə:

3.2.1.5.1-ci bəndə "327.1-327.7," rəqəmlərindən sonra "327-1.1," rəqəmləri əlavə edilsin;

3.2.2.5.4-cü bənddə "469.2-ci" sözləri "469-1-ci" sözləri ilə əvəz edilsin;

3.2.3. 5.25-ci bənddə "279-282-ci" sözləri "279.1 və 280-282-ci" sözləri ilə əvəz edilsin;

3.2.4.5.26-cı bənddən "293, 294, 295.1-295.5, 296-299, 319.6, 320.6," rəqəmləri çıxarılsın;

3.2.5. aşağıdakı məzmunda 5.26-1-ci bənd əlavə edilsin:

"5.26-1. həmin Məcəllənin 293, 294-294-5, 295.1-295.5, 295.8, 296-299, 319.6 və 320.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Dövlət Mülki Aviasiya Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi baxır;";

3.2.6.5.27-ci bənddə "300-305" rəqəmləri "300.2, 300.3, 301, 303, 305" rəqəmləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200 (Cild I); 2024, № 2, maddə 157, № 6 (I kitab), maddə 649, № 7, maddələr 806, 812, 814, № 8, maddə 948, № 12 (I kitab), maddələr 1294, 1295, (II kitab), maddə 1378; 2025, № 2, maddə 127; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 1 aprel tarixli 358 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci və 2.2-ci bəndlərə "327.1-327.7," rəqəmlərindən sonra "327-1.1," rəqəmləri əlavə edilsin;

4.2. 2.3-cü və 2.4-cü bəndlərə "327.1-327.5," rəqəmlərindən sonra "327-1.1,"rəqəmləri  əlavə edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild I); 2024, № 4, maddə 381, № 6 (I kitab), maddə 649, № 7, maddələr 812, 814, 815, № 12 (I kitab), maddə 1294, (II kitab), maddə 1367; 2025, № 2, maddə 127; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 mart tarixli 356 nömrəli və 1 aprel tarixli 358 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1-ci hissəyə "351-1" rəqəmlərindən əvvəl "294-6," rəqəmləri əlavə edilsin;

5.2. 15-ci hissəyə "221.1," rəqəmlərindən sonra "221.1-1, 221.3-1," rəqəmləri əlavə edilsin;

5.3.24-1-ci hissədə "və 295.7-ci maddələrində" sözləri "maddəsində" sözü ilə əvəz edilsin;

5.4. 25-ci hissəyə "327.8," rəqəmlərindən sonra "327-1.2, 327-1.3," rəqəmləri əlavə edilsin;

5.5. 26-cı hissəyə "Məcəllənin" sözündən sonra "300.1, 302, 304," rəqəmləri əlavə edilsin;

5.6. aşağıdakı məzmunda 36-1-ci hissə əlavə edilsin:

"36-1. Məcəllənin 403-1 və 403-2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

36-1.1. qeyri-hökumət təşkilatlarına və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə (o cümlədən Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə) münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından - bu Siyahının 36.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

36-1.2.  kommersiya hüquqi şəxslərinə və xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından - bu Siyahının 32.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

36-1.3. dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi adından - bu Siyahının 36.3-cü bəndində nəzərdə tutulan vəzifəli şəxslər.";

5.7. 42-1-ci hissə, 42-1.1-ci və 42-1.2-ci bəndlər müvafiq olaraq 42-2-ci hissə, 42-2.1-ci və 42-2.2-ci bəndlər hesab olunsun və aşağıdakı məzmunda 42-1-ci hissə əlavə edilsin:

"42-1. Məcəllənin 428.12-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından - bu Siyahının 26-2.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.";

5.8. 61-ci hissədə "maddəsində" sözü "və 534-1-ci maddələrində" sözləri ilə əvəz edilsin. 

6. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 938-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" 2016-cı il 15 fevral tarixli 795 nömrəli, "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 2017-ci il 23 fevral tarixli 1256 nömrəli, "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 avqust tarixli 2272 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (I kitab), maddə 1139 (Cild I) 1.1-ci bəndi ləğv edilsin.

7. Bu Fərmanın 3.2.3-cü yarımbəndi 60 Vt və daha yuxarı gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il iyulun 1-dən qüvvəyə minir.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 may 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!