21 İyun 2024 03:11
1187
Fərmanlar
A- A+
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 723 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağının təsviri"ndə və 2004-cü il 30 iyun tarixli 82 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 723 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağının təsviri"ndə və 2004-cü il 30 iyun tarixli 82 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 723 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 172 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağının təsviri" aşağıdakı redaksiyada verilsin: 

"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağının təsviri

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağı ikiüzlü qumaşdan, dəstəkdən və qotazlı qaytandan ibarətdir.
Bayrağın qumaşı Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərinə uyğun üçrəngli, ikiqat ipək faydan hazırlanır, uzunluğu 160 sm, eni 80 sm-dir, kənarları üç tərəfdən qızılı rəngli ipək saçaqlarla köbələnmişdir.
Qumaşın üz tərəfi "Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Bayrağının təsviri ilə eynidir, lakin mavi zolağın ortasında qızılı rəngli ipək sapla "AZƏRBAYCAN 
UĞRUNDA" sözləri yazılır. Yazıdakı hərflərin hər birinin hündürlüyü 4,5 sm, eni 3,3 sm-dir (Şəkil 1).

Qumaşın arxa tərəfində mavi zolağın ortasında qızılı rəngli ipək sapla "AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZİRLİYİ", yaşıl zolağın ortasında "POLİS AKADEMİYASI" sözləri, qırmızı zolağın ortasında isə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 30 iyun tarixli 82 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası daxili işlər orqanlarının embleminin təsviri"nin tələblərinə uyğun hündürlüyü 35 sm olan Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi tikilir. Yazılardakı hərflərin hündürlüyü 4,5 sm, eni 3,4 sm-dir (Şəkil 2).

Bayrağın dəstəyi en kəsiyinin diametri 4 sm, uzunluğu 250 sm olan girdə taxtadandır.
Dəstək tünd qəhvəyi boya ilə rənglənir və laklanır, aşağı ucunda metal halqa, yuxarı ucunda nikellənmiş aypara və ulduz şəklində fiqurlu ucluq vardır.
Bayrağın qaytanı eşmədir, qızılı rəngli ipəkdən hazırlanır, hər iki ucunda qotaz var. Qaytanın uzunluğu 200-210 sm-dir".
2. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 30 iyun tarixli 82 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 6, maddə 439 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi haqqında Əsasnamə"nin 3-cü hissəsinə "formasında" sözündən sonra ", Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağında" sözləri əlavə edilsin.
            
 İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 iyun 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın XİN başçısı Azərbaycanın Cammu və Kəşmirlə bağlı mövqeyini bir daha açıqlayıb

13:41
22 İyun

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:39
22 İyun

Almaniyada COP29 Sədrliyi iqlim şəffaflığı sahəsində qlobal təşəbbüsləri müzakirə edib

13:37
22 İyun

ABŞ İranın üç nüvə obyektini vurub

13:35
22 İyun

“2024 YR4” asteroidi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər

13:34
22 İyun

Respublika üzrə iyun ayının pensiya ödənişi yekunlaşıb

13:31
22 İyun

Rəsmi Tehran AEBA-nın Rəhbərlər Şurasının təcili iclasının keçirilməsini istəyib

13:29
22 İyun

İran BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib

10:20
22 İyun

İran XİN: Nüvə obyektlərinə hücumun uzunmüddətli nəticələri olacaq

10:17
22 İyun

Azərbaycanda ilk dəfə UFC turniri keçirilib

10:10
22 İyun

Bilmək istəyirəm

09:45
22 İyun

Baxışlar, baxışlar...

09:40
22 İyun

İsrail-İran qarşıdurması: gərginlik səngimir

09:35
22 İyun

Tarixi keçmişimizin əzəmətini daş yaddaşında yaşadan Əsgəran qalası

09:30
22 İyun

Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri olmuş bir nəslin üç nümayəndəsi

09:25
22 İyun

Qələbənin sərhədsiz gücü 

09:20
22 İyun

Olimpiya hərəkatında Azərbaycan nümunəsi

09:15
22 İyun

Göygöl rayonunda yeni turizm obyekti açılıb

09:10
22 İyun

Ərçivanlıların xahişi: qəsəbədə Qarabağ şəhidlərinin Xatirə Kompleksi yaradılsın

09:07
22 İyun

Qazaxda arpa biçini davam edir

09:05
22 İyun

Bu il Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında ümumilikdə 72 min hektardan çox sahədə taxıl əkilib

09:02
22 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!