AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ (UNEC)
2023/2024-cü tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla
- 050406 Maliyyə
- 050409 Mühasibat
- 050405 İqtisadiyyat
- 050401 Beynəlxalq ticarət və logistika
- 050410 Statistika
- 050408 Menecment
- 050404 Dövlət və bələdiyyə idarəetməsi
- 050402 Biznesin idarə edilməsi
- 050407 Marketinq
- 050807 Sosial iş
- 050504 Ekologiya
- 050616 İnformasiya texnologiyaları
- 050615 İnformasiya təhlükəsizliyi
- 050509 Kompüter elmləri
- 050638 Sənaye mühəndisliyi
- 050606 Ekologiya mühəndisliyi
- 050635 Qida mühəndisliyi
- 050622 Maşın mühəndisliyi
- 050623 Materiallar mühəndisliyi
- 050619 Kommunikasiya sistemləri mühəndisliyi
- 050607 Elektrik və elektronika mühəndisliyi
- 050306 Dizayn (sahələr üzrə)
UNEC-in Zaqatala filialı üzrə
- 050406 Maliyyə
- 050405 İqtisadiyyat
- 050409 Mühasibat
- 050408 Menecment
- 050616 İnformasiya texnologiyaları
- 050402 Biznesin idarə edilməsi
- 050407 Marketinq
- 050810 Turizm işinin təşkili
Təkrar ali təhsilə sənəd qəbulu ancaq elektron qaydada https://portal.edu.az/ və http://www.kabinet.unec.edu.az internet linkləri vasitəsilə həyata keçirilir. Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri ilk növbədə https://portal.edu.az/ və bundan sonra isə http://www.kabinet.unec.edu.az portalları vasitəsi ilə elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanırlar.
Sənədlərin qəbulu 2023-cü il may ayının 17-dən avqust ayının 31-dək aparılacaq.
Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər:
- Rektorun adına ərizə;
- Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə);
- 3x4 sm ölçüdə fotoşəkil;
- Şəxsiyyət vəsiqəsinin surəti.
QEYD: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.
Ünvan: Akademik Həsən Əliyev küçəsi 135, otaq 518
Tel.: (012) 564 38 92
Mobil : (070) 578 08 59 (həmçinin WhatsApp ünvan)
Facebook ünvanı: https://www.facebook.com/unectekraralitehsil/
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təs...
19 Aprel
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti İnformasiya Texnologiyaları (İT) sahəsi...
19 Aprel
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub
18 Aprel
Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyas...
18 Aprel
Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib
18 Aprel
Türkiyədə zəlzələ olub
18 Aprel
“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub...
18 Aprel
Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfrans...
18 Aprel
Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi kon...
18 Aprel
Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyə...
18 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!