18 May 2025 08:20
493
İQTİSADİYYAT
A- A+
Azərbaycan-Albaniya iqtisadi əlaqələrinin təməli - enerji əməkdaşlığı

Azərbaycan-Albaniya iqtisadi əlaqələrinin təməli - enerji əməkdaşlığı


Bu əməkdaşlıq bir sıra digər Avropa ölkələri üçün də əhəmiyyətlidir


Prezident İlham Əliyevin Tiranada "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısında iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun təzahürü olmaqla yanaşı, həm də Azərbaycan-Albaniya əlaqələrinin, o cümlədən iqtisadi əməkdaşlığının getdikcə inkişafının göstəricisi oldu. Bu, Prezidentimizin Albaniyanın paytaxtında bir sıra dövlət başçıları və nüfuzlu qurum rəhbərləri ilə görüşlərində də aydın əksini tapdı.

Prezident İlham Əliyev və Albaniya Respublikasının Baş naziri Edi Rama arasında işçi nahar əsnasında görüşdə də, dövlətimizin başçısının Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ilə görüşündə də həmçinin iqtisadi məsələlər əsas mövzular oldu. Azərbaycan və Albaniya arasında iqtisadi-ticarət əlaqələri geniş potensiala malikdir. Bununla yanaşı, əməkdaşlığın əsas meyarı kimi enerji sektoru qalmaqdadır.

Azərbaycan-Albaniya enerji əməkdaşlığnın təkcə bu iki ölkə üçün deyil, bir sıra digər ölkələr üçün, eləcə də TAP (Trans-Adriatik Qaz Boru Kəməri) üçün də əhəmiyyətli olduğunu Prezidentimiz dəfələrlə vurğulayıb: "Həmin boru kəməri Albaniyanın ərazisindən keçir. Hazırda o, enerji təhlükəsizliyinin mənbəyidir. Azərbaycan və Avropanın qaz təchizatı sahəsində fəal işini, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq sənədini nəzərə alsaq, bütün bunlar, təbii ki, ölkələrimiz arasında sıx əməkdaşlıq üçün mühüm meyardır. Çünki bir çox Avropa ölkələri üçün enerji təhlükəsizliyi həmçinin "Cənub qaz dəhlizi" vasitəsilə təmin edilir. Həmin ölkələrin sayı artır. Həcmlər artır və onun coğrafiyası genişlənir".

Xatırladaq ki, Azərbaycan qazını Avropaya çatdıran 3500 kilometrlik "Cənub qaz dəhlizi"nin sonuncu seqmenti - TAP-ın uzunluğu 878 kilometrdir. Bu kəmərin 550 kilometri Yunanıstanın, 210 kilometri Albaniyanın ərazisindən, 105 kilometri Adriatik dənizinin altından keçir. Bir neçə kilometrlik kiçik hissəsi isə İtaliyada quru sahəyə çıxaraq kəməri bu ölkənin qaz şəbəkəsinə birləşdirir.

Beləliklə, Albaniya TAP vasitəsilə "Cənub qaz dəhlizi"nin iştirakçısıdır. Bu layihə üzrə Hökumətlərarası Saziş 2013-cü ilin fevral ayında Albaniya, İtaliya və Yunanıstan dövlətləri arasında imzalanıb və 2016-cı ilin mart ayından tikinti işlərinə başlanıb. 2020-ci ilin son günündən isə TAP kəməri vasitəsilə kommersiya qazının nəqlinə start verilib. Qeyd edək ki, kəmərin tikinti işlərində Albaniyanın podratçı şirkətləri də iştirak ediblər. TAP layihəsinin həyata keçirilməsi çərçivəsində Albaniyanın öz tranzit imkanlarından faydalanması ilə yanaşı, kəmər ölkədə məşğulluğun artmasına da töhfə verib. 

Təsadüfi deyil ki, Albaniyanın yüksəksəviyyəli rəsmiləri 11 ildir hər dəfə Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının bütün iclaslarında iştirak edirlər. Son hadisələr də bir daha sübut edir ki, enerji əməkdaşlığı davamlı xarakter daşıyır. 

Ölkəmiz Albaniyada qaz infrastrukturunun qurulmasına da dəstək verəcək. Albaniyanın infrastruktur və energetika nazirinin müavini Seno Klosi bu günlərdə həmin məsələ ilə bağlı belə deyib: "Albaniya dinamik inkişaf edən enerji sektoruna malik bir ölkə olsa da, qaz sahəsində geri qalır". O bildirib ki, bu problemin həll olunmasına Azərbaycanla əməkdaşlıq kömək edəcək. Belə ki, Azərbaycanla, xüsusilə SOCAR şirkəti ilə qarşılıqlı əməkdaşlıq ölkəyə qaz infrastrukturunun inkişafını sürətləndirməyə və enerji potensialını genişləndirməyə imkan verəcək: "Biz hər iki ölkənin malik olduğu təcrübə və potensialın, həmçinin enerji sahəsində toplanmış biliklərin mübadiləsi yolu ilə əməkdaşlığımızı genişləndirməyə çalışırıq. Məhz buna görə də sizin şirkətinizin - SOCAR-ın iştirakı ilə biz indi, deyək ki, layihənin ilkin mərhələsini - bu layihəyə investisiya qoyuluşuna başlamaq üçün konkret addımlara keçməzdən əvvəl biznes-planın hazırlanmasını başa çatdırırıq". 

Albaniya gələn il TAP vasitəsilə Azərbaycandan qaz idxalına başlamağa da hazırlaşır. Bunu da Albaniyanın infrastruktur və energetika nazirinin müavini Seno Klosi bildirib: "Albaniya ilk dəfə TAP boru kəməri ilə qaz alacaq. Qaz kəməri artıq Albaniya ərazisindən keçir və İtaliyaya gedir, lakin gələcəkdə şimala doğru bir qolun çəkilməsi layihəsi müzakirə oluna bilər. Hələlik o, baxılma mərhələsindədir".

TAP-ın 2026-cı ildən etibarən əlavə olaraq ildə 1,2 milyard kubmetr qaz qəbul edəcəyi planlaşdırılır. Bunun 1 milyard kubmetrini İtaliya, daha 200 milyon kubmetrini isə Albaniya alacaq. Görünür, Albaniya Azərbaycandan qaz idxal edən 13-cü ölkə olacaq. Xatırladaq ki, hazırda Azərbaycan 12 ölkəyə - Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliya, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya və Slovakiyaya qaz ixrac edir. Məlum olduğu kimi, bunların 10-u Avropa ölkəsi, o cümlədən 8-i Avropa İttifaqının üzvüdür. 

Təsadüfi deyil ki, mayın 16-da Tiranadakı görüş zamanı Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen dövlətimizin başçısına Azərbaycanın Aİ-nın vacib və etibarlı tərəfdaşı olduğunu bir daha bildirərək, ölkəmizin xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirdiklərini demişlər. Aİ ilə Azərbaycan arasında istər qaz, istərsə də "yaşıl enerji" sahəsində əməkdaşlıq üçün böyük perspektivlərin mövcud olduğu vurğulanmışdır.

 

Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şəxsiyyəti müəyyənləşdirilən daha bir itkin şəhid dəfn olunacaq  

12:41
19 İyun

Birinci rübdə Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyanın həcmi açıqlanıb  

12:33
19 İyun

Ağdamda polis 5 ton yabanı çətənə kolu aşkarlayıb

12:26
19 İyun

Mərkəzi Bank: Azərbaycanın strateji valyuta ehtiyatları 73,5 milyard dollara çatıb  

12:21
19 İyun

AMB: Cari əməliyyatlar profisiti 1 milyard dolları ötüb

12:18
19 İyun

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi imzalanıb  

12:03
19 İyun

Yeni parkda gənc rəssamların sərgisi açılıb  

11:57
19 İyun

İnam Kərimov: Tərəfdaş dövlətlər arasında məhkəmə-hüquq sahəsində çoxtərəfli və davamlı əməkdaşlığın hüquqi əsası yaradılacaq  

11:46
19 İyun

Muxtar respublikada sənaye məhsulu istehsalı 3,6 faiz artıb

11:45
19 İyun

QDİƏT PA-nın 65-ci Baş Assambleyasının iştirakçılarının Qarabağa səfəri başlayıb FOTO  

11:16
19 İyun

Prezident İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib

11:09
19 İyun

Naxçıvanda ümumi daxili məhsul istehsalı 600 milyon manata yaxın olub  

11:01
19 İyun

BMT-nin inkişafın maliyyələşdirilməsi üzrə “Sevilya öhdəliyi” sənədi təsdiq olunub  

10:59
19 İyun

Bakıda Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları sədrlərinin 3-cü iclası keçirilir  

10:51
19 İyun

Dünya birjalarında neft bahalaşıb

10:47
19 İyun

Kanada vətəndaşlarının İrandan təxliyəsində dəstəyə görə Azərbaycana təşəkkür edib  

10:36
19 İyun

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:23
19 İyun

Azərbaycan neftinin qiyməti cüzi azalıb

10:09
19 İyun

Putin Zelenski ilə görüşün mümkünlüyünü istisna etməyib

09:53
19 İyun

Prezident Vladimir Putin: Xəzərin dayazlaşmasının qarşısını almaq üçün vaxtında əlaqələndirilmiş tədbirlər görmək lazımdır  

09:53
19 İyun

Vladimir Putin Qazaxıstanı Rusiyanın ən yaxın müttəfiqlərindən biri adlandırıb  

09:52
19 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!