12 Fevral 2025 01:11
1192
Fərmanlar
A- A+
"Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

"Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamının icrası ilə əlaqədar, qida təhlükəsizliyi sahəsində şəffaflığı və hesabatlılığı, idarəetmə sisteminin təkmilləşdirilməsini, dövlət nəzarətinin gücləndirilməsini və görülən işlərin səmərəliliyinin artırılmasını təmin etmək məqsədilə qərara alıram: 

1. "Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur). 

2. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi:

2.1. "Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" informasiya sisteminin (bundan sonra - Sistem) formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görsün;

2.2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Sistemin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Hökumət buludu" (G-cloud) Konsepsiyası"na uyğun olaraq "Hökumət buludu"nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Sistemin "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görsün. 

3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Əsasnamənin 4-cü hissəsində qeyd edilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə altı ay müddətində zəruri tədbirlər görsünlər və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər. 

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.


İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 11 fevral 2025-ci il 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir YENİLƏNİB  

13:17
08 Noyabr

Böyük Britaniyada son üç ayda 25 məscidə 27 hücum olub  

13:03
08 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib  

12:57
08 Noyabr

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq

12:43
08 Noyabr

Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini Azərbaycana səfərə gəlib  

12:41
08 Noyabr

Binəli Yıldırım: Bu zəfər dünyaya inamın, qətiyyətin və qardaşlığın gücünü göstərdi  

12:40
08 Noyabr

Alimlər nəhəng hörümçək toru aşkar ediblər  

12:35
08 Noyabr

Azərbaycanın gənclər və könüllü təşkilatları Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat yayıb  

12:33
08 Noyabr

Şuşada Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilir  

12:29
08 Noyabr

Qələbəyə bir neçə saat qalırdı...  

12:26
08 Noyabr

“Qalib Azərbaycan: beş ildə Zəfərdən Zirvəyə” adlı tədbir keçirilib  

12:24
08 Noyabr

Bakıda Zəfər muzeyinin açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər

12:11
08 Noyabr

Şəhidlərin xatirəsinə ehtiram

12:09
08 Noyabr

Moskvada Azərbaycanın Zəfər Günü qeyd olunub  

12:07
08 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər  

12:05
08 Noyabr

Ağdamın Kəngərli kəndində bazarın açılışı olub, Zəfər yarmarkası keçirilib  

11:56
08 Noyabr

Mesut Gülaçtı: Qarabağ Zəfəri Türk dünyasının birliyinin və qardaşlığının simvoludur  

11:55
08 Noyabr

Şuşaya köçürülmüş sakinlərdən 600-dək şəxs məşğulluq tədbirlərinə cəlb edilib  

11:52
08 Noyabr

“Apple” və “Google”dan milyard dollarlıq süni intellekt əməkdaşlığı  

11:36
08 Noyabr

Kürşad Zorlu: Türk dünyasına qürur gətirən bu gün Azərbaycan xalqının mərdliyinin rəmzidir  

10:52
08 Noyabr

Türkiyə XİN: Azərbaycan xalqının əzm və qəhrəmanlıqla qazandığı Zəfərin beşinci ildönümünü təbrik edirik  

10:50
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!