Yeni məktəb binasının istifadəyə veriləcəyi günü səbirsizliklə gözləyirik
Vəlvələ kəndi Qubanın böyük kəndlərindəndir. Amma son vaxtlaracan kəndin müasir məktəb binası yox idi.
Köhnə məktəb binasının isə maraqlı tarixi var. Ötən əsrin 40-50-ci illərində tikilən Samur-Dəvəçi kanalının işçiləri üçün yataqxana tipli 16 otaqdan ibarət 2 korpuslu birmərtəbə bina inşa olunmuşdu. 70-ci illərdə Vəlvələ natamam məktəb həmin binaya köçmüş, 1980-ci ildən isə həmin məktəbə tam orta məktəb statusu verilmişdir.
Son illərədək valideyn və müəllim heyətinin birgə fəaliyyəti nəticəsində şəhid Çingiz Mursalov adına Vəlvələ kənd tam orta məktəbini hər il birtəhər təmir edib dərslərimizi keçirdik. Amma ötən il məktəb tam yararsız hala düşdü. Çürüyən döşəməsi və uçulan tavanı təhlükə mənbəyi idi.
Həmin dövrdən yeni məktəbin inşasına start verildi. Hazırda tikintisi başa çatmaq üzrə olan yeni məktəb binası dövlətimizin vəlvələlilərə hədiyyəsidir. Bu gün kəndimizdə zirzəmi qatı ilə birlikdə üçmərtəbəli, 50 otaqdan ibarət məktəb binası inşa edilir. Yeni binada hər fənnin ayrıca kabineti, laboratoriyası, idman və akt zalı olacaq. 342 şagirdin təhsil alacağı yeni binada 32 müəllim və 11 nəfər texniki işçi fəaliyyət göstərəcək. Hazırda istilik və havalandırma sistemləri quraşdırılır.
Kənd əhalisi yeni məktəbin istifadəyə veriləcəyi günü səbirsizliklə gözləyir. Məktəbin valideyn komitələri hər dərs həftəsinin sonunda tikintidə çalışanların yanına gəlir, məktəb ərazisinin təmizlənməsinə kömək edirlər.
Ümumiyyətlə, vəlvələlilər təhsilə önəm verən insanlardır. Köhnə, dağılmış məktəbdən çıxan neçə şagird ali təhsil alıb, onlardan bəziləri hazırda məktəbimizdə müəllim kimi fəaliyyət göstərir.
İsmayıl FƏRZƏLİYEV,
Quba rayon Ç.Mursalov adına Vəlvələ kənd tam orta məktəbin direktoru
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Kənd turizmi insanlar üçün çox sərfəlidir
27 Iyul
Azərbaycana gələn turistlərin sayı artır
27 Iyul
Səyyar görüş keçirilmişdir
27 Iyul
Səyyahlar Qarabağ həqiqətlərini dünyaya olduğu kimi çatdırırlar
27 Iyul
Ukraynalı səyyah: "Çox şadam ki, Azərbaycan öz torpaqlarını azad edib və indi onlar bərpa olunur"...
27 Iyul
Ötən altı ayda Mingəçevirdə genişmiqyaslı işlər görülüb
27 Iyul
Dünya Azərbaycan həqiqətləri ilə tanış olur
27 Iyul
Azərbaycanın strateji coğrafi mövqeyi onu Çin-Avropa yük qatarı üçün əsas nəqliyyat qovşağına çeviri...
27 Iyul
“29 İqlim Söhbəti: COP29-a gedən yol"da hər kəs “dəyişməlidir"
27 Iyul
Ermənistan Avropa İttifaqının əlində alətə çevrilib
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
![](/uploads/img/posts/2024/07/25/Clip_23jpg-1721862946.jpg)
Uzaqgörənlik24 Iyul 2024
![](/uploads/img/posts/2024/07/24/1 copyjpg-1721771921.jpg)
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
![](/uploads/img/posts/2024/07/23/Clip_2jpg-1721686526.jpg)
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/1721480194305007127_1200x630jpg-1721495783.jpg)
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/Clipjpg-1721423683jpg-1721453251.jpg)
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
![](/uploads/img/posts/2024/07/18/Clip_8jpg-1721248442.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!